“Bakcell” “11-ci Milli Seçim Konfransı”nın əsas tərəfdaşıdır - FOTO

İnnovasiya və sürət lideri “Bakcell” Avropa Gənclər Parlamentinin (AGP) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən “11-ci Milli Seçim Konfransı”nın əsas tərəfdaşıdır. AGP Azərbaycan tərəfindən 8–12 avqust tarixlərində təşkil edilən “Milli Seçim Konfransı” Azərbaycanın müxtəlif bölgələrindən və Avropa ölkələrindən olan fəal gəncləri bir araya gətirir.

İştirakçılar tədbirlərdə və debatlarda rəqəmsal dövrün aktual mövzuları üzrə fikir mübadiləsi aparır və beynəlxalq sessiyalarda ölkəni təmsil etmək şansı qazanırlar.

Tədbirin açılış mərasimində “Bakcell”in ictimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova gəncləri salamlayaraq bildirib ki, rəqəmsallaşmanın sürətlə yayıldığı bir dövrdə innovasiyalar bir sıra fəaliyyət istiqamətlərində inkişaf imkanları yaradır. O, innovasiya mövzusuna əsaslanan bu cür görüşlərin gənclərin gələcək karyeraları üçün əhəmiyyətli olduğunu vurğulayıb.
 

Tədbirdə “Bakcell”in məhsul üzrə eksperti Rüfət Quliyevin təqdimatında “Süni intellekt və innovasiya” mövzusunda interaktiv sessiya keçirilib.


Təlimin əsas məqsədi gənclərin rəqəmsal savadlılığını artırmaq, onları texnologiya və süni intellektdə ən son trendlərlə tanış etmək, həmçinin bu sahələrin gələcək imkanlarına dair düşüncələrinin formalaşdırılmasına dəstək olmaqdır. Sessiya zamanı innovasiyaların gündəlik həyata təsiri müzakirə olunub, iştirakçılar interaktiv tapşırıqlar vasitəsilə yaradıcı və innovativ ideyalarını nümayiş etdirmək imkanı əldə ediblər.

“Bakcell” bu təşəbbüslə korporativ sosial məsuliyyət (KSM) və dayanıqlılıq strategiyasını davamlı olaraq icra edir və cəmiyyətin dayanıqlı gələcəyinə öz töhfəsini verir. Şirkət gənclərin bilik və bacarıqlarının artırılmasına, innovativ düşüncə və liderlik potensialının təkmilləşdirilməsinə yönəlmiş sosial layihələri daim prioritet hesab edir.

"Bakcell" haqqında
 

"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.


"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Müğənninin səsi batdı – VİDEO

Müğənninin səsi batdı – VİDEO

Samuxda ağır yol qəzası: ölənlər var

Samuxda ağır yol qəzası: ölənlər var

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

"Zirə" mövsümün ilk oyununda qələbə qazandı

"Zirə" mövsümün ilk oyununda qələbə qazandı

Tramp Ukraynaya səfər edəcəyini BƏYAN ETDİ

Tramp Ukraynaya səfər edəcəyini BƏYAN ETDİ

Vasitəçi Pakistan ABŞ və İrana ÇAĞIRIŞ ETDİ

Vasitəçi Pakistan ABŞ və İrana ÇAĞIRIŞ ETDİ

İspaniyada anomal isti: 112 illik temperatur rekordu təzələndi

İspaniyada anomal isti: 112 illik temperatur rekordu təzələndi

Diddinin həbsxanadan görüntüləri yayıldı – FOTO

Diddinin həbsxanadan görüntüləri yayıldı – FOTO

Rüttedən diqqətçəkən ÇIXIŞ: NATO-nun İranla münaqişədə iştirakı mümkündür

Rüttedən diqqətçəkən ÇIXIŞ: NATO-nun İranla münaqişədə iştirakı mümkündür

Gəlirləri artacaq BÜRCLƏR

Gəlirləri artacaq BÜRCLƏR

Balakəndə selin apardığı kişinin meyiti TAPILDI

Balakəndə selin apardığı kişinin meyiti TAPILDI

Aktrisa Ece İrtemin ölüm səbəbi BƏLLİ OLDU

Aktrisa Ece İrtemin ölüm səbəbi BƏLLİ OLDU

End of content

No more pages to load

RADİO