"Nizami" metro stansiyasının ətrafındakı 21 hektar ərazi də söküləcək - “Sovetski” tarixə qovuşur

Yasamal rayonunda yerləşən və “Sovetski” kimi tanınan bu ərazi bu gün artıq yeni bir dövrə qədəm qoyur. İstismar müddətini başa vurmuş, qəzalı vəziyyətdə olan və şəhərin estetik görkəminə xələl gətirən tikililərin söküntüsünə başlanılıb.

Bizim.Media xəbər verir ki, söküntü həm sakinlərin təhlükəsizliyinin təmin olunması, həm də şəhərsalma baxımından müasir və funksional məkanların yaradılması məqsədi daşıyır.

Ərazidəki binalar artıq nə texniki baxımdan dayanıqlıdır, nə də şəhərin bugünkü urbanistik inkişaf tempinə cavab verir.

Yasamal Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elnur Abbaszadə report.az-a açıqlamasında bildirib ki, bu ərazidəki dəyişikliklər təkcə söküntü ilə yekunlaşmır. Məqsəd həm də Mərkəzi Parkın ərazisini genişləndirmək, yeni yaşıllıq zolaqları salmaq və Bakı sakinləri üçün daha çox açıq, nəfəs alan məkanlar yaratmaqdır.
 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Ramiz İdrisoğlu isə deyib ki, hazırda Mərkəzi parkın ərazisi təxminən 36 hektar təşkil etsə də, parka metronun "Nizami" metro stansiyasının ətrafında 21 hektara yaxın ərazi də əlavə olunacaq.


Dövlət orqanları bildirir ki, bütün proseslər mərhələli şəkildə, qanuni çərçivədə və uzun illər bu çətin şəraitdə yaşamış sakinlərlə dialoq əsasında həyata keçirilir. Məqsəd "Sovetski" kimi ərazilərdə yalnız fiziki və mənəvi baxımdan aşınmış tikililəri sökmək deyil, həm də sosial-mədəni baxımdan daha dəyərli məkanlar yaratmaqdır.

Yaxın gələcəkdə həmin ərazilərdə parklar, idman meydançaları, mədəniyyət obyektləri və sosial layihələr üçün yeni imkanlar formalaşacaq. Bu isə Bakı üçün təkcə vizual deyil, funksional baxımdan da müsbət nəticələr vəd edir.

“Sovetski” ərazisindəki köhnə, təhlükəli və urbanistik baxımdan yararsız binaların sökülməsi və onların yerində yaradılacaq yaşıl, açıq ictimai məkanlar şəhərin gələcəyi üçün böyük bir dönüş nöqtəsidir.

Landşaft memarı Bəhruz Hacıyev açıqlamasında son illərdə parkların istirahət üçün ideal vəziyyətə gətirildiyini qeyd edib:

“Amma onu da nəzərə almaq lazımdır ki, abadlıq işləri plana uyğun aparılmalıdır. Köhnə yaşayış yerləri, su və elektrik xətləri layihəyə uyğunlaşdırılmalıdır. Həm tarix qorunmalıdır, həm də yaşıllıq sahələrin sayı artırılmalıdır".

Memarlıq üzrə elmlər doktoru professor Elçin Əliyev də şəhərin daim inkişaf etdiyini və bu zaman köhnə binaların yerində yenilərinin tikilməsinin zəruri olduğunu deyib:

“Bakı bu gün həm keçmişin izlərini hörmətlə silir, həm də gələcəyin nəfəs alan, yaşana bilən, müasir şəhər modelini qurur. Bu, sadəcə memarlıq və abadlıq deyil. Bu, yaşayış mədəniyyətinin dəyişməsidir. Şəhər canlı bir orqanizmdir və inkişaf etməlidir”.

Belə ki, bu dəyişiklik sadəcə memarlıq və abadlıq deyil, həm də bir düşüncə çevrilişidir.

Bir zamanlar “Sovetski”də insanlar səhəri sanki divarlarla danışaraq açır, dar keçidlərdə tələsik addımlarla gündəlik həyatına davam edirdi. O küçələrdə təbiət yox idi. Ağacın kölgəsi, quşun səsi, uşaq gülüşü rahatlıqla özünə yer tapa bilmirdi. İndi isə həmin ərazidə otlar cücərir, ağaclar kök salır, şəhərin sinəsinə nəfəs dolur.
 

Bu ərazidə uzun illər boyu bir-birinə sıxılan binalar, dar və havasız küçələr, Günəşin belə yol tapa bilmədiyi tənha həyətlər indi artıq tarixə qarışır. Həmin məkanlar Günəş işığı ilə dolur, nəfəs alır, canlanır.


“Sovetski”dən "yaşıl gələcəyə" gedən yol sadəcə asfaltla döşənmiş bir küçə deyil. Bu yol Bakının öz gələcəyinə uzanan baxışıdır. Bu, gələcək nəsillərə miras qalacaq bir şəhər mədəniyyətinin, daha gözəl, daha yaşanabilən bir paytaxtın simvoludur. Burada salınan hər ağac, qurulan hər oturacaq, çəkilən hər cığır bir arzu, bir niyyət, bir yeni başlanğıcdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Müğənninin səsi batdı – VİDEO

Müğənninin səsi batdı – VİDEO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

"Zirə" mövsümün ilk oyununda qələbə qazandı

"Zirə" mövsümün ilk oyununda qələbə qazandı

Tramp Ukraynaya səfər edəcəyini BƏYAN ETDİ

Tramp Ukraynaya səfər edəcəyini BƏYAN ETDİ

End of content

No more pages to load

RADİO