Türkiyəli general açıqladı: “Zəngəzur dəhlizi bu tarixdə açılacaq”

“Zəngəzur dəhlizinin açılması və bununla bağlı enerji və logistika yollarının həyata keçirilməsi yalnız Azərbaycanla Ermənistan arasındakı bir məsələ deyil. Bu dəhliz bütün regionu əhatə edir. Hətta dünya iqtisadiyyatına və qlobal ticarətə də təsir edən bir məsələdir”.

Bizim.Media xəbər verir ki, bu sözlıri “Demokrat.az”a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş Hərbi Attaşesi, istefada olan general-mayor Yücel Karauz bildirib.

General-mayor deyib ki, dünyanın strateji güc balansı da dəyişir:

“Üçtərəfli bəyanatda yer alan və sonradan müxtəlif adlarla yenidən gündəmə gətirilən məsələlər həm Azərbaycan-Ermənistan münasibətlərinə, həm də Ermənistan-Türkiyə münasibətləri kontekstində müəyyən perspektiv ortaya qoyur. Bu perspektivin bir ucunda İran və Rusiya, digər ucunda isə Avropa İttifaqı və ABŞ dayanır. 
 

Ermənistan isə 2-ci Qarabağ müharibəsindəki məğlubiyyətindən, yəni “dəmir yumruq”la üzləşdikdən sonra daim fərqli ölkələrlə əməkdaşlıq etməyə çalışaraq bu prosesi çətinləşdirməyə çalışır. 2020-ci ildəki Qarabağ zəfəri zamanı dünyanın bölgəyə baxışı ilə bu günkü baxış arasında fərq var.


Əvvəllər bu dəhlizə Rusiya sülhməramlılarının nəzarət etməsi nəzərdə tutulurdu. İndi isə ABŞ bu nəzarətin özəl Amerika şirkətləri tərəfindən həyata keçirilməsini, hətta bu dəhlizə “Tramp yolu” və ya “Ermənistan sülh yolu” kimi adlar verilməsini təklif edir. Lakin zaman Ermənistanın əleyhinə işləyir”.

Y.Karauz vurğulayıb ki, bu yolun açılması və dəhlizin digər logistika variantları ilə birgə həyata keçirilməsi təkcə Azərbaycan və Türkiyəyə deyil, bütün türk dünyasına böyük töhfə verəcək:

“Ən böyük fayda isə Ermənistan və region ölkələrinə, eyni zamanda Pekindən Londona qədər uzanan ticarət və logistika şəbəkəsinə olacaq. Bu dəhliz Şərqdən Qərbə, Şimaldan Cənuba uzanan yolların kəsişməsində yerləşdiyindən, qlobal əhəmiyyətə malikdir. 

Ermənistan bu məsələni hansı tərəflə həll etməyə çalışırsa-çalışsın, nəticədə ən doğru yol Azərbaycanla birbaşa dialoqdur. Birləşmiş Ərəb Əmirliklərində keçirilən görüşlərdə də göründü ki, məsələ çoxşaxəlidir. Ermənistan gah Rusiyaya, gah Avropa İttifaqına, gah da ABŞ-a üz tutur və bu tərəflər arasında tərəddüd edir. Amma sonda bu dəhliz açılacaq. 

İnanıram ki, 2025-ci ilin sonuna və ya 2026-cı ildə Ermənistan nəhayət düzgün yolu tapacaq. Hər ötən gün bu yolun açılmaması Ermənistan üçün itki deməkdir.

Onlar nə qədər tez başa düşsələr ki, bu yol barışa və sabitliyə aparır, o qədər tez regionda rifah və əmin-amanlıq bərqərar olacaq. Hazırda Ermənistan cəmiyyəti bu reallığa uyğunlaşdırılır, ictimai rəy formalaşdırılır, daxildə psixoloji hazırlıq aparılır. 

Eyni zamanda revanşist qüvvələr prosesə əngəl olmağa çalışırlar. Amma ən vacib məsələ odur ki, hər kəs – istər region dövlətləri, istərsə də beynəlxalq güclər gerçəklikləri düzgün qiymətləndirsin və barışa, sabitliyə töhfə verəcək mövqe tutsun”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mərkəzi Bank Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə tamhüquqlu ÜZV OLDU

Mərkəzi Bank Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə tamhüquqlu ÜZV OLDU

“Qarabağ”ın sabiq futbolçusu İsrail klubuna KEÇDİ

“Qarabağ”ın sabiq futbolçusu İsrail klubuna KEÇDİ

Bir meyvə, min faydası: Heyvanın sirri

Bir meyvə, min faydası: Heyvanın sirri

Rafael Dadaşovun öz adını daşıyan nəvəsi İLK DƏFƏ - VİDEO

Rafael Dadaşovun öz adını daşıyan nəvəsi İLK DƏFƏ - VİDEO

Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı

Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı

Polşanın hökumət binaları üzərində dron göründü – Tusk

Polşanın hökumət binaları üzərində dron göründü – Tusk

Yaşarın da qızı birinci sinfə getdi - FOTO

Yaşarın da qızı birinci sinfə getdi - FOTO

İsveçli idmançıdan 14-cü DÜNYA REKORDU

İsveçli idmançıdan 14-cü DÜNYA REKORDU

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

Sabah Bakının 2 rayonunda QAZ OLMAYACAQ

Sabah Bakının 2 rayonunda QAZ OLMAYACAQ

İlk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi - FOTO

İlk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi - FOTO

İkinci Liqa: “Şəmkir” və “Şirvan” qələbə QAZANDI

İkinci Liqa: “Şəmkir” və “Şirvan” qələbə QAZANDI

Britaniya Polşa səmasını qorumaq üçün qırıcı təyyarələr GÖNDƏRƏCƏK

Britaniya Polşa səmasını qorumaq üçün qırıcı təyyarələr GÖNDƏRƏCƏK

Buna görə ad günü keçirtmir

Buna görə ad günü keçirtmir

“Çarli Kirkin qətlini alqışlayan əcnəbilərə ABŞ vizası verilməməlidir” - Rubio

“Çarli Kirkin qətlini alqışlayan əcnəbilərə ABŞ vizası verilməməlidir” - Rubio

Azərbaycan klubu ukraynalı legioner TRANSFER ETDİ

Azərbaycan klubu ukraynalı legioner TRANSFER ETDİ

Faiq Ağayev: “Mənim kəbinli arvadım var” - VİDEO

Faiq Ağayev: “Mənim kəbinli arvadım var” - VİDEO

Prezident Daşbulaq sakininin ata evi ilə bağlı TAPŞIRIQ VERDİ - VİDEO

Prezident Daşbulaq sakininin ata evi ilə bağlı TAPŞIRIQ VERDİ - VİDEO

“İsrail təcridə hazırlaşmalıdır” - Netanyahu

“İsrail təcridə hazırlaşmalıdır” - Netanyahu

“Qarabağ”la oyundan öncə “Benfika”da CİDDİ İTKİLƏR

“Qarabağ”la oyundan öncə “Benfika”da CİDDİ İTKİLƏR

Mehin ərə gedir

Mehin ərə gedir

Qızılın dəyəri TARİXİ MAKSİMUMA yüksəldi

Qızılın dəyəri TARİXİ MAKSİMUMA yüksəldi

37 müntəzəm avtobus marşrutu müsabiqəyə ÇIXARILIR

37 müntəzəm avtobus marşrutu müsabiqəyə ÇIXARILIR

Nuri Şahin Superliqa klubunun BAŞ MƏŞQÇİSİ oldu

Nuri Şahin Superliqa klubunun BAŞ MƏŞQÇİSİ oldu

End of content

No more pages to load

RADİO