FTX Dərbəndin “ən nüfuzlu adamının” villasında əməliyyat keçirdi - VİDEO

Bu gün Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Mahaçqalada vertolyotla xüsusi təyinatlıları Dağıstanın keçmiş dövlət katibi, respublikanın “ən nüfuzlu şəxsi” hesab edilən Maqomed-Sultan Maqomedovun villasına endirib. Onun evində axtarış aparılıb, böyük miqdarda pul, silah və sənədlər müsadirə olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.

Mənbə qeyd edir ki, FTX, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi 2000-ci illərdən bəri davam edən ən böyük dələduzluq sxemlərindən birini üzə çıxarıb. İstintaqın məlumatına görə, Maqomed-Sultan Maqomedov 2001–2005-ci illərdə “Dağneftemprodukt” adlı dövlət neft terminalını respublikanın balansına keçirib, daha sonra özünə yaxın şəxslərə ucuz qiymətə satdırıb.
 

Son məlumata görə, dövlətə artıq 100 milyard rubl dəyərində olan “Dağneftemprodukt” kompleksi və “Dağnotex” neftayırma zavodu qaytarılıb. Bundan əlavə, 3 milyard rubldan çox dəyəri olan əmlak da müsadirə olunub.


İstintaq çərçivəsində təkcə Dağıstanda deyil, Moskva və Sankt-Peterburqda da 70-dən çox ünvan üzrə axtarış aparılıb.
 

Maqomed-Sultan Maqomedov uzun illər neft sektorunda çalışıb. 1989-cu ildə Mahaçqalada neft təminatı üzrə müəssisəyə direktor təyin olunub, 1991–2005-ci illərdə “Dağneftemprodukt”a rəhbərlik edib. 2005-ci ildə müəssisə özəlləşdirilərək onun əsasına “Kaspetroservis” adlı şirkət yaradılıb və “MSB-Holdinq”in tərkibinə daxil edilib.


2020-ci ildən şirkətin formal sahibləri Maqomedovun yaxınları və övladları olub.

Şirkət Xəzər dənizi vasitəsilə neft məhsullarını yeganə şəkildə daşıya bilən müəssisədir.

Maqomedov 1995–2021-ci illərdə Dağıstan Xalq Məclisinin deputatı, 2010–2013-cü illərdə isə onun sədri olub. 2021-ci ildən 2025-ci ilin iyuluna qədər dövlət katibi vəzifəsini icra edib.
 

İyulda vəzifədən azad olunub, çünki 2023-cü ildə aparılmış yoxlamalar onun rəhbərliyi altında neft məhsullarının qanunsuz şəkildə sıfır vergi dərəcəsi ilə Azərbaycana ixrac edildiyini üzə çıxarıb.


Uçotda isə bu məhsullar aksiz vergisinə cəlb olunmalı idi. Dağıstan büdcəsinə 2 milyard rubl ziyan dəydiyi bildirilir.
 

Maqomedov 25 iyunda saxlanılıb, bir gün sonra isə ev dustaqlığına buraxılıb. Onun milyardlarla rublluq aktivləri üzərinə həbs qoyulub. Həyat yoldaşının, qızlarının, o cümlədən deputat olan oğlunun da evində axtarış aparılıb.


Mənbələr bildirirlər ki, Maqomedov son illər Dağıstanda bir çox təyinatlara birbaşa təsir göstərən, kölgə “krallığı” olan şəxs olub.

“Dağneftemprodukt”un keyfiyyətsiz və “çirkli” neft satdığı barədə də çoxsaylı şikayətlər olub.

Qanunsuz özəlləşdirmədən sonra yaradılan bu kölgə imperiya illər ərzində onlarla şirkət, neftayırma zavodları, boru xətləri, anbarlar və digər obyektlərlə genişlənib. İndi isə bu əmlakların hamısı məhkəmə qərarı ilə dövlətin balansına verilib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Polşa öz ərazisində NATO qüvvələrinin yerləşdirilməsinə razılıq verdi

Polşa öz ərazisində NATO qüvvələrinin yerləşdirilməsinə razılıq verdi

"Neftçi" "Sabah"la bərabərə qaldı

"Neftçi" "Sabah"la bərabərə qaldı

Özbəkistanda qatar avtomobillə toqquşdu: 6 ölü var

Özbəkistanda qatar avtomobillə toqquşdu: 6 ölü var

Bakının işğaldan azad edilməsindən 107 il ötür

Bakının işğaldan azad edilməsindən 107 il ötür

Azərbaycanda Bilik Günüdür

Azərbaycanda Bilik Günüdür

Çinin Şandun əyaləti üzərində partlayış - VİDEO

Çinin Şandun əyaləti üzərində partlayış - VİDEO

“Biz Üçüncü dünya müharibəsinin astanasındayıq” - Berns

“Biz Üçüncü dünya müharibəsinin astanasındayıq” - Berns

Renka daha bunu etməyəcək

Renka daha bunu etməyəcək

İlham Əliyevin azyaşlı ilə səmimi dialoqu - VİDEO

İlham Əliyevin azyaşlı ilə səmimi dialoqu - VİDEO

Göygöldə qəza: 2 yaralı var

Göygöldə qəza: 2 yaralı var

Sabunçuda yenə eyni mənzərə - VİDEO

Sabunçuda yenə eyni mənzərə - VİDEO

Braziliya prezidenti Trampı dialoqa çağırdı

Braziliya prezidenti Trampı dialoqa çağırdı

Xankəndidə erməninin silahlı təxribata hazırlıq görməsinin görüntüləri yayıldı - VİDEO

Xankəndidə erməninin silahlı təxribata hazırlıq görməsinin görüntüləri yayıldı - VİDEO

Xankəndidə yaralanan polis Bakıya gətirildi

Xankəndidə yaralanan polis Bakıya gətirildi

Sökülən evlərin sakinləri ilə tikinti şirkətləri arasında kompensasiya DAVASI

Sökülən evlərin sakinləri ilə tikinti şirkətləri arasında kompensasiya DAVASI

Zelenski Rusiyanın neft emalı zavodlarına edilən zərbələrin əhəmiyyətindən danışdı

Zelenski Rusiyanın neft emalı zavodlarına edilən zərbələrin əhəmiyyətindən danışdı

Qohum evliliyi qadağasından sonra nikahların sayı AZALDI - VİDEO

Qohum evliliyi qadağasından sonra nikahların sayı AZALDI - VİDEO

“Aygün Bəylər buna görə kişi paltarı geyinirdi”

“Aygün Bəylər buna görə kişi paltarı geyinirdi”

Tramp Avropaya görün hansı şərti qoyub?

Tramp Avropaya görün hansı şərti qoyub?

İlk dəfə anasını paylaşdı - FOTO

İlk dəfə anasını paylaşdı - FOTO

"Formula-1"ə görə Bakıya nə qədər turist gələcək? - VİDEO

"Formula-1"ə görə Bakıya nə qədər turist gələcək? - VİDEO

İlham Əliyevin qonaq olduğu evdən GÖRÜNTÜLƏR

İlham Əliyevin qonaq olduğu evdən GÖRÜNTÜLƏR

Əməkdar artist: "Hamilə ola-ola məni boşadı" - FOTO

Əməkdar artist: "Hamilə ola-ola məni boşadı" - FOTO

Rusiyanın Xəzər donanması hərbi təlimlərə başladı

Rusiyanın Xəzər donanması hərbi təlimlərə başladı

End of content

No more pages to load

RADİO