Bitki çaylarının faydası və ziyanı

Bitki çayları qədim zamanlardan bəri insanların önəm verdiyi və təbiblərin məsləhət gördüyü içkilərdir.

Bizim.Media xəbər verir ki, bir çox xəstəliyin müalicəsində köməkçi olaraq istifadə edilən bitkilər mütəxəssislə məsləhətləşmədən istifadə edilməməlidir.

Yaşıl çay

Ən güclü antioksidantlardan biridir. Xərçəngin yaranmasının qarşısını alır, xolestrin miqdarını azaldır, ürək-damar sisteminə xeyirdir. Qan təzyiqini aşağı salır, dişlərin çürüməsinin qarşısını alır, diş əti xəstəliklərinə qarşı qalxan yaradır. Metobolizmanı sürətləndirir, arıqlamağa kömək edir və immuniteti gücləndirir.

Çobanyastığı çayı

Yuxusuzluqdan əziyyət çəkən insanlar üçün idealdır. Revmatizma, dəri xəstəlikləri, qastrit, bağırsaq iltihabı kimi xəstəliklərin müalicəsində köməkçi vasitədir. Çobanyastığı çayı stresi azaldır, mədə ağrısının qarşısını alır, əzələləri sakitləşdirir, diş əti xəstəlikləri ilə mübarizə aparır. Həmçinin ağıziçi iltihablarının müalicəsində də qarqara suyu olaraq istifadə edilə bilər.

Razyana çayı

Həzm problemi, mədə ağrısı, qaz və köp kimi narahatlıqlar zamanı istifadə edilə bilər. Xüsusilə də, süd verən analar üçün idealdır. Həm südü artırı, həm də körpədə qaz və köp yaranmasının qarşısını alır.

Gicitkən çayı

Tərkibində yüksək miqdarda dəmir var. Anemiyanın müalicəsində istifadə edilir. Həmçinin həzm sistemini normallaşdırır və orqanları təmizləyir. Sidik yolları infeksiyasının müalicəsində köməkçi vasitədir. Öskürəyə yaxşı təsir edir, immuniteti gücləndirir, soyuqlamanı aradan qaldırır, həzm sistemini normallaşdırır.

Sürvə yarpağı çayı (Şalfey)

Latıncadan tərcümədə “sağaltmaq” deməkdir. Zərərli toksinləri bədəndən atır, beyin funksiyalarını inkişaf etdirir və bronxit, astma xəstəliklərinin simptomlarını zəiflədir. Qara ciyəri təmizləyir, sidik yolları infeksiyasının müalicəsində köməkçi vasitədir.

Məkkəgülü çiçəyi

Tərkibində yüksək miqdarda C vitamini olan kafeinsiz məkkəgülü çiçəyi (hibiskus) çayı immuniteti gücləndirir. II tip diyabetlərdə qan təzyiqini aşağı salmağa kömək edir.

Antioksidantdır, xolestrini aşağı salır, mədə xərçənginin yaranmasının qarşısını alır.

Piylənmənin qarşısını alır. Susuzluğu yatırır.

Kəklikotu çayı

Təxminən bir-birindən müxtəlik 350 növü olan kəklikotu çayı güclü antioksidantdır. Öskürəyi azaldır, həzm sistemini yaxşılaşdırır, orqanizmi lazımlı minerallarla təmin edir. Boğaz ağrısını azaldır, ağıziçi yaralarının sağaldır, dişəti xəstəliklərinə qarşı mübarizə aparır. Antiseptikdir, soyuqdəyməni aradan qaldırır, şişkinliyi və stresi azaldır.

Cəfəri çayı

Dəmir çatışmazlığı problemləri olanlara cəfəri suyu məsləhət görülür. Qrip və soyuqdəyməni aradan qaldırır, aybaşı zamanı ağrıları azaldır. Güclü sidikqovucudur. (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Müğənninin səsi batdı – VİDEO

Müğənninin səsi batdı – VİDEO

Samuxda ağır yol qəzası: ölənlər var

Samuxda ağır yol qəzası: ölənlər var

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

"Zirə" mövsümün ilk oyununda qələbə qazandı

"Zirə" mövsümün ilk oyununda qələbə qazandı

Tramp Ukraynaya səfər edəcəyini BƏYAN ETDİ

Tramp Ukraynaya səfər edəcəyini BƏYAN ETDİ

Vasitəçi Pakistan ABŞ və İrana ÇAĞIRIŞ ETDİ

Vasitəçi Pakistan ABŞ və İrana ÇAĞIRIŞ ETDİ

İspaniyada anomal isti: 112 illik temperatur rekordu təzələndi

İspaniyada anomal isti: 112 illik temperatur rekordu təzələndi

Diddinin həbsxanadan görüntüləri yayıldı – FOTO

Diddinin həbsxanadan görüntüləri yayıldı – FOTO

Rüttedən diqqətçəkən ÇIXIŞ: NATO-nun İranla münaqişədə iştirakı mümkündür

Rüttedən diqqətçəkən ÇIXIŞ: NATO-nun İranla münaqişədə iştirakı mümkündür

Gəlirləri artacaq BÜRCLƏR

Gəlirləri artacaq BÜRCLƏR

Balakəndə selin apardığı kişinin meyiti TAPILDI

Balakəndə selin apardığı kişinin meyiti TAPILDI

Aktrisa Ece İrtemin ölüm səbəbi BƏLLİ OLDU

Aktrisa Ece İrtemin ölüm səbəbi BƏLLİ OLDU

End of content

No more pages to load

RADİO