“Qusar” komandası ikinci liqadan kənarlaşdırıldı

II Liqada 2025-2026-cı illər futbol mövsümündə iştirak edəcək klubların sayı müəyyənləşib.

Bizim.Media Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, turnir 12 komandanın iştirakı ilə keçiriləcək.

“Qusar” komandası rəsmi müraciətə və dəfələrlə olan xatırlatmalara baxmayaraq, 2025/26-cı il futbol mövsümündə iştirakını təsdiqləmədiyinə görə, eyni zamanda, II Liqanın 2024-2025-ci illər mövsümündə komandanın oyunlarında dəfələrlə təkrarlanmış neqativ hallar (sistematik şəkildə Əsasnamə tələblərinin pozulması) nəzərə alınaraq, idman prinsipləri rəhbər tutularaq bu komandanı II Liqada ötən il Region Liqasında 3-cü yeri tutmuş “Ağstafa Gəncləri” komandası əvəzləyəcək.
 

Peşəkar Futbol Liqası AFFA ilə məsləhətləşmələrdən sonra Region Liqasının potensialını, eləcə də komandaların II Liqaya marağını nəzərə alaraq, turnirin formatında dəyişiklik edib.


2025/26 mövsümündə II Liqada yarışın qalibi birbaşa 1-ci Liqaya yüksələcək, 2-ci yerin sahibi isə I Liqada 9-cu yeri tutmuş komanda ilə 1 oyundan ibarət pley-off oyununda üz-üzə gələcək.

Region Liqasından isə 2-ci Liqaya 3 komandanın yüksəlmək şansı olacaq.
 

Belə ki, Region Liqasında 1-ci yerin sahibi birbaşa II Liqaya vəsiqə qazanacaq, 2-ci və 3-cü yerlərin sahibləri müvafiq olaraq, 2-ci Liqada 11-ci və 10-cu yerləri tutmuş komandalarla 1 oyundan ibarət pley-off oyunu keçirəcəklər.


2025-2026-cı illər mövsümü II Liqada turnir 27 turdan ibarət olacaq. Komandalar ilkin olaraq 2 dövrədən ibarət 22 turda, daha sonra 5 turdan ibarət altılıq sistemində yarışacaqlar.

II Liqa üçün nəzərdə tutulmuş maliyyə 12 klub arasında bərabər bölünəcək.

Qeyd edək ki, II Liqada 2025-2026-cı illər mövsümü sentyabrın 6-da başlayacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“İşıqları niyə yandırmısan?” demək boşanma səbəbi sayılacaq – Türkiyədə YENİ QAYDA

“İşıqları niyə yandırmısan?” demək boşanma səbəbi sayılacaq – Türkiyədə YENİ QAYDA

Avtomobildə sıxılı vəziyyətdə qalan vətəndaş belə xilas edildi – VİDEO

Avtomobildə sıxılı vəziyyətdə qalan vətəndaş belə xilas edildi – VİDEO

Dilqəm Əhmədliyə vəzifə verildi

Dilqəm Əhmədliyə vəzifə verildi

Pensiyaçılar bu yazını MÜTLƏQ OXUSUN

Pensiyaçılar bu yazını MÜTLƏQ OXUSUN

Pambıqçılıqla məşğul olanlara ŞAD XƏBƏR

Pambıqçılıqla məşğul olanlara ŞAD XƏBƏR

"Süni tıxac niyə yaradılır?" – VİDEO

"Süni tıxac niyə yaradılır?" – VİDEO

PFL klublara 3 milyona yaxın ödəniş etdi

PFL klublara 3 milyona yaxın ödəniş etdi

“Brilyant” adı ilə sintetik almazların satışı qadağan edildi

“Brilyant” adı ilə sintetik almazların satışı qadağan edildi

Taxta materialları bahalaşdı – YENİ QİYMƏTLƏR

Taxta materialları bahalaşdı – YENİ QİYMƏTLƏR

Xəzər sahili neft tullantılarından təmizlənir - FOTO

Xəzər sahili neft tullantılarından təmizlənir - FOTO

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı QƏRAR VERDİ

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı QƏRAR VERDİ

"Arzum"un cinayət işinin DETALLARI - Hadisə yerindən qaçıb?

"Arzum"un cinayət işinin DETALLARI - Hadisə yerindən qaçıb?

Xaçmazda evdən 50 minlik OĞURLUQ – ANBAAN VİDEO

Xaçmazda evdən 50 minlik OĞURLUQ – ANBAAN VİDEO

Maaş və sosial ödənişlərdə artım olacaq? – 60 faiz…

Maaş və sosial ödənişlərdə artım olacaq? – 60 faiz…

“Neftçi”dən növbəti TRANSFER

“Neftçi”dən növbəti TRANSFER

Dünyada milyarderlərin sayı 4 min nəfəri keçdi

Dünyada milyarderlərin sayı 4 min nəfəri keçdi

Azərbaycan Prezidenti: İƏT-in ardıcıl dəstəyini daim hiss etmişik

Azərbaycan Prezidenti: İƏT-in ardıcıl dəstəyini daim hiss etmişik

Azərbaycanda vəzifəli şəxs VƏFAT ETDİ- FOTO

Azərbaycanda vəzifəli şəxs VƏFAT ETDİ- FOTO

İlham Əliyev: “İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilib”

İlham Əliyev: “İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilib”

İƏT Parlament İttifaqına sədrlik Azərbaycana KEÇDİ

İƏT Parlament İttifaqına sədrlik Azərbaycana KEÇDİ

Metroda qadının fotolarını gizlincə çəkən şəxsi sərnişinlər belə cəzalandırdı – VİDEO

Metroda qadının fotolarını gizlincə çəkən şəxsi sərnişinlər belə cəzalandırdı – VİDEO

Prezident: “Avropa Parlamenti və AŞPA anti-İslam əhvali-ruhiyyəsini təlqin edir”

Prezident: “Avropa Parlamenti və AŞPA anti-İslam əhvali-ruhiyyəsini təlqin edir”

Füzulidə kişi evinin həyətində ölü tapıldı

Füzulidə kişi evinin həyətində ölü tapıldı

Domeni "az" olan saytların fəaliyyəti hansı hallarda dayandırıla bilər?

Domeni "az" olan saytların fəaliyyəti hansı hallarda dayandırıla bilər?

End of content

No more pages to load

RADİO