Dünyanın ən yaşlı rahibəsi uzunömürlülüyün sirrini bölüşür

ABŞ-ın Nyu-York ştatının Long-Aylend bölgəsində yaşayan Frensis Dominici Piskatella 112 yaşında dünyanın ən yaşlı rahibəsi kimi Ginnesin Rekordlar Kitabına düşüb. O, Katolik Kilsəsinə 94 ildən çox xidmət edib.

Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, Frensis 1913-cü il aprelin 20-də anadan olub və 17 yaşında Dominikan ordeninə qoşularaq müəllim və idarəçi kimi fəaliyyətə başlayıb.

O, təhsilə 52 ilini həsr edib və 84 yaşına qədər işləyib. 1931-ci ildən bu yana o, 9 Papa, 20 ABŞ prezidenti, iki dünya müharibəsi və bir neçə pandemiyanın şahidi olub.

Xidmətə həsr olunmuş ömür

Frensis İtaliyadan köçmüş immigrant bir ailədə böyüyüb. Uşaqlıqdan başqalarına kömək etməklə tərbiyə olunub.
 

Məktəbi bitirdikdən sonra dini həyata çağırıldığını hiss etdiyini deyən Frensis, iki yaşında sol qolunun böyük hissəsini itirməsinə baxmayaraq, rahibə olmaq istəyindən əl çəkməyib. O dövrdə bəzi monastırlar fiziki məhdudiyyəti səbəbilə onu qəbul etmək istəməyib.


Frensis 2022-ci ildə verdiyi müsahibəsində belə demişdi: "Heç vaxt kiminsə köməyinə ehtiyac duymamışam. Monastıra daxil olanda sübut etməli idim ki, mən hər şeyi bacarıram".

Bütün maneələrə baxmayaraq, o, Sankt-Cons Universitetində bakalavr və magistr dərəcəsi alıb.

Uzun ömrün sirri və pozitivlik
 

Hazırda rahibə Frensis daha sakit həyat yaşayır, hər gün dua mərasimlərinə qatılır və həftəlik tədbirlərdə iştirak edir. 102 yaşında avtomobil qəzası keçirərək bud sümüyünü dəyişdirib, həmçinin yıxılma nəticəsində beyin qanaması keçirsə də, zehni aydınlığını qoruyur.


112 illik yubileyində o, sevimli italyan yeməklərinin hazırlanmasını istəyib. Ondan uzunömürlülüyün sirri soruşulduqda isə sadəcə dörd sözlə cavab verib: "Ölənə qədər öyrət".

Həmçinin zarafatla əlavə edib: "Fikrimcə, Tanrı məni hələ istəmir. Sadəcə mənim yaxınlıqda olmamı istəyir". (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Konqoda 2 gəmi batdı - 200-dən çox insan həlak oldu

Konqoda 2 gəmi batdı - 200-dən çox insan həlak oldu

Polşa öz ərazisində NATO qüvvələrinin yerləşdirilməsinə razılıq verdi

Polşa öz ərazisində NATO qüvvələrinin yerləşdirilməsinə razılıq verdi

"Neftçi" "Sabah"la bərabərə qaldı

"Neftçi" "Sabah"la bərabərə qaldı

Özbəkistanda qatar avtomobillə toqquşdu: 6 ölü var

Özbəkistanda qatar avtomobillə toqquşdu: 6 ölü var

Bakının işğaldan azad edilməsindən 107 il ötür

Bakının işğaldan azad edilməsindən 107 il ötür

Azərbaycanda Bilik Günüdür

Azərbaycanda Bilik Günüdür

Çinin Şandun əyaləti üzərində partlayış - VİDEO

Çinin Şandun əyaləti üzərində partlayış - VİDEO

“Biz Üçüncü dünya müharibəsinin astanasındayıq” - Berns

“Biz Üçüncü dünya müharibəsinin astanasındayıq” - Berns

Renka daha bunu etməyəcək

Renka daha bunu etməyəcək

İlham Əliyevin azyaşlı ilə səmimi dialoqu - VİDEO

İlham Əliyevin azyaşlı ilə səmimi dialoqu - VİDEO

Göygöldə qəza: 2 yaralı var

Göygöldə qəza: 2 yaralı var

Sabunçuda yenə eyni mənzərə - VİDEO

Sabunçuda yenə eyni mənzərə - VİDEO

Braziliya prezidenti Trampı dialoqa çağırdı

Braziliya prezidenti Trampı dialoqa çağırdı

Xankəndidə erməninin silahlı təxribata hazırlıq görməsinin görüntüləri yayıldı - VİDEO

Xankəndidə erməninin silahlı təxribata hazırlıq görməsinin görüntüləri yayıldı - VİDEO

Xankəndidə yaralanan polis Bakıya gətirildi

Xankəndidə yaralanan polis Bakıya gətirildi

Sökülən evlərin sakinləri ilə tikinti şirkətləri arasında kompensasiya DAVASI

Sökülən evlərin sakinləri ilə tikinti şirkətləri arasında kompensasiya DAVASI

Zelenski Rusiyanın neft emalı zavodlarına edilən zərbələrin əhəmiyyətindən danışdı

Zelenski Rusiyanın neft emalı zavodlarına edilən zərbələrin əhəmiyyətindən danışdı

Qohum evliliyi qadağasından sonra nikahların sayı AZALDI - VİDEO

Qohum evliliyi qadağasından sonra nikahların sayı AZALDI - VİDEO

“Aygün Bəylər buna görə kişi paltarı geyinirdi”

“Aygün Bəylər buna görə kişi paltarı geyinirdi”

Tramp Avropaya görün hansı şərti qoyub?

Tramp Avropaya görün hansı şərti qoyub?

İlk dəfə anasını paylaşdı - FOTO

İlk dəfə anasını paylaşdı - FOTO

"Formula-1"ə görə Bakıya nə qədər turist gələcək? - VİDEO

"Formula-1"ə görə Bakıya nə qədər turist gələcək? - VİDEO

İlham Əliyevin qonaq olduğu evdən GÖRÜNTÜLƏR

İlham Əliyevin qonaq olduğu evdən GÖRÜNTÜLƏR

Əməkdar artist: "Hamilə ola-ola məni boşadı" - FOTO

Əməkdar artist: "Hamilə ola-ola məni boşadı" - FOTO

End of content

No more pages to load

RADİO