Şüvəlandakı park uşaqlar üçün təhlükəyə çevrilib - İDDİA/VİDEO

Şüvəlan qəsəbəsinin Şimal DRES massivində salınan park hazırda baxımsız və təhlükəli vəziyyətdədir. Parkda işıqlandırma sistemi yoxdur, yollar palçıqlı, yaşıllıqlar isə qurumuş vəziyyətdədir.

Bizim.Media xəbər verir ki, sakinlər dəfələrlə şikayət etsələr də, hələlik heç bir tədbir görülməyib.

Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlər bildiriblər ki, park artıq bir ilə yaxındır acınacaqlı vəziyyətdədir:
 

"Bir il əvvəl gəlib burada müəyyən işlər gördülər, lakin onları yarımçıq qoyub getdilər. Artıq 6-7 aydır ki, əraziyə 20 minə yaxın ağac əkilib. Lakin su təminatı olmadığından onların hamısı quruyub. Asfalt örtüyü isə yararsız vəziyyətdədir. Toz-torpaq evlərimizin içərisinə qədər dolur.


Kimə müraciət ediriksə, nəticə yoxdur", - deyə sakinlərdən biri narazılığını bildirib.
 

Məsələ ilə bağlı Xəzər rayonu 130 saylı Mənzil-Kommunal İstismar Sahəsindən bildirilib ki, Şüvəlan qəsəbəsi, Şimal DRES massivində 14, 16, 18, 20 və 2, 4, 6, 8 saylı ünvanlarda park salınıb, lakin asfalt örtüyü hələ döşənməyib:


"Bəzi kiçik çatışmazlıqlar mövcuddur. Onlar yaxın vaxtlarda aradan qaldırılacaq və məsələ tezliklə həll olunacaq".

Parkın tikinti işlərini həyata keçirən "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC-dən isə bildirilib ki, problemdən xəbərdardırlar və məsələ bu ilin sonuna qədər həll ediləcək.

Ətraflı süjetdə:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Müğənninin səsi batdı – VİDEO

Müğənninin səsi batdı – VİDEO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

"Zirə" mövsümün ilk oyununda qələbə qazandı

"Zirə" mövsümün ilk oyununda qələbə qazandı

Tramp Ukraynaya səfər edəcəyini BƏYAN ETDİ

Tramp Ukraynaya səfər edəcəyini BƏYAN ETDİ

Vasitəçi Pakistan ABŞ və İrana ÇAĞIRIŞ ETDİ

Vasitəçi Pakistan ABŞ və İrana ÇAĞIRIŞ ETDİ

End of content

No more pages to load

RADİO