Sürücü qadınlar üçün özəl PARKİNQ - Ayrı-seçkilik, yoxsa təhlükəsizlik?

Çin və Cənubi Koreyada qadınlar üçün özəl parklanma zonaları yaradılıb. Əsasən  daha geniş və yolağzı yerlərdə parklanmaların yaradılmasının səbəbi odur ki, qadınlar maşın parklamada daim çətinlik çəkdiklərinə, dar yerdə manevr edə bilmədiklərinə görə buna ehtiyac duyulub.

Digər sahələrdən 80 sm daha geniş olan bu məkanlarda hər iki tərəfdən avtomobillərin qapıları rahat açılacaq şəkildə dizayn edilir.
 

Bu cür parklanma yerləri yaxşı işıqlandırılır, kameralarla nəzarət olunur, giriş-çıxışa yaxın olur. Bu, xüsusilə gec saatlarda qadın sürücülər üçün rahatlıq yaradır.


Bu jest qadınların hər nə qədər ürəyincə olsa da, kişiləri qəzəbləndirib. Qadınların rahatlığı və təhlükəsizlik baxımından edilən bu təşəbbüs kişilərə gender bərabərsizliyi kimi görünüb. Onlar bunu texniki problemin həlli kimi deyil, sosial ayrı-seçkilik olaraq qəbul edir. Bildirirlər ki, əgər məqsəd təhlükəsizlikdirsə, onda bu cür yerlər təkcə qadınlar üçün deyil, yaşlı sürücülər, maşın sürməyə yeni başlayanlar və nisbətən əlilliyi olanlar üçün də açılsın.

Qeyd edək ki, indiyədək Almaniyada belə parklanma yeri açılmışdı. Çəhrayı cizgilərlə əhatələnmiş ərazi  o vaxt da müzakirə mövzusu olmuşdu. Belə zonaların yaradılması “qadınlar maşını yaxşı sürə bilmir” kimi stereotipin güclənməsinə səbəb olmuşdu Koreyada isə kişilər bir yana bəzi qadın hüquqları müdafiəçiləri də bu addımı seksist hesab edirlər.
 

Azərbaycan da kifayət qədər qadın sürücülərin oduğunu və getdikcə saylarının daha da artdığını nəzərə alsaq, belə parklanmalara ehtiyac duyulduğunu düşünmək olar. Bəs paytaxda qadınlara özəl parklanma zonaları açmaq üçün kifayət qədər yer varmı?


Bizim.Media-ya açıqlama verən nəqliyyat üzrə ekspert Oqtay Nağıyev bildirib ki, Bakı kimi dar küçəli, dolu bir şəhərin küçələrində belə geniş ərazilərin salınması mümkün görünmür:

“Ən azından bunu köhnə Bakıda etmək olmaz. Paytaxtın yeni salınmış və genişləndirilmiş yerlərində isə tədricən həyata keçirmək mümkündür. Bu tip park yerlərini ilk olaraq elə özəl şirkətlərin geniş qarajlarında, böyük ticarət mərkəzlərinin ətrafında, iri idman komplekslərinin həyətində salmaq olar”.

Ekspert qeyd edib ki, bunun üçün yerli bələdiyyələr təşəbbüslə çıxış etməli və müstəqil qurumlar könüllü addım atmalıdırlar ki, sonrakı mərhələdə qanunvericiliklə tənzimlənsin.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Müğənninin səsi batdı – VİDEO

Müğənninin səsi batdı – VİDEO

Samuxda ağır yol qəzası: ölənlər var

Samuxda ağır yol qəzası: ölənlər var

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

"Zirə" mövsümün ilk oyununda qələbə qazandı

"Zirə" mövsümün ilk oyununda qələbə qazandı

Tramp Ukraynaya səfər edəcəyini BƏYAN ETDİ

Tramp Ukraynaya səfər edəcəyini BƏYAN ETDİ

Vasitəçi Pakistan ABŞ və İrana ÇAĞIRIŞ ETDİ

Vasitəçi Pakistan ABŞ və İrana ÇAĞIRIŞ ETDİ

İspaniyada anomal isti: 112 illik temperatur rekordu təzələndi

İspaniyada anomal isti: 112 illik temperatur rekordu təzələndi

Diddinin həbsxanadan görüntüləri yayıldı – FOTO

Diddinin həbsxanadan görüntüləri yayıldı – FOTO

Rüttedən diqqətçəkən ÇIXIŞ: NATO-nun İranla münaqişədə iştirakı mümkündür

Rüttedən diqqətçəkən ÇIXIŞ: NATO-nun İranla münaqişədə iştirakı mümkündür

Gəlirləri artacaq BÜRCLƏR

Gəlirləri artacaq BÜRCLƏR

Balakəndə selin apardığı kişinin meyiti TAPILDI

Balakəndə selin apardığı kişinin meyiti TAPILDI

Aktrisa Ece İrtemin ölüm səbəbi BƏLLİ OLDU

Aktrisa Ece İrtemin ölüm səbəbi BƏLLİ OLDU

Tramp: "İranla razılaşmaq istədiyimə əmin deyiləm"

Tramp: "İranla razılaşmaq istədiyimə əmin deyiləm"

Zaqatalada poçtu sel apardı - VİDEO

Zaqatalada poçtu sel apardı - VİDEO

End of content

No more pages to load

RADİO