124 dərman - Hansı nadir xəstəliklərə qarşı istifadə olunur?

Dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da nadir hallarda rast gəlinən xəstəliklər mövcuddur. Bəzi xəstəliklər spesifik müalicə tələb edir və istifadə edilən dərman preparatları xüsusi hazırlanır və qiyməti yüksəkdir. Həmin dərmanlar çox az yayılmış, yəni 10 min nəfərə 5 və yad aha az təsadüf edilən xəstəliklərin müalicəsində istifadə edilir. Bazar kiçik olduğundan farmasevtik şirkətlər istehsaa az maraq göstərirlər. Bu dərmanlar adətən dövlətlərin və beynəlxalq təşkilatların dəstəyi ilə xəstələrə təqdim edilir.

Azərbaycanda da bu, xüsusi qərarla tənzimlənir. Dünən Səhiyyə Nazirliyinin Kollegiyasının qərarı ilə "Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı"nda dəyişiklik edilib.

Dəyişikliyə əsasən, "Fabhalta" dərman vasitəsi həmin siyahıya əlavə edilib. Bununla da siyahıda yer alan dərmanların sayı 124-ə çatıb.

Bəs bu dərmanların çarə olduğu xəstəliklər hansılardır?

Yuxarıda da qeyd edildiyi kimi, ölkədə bu cür dərmanların sayı 124-dür.

Bizim.Media siyahıda olan bir neçə dərmanı və müalicəsində istifadə olunduğu xəstəlikləri təqdim edir.

Siyahıya yeni daxil edilən “Fabhalta” paroksizmal nokturnal hemoglobinuriya üçün nəzərdə tutulub.

Afinitor (Votubia) – tuberous skleroz kompleksi ilə bağlı şişlər, renal angiomiyolipoma, Eksicad (Exjade) – talassemiya və digər xroniki anemiyalarda dəmirin yığılması,  Qlivek– xroniki mieloid leykoz, GIST (qastrointestinal stromal şişlər), Cakavi – miyelofibroz, polistemiya vera, Revolad – immun trombositopeniya, aplastik anemiya, Siqnifor – kuşinq xəstəliyi, akromeqaliya,  Tasiqna  – xroniki mieloid leykoz, Sitozar – kəskin mieloid leykoz, Busilveks – leykozlar, kök hüceyrə transplantasiyası öncəsi, Tepadina  – leykoz, lenfoma, transplantasiya öncəsi, Filqrastim Heksal – neytropeniya (xərçəng müalicəsi və ya konjenital səbəblərdən),  Holoklar– limbal kök hüceyrə çatışmazlığı (göz yanıqları sonrası) üçün istifadə olunur.
 

Bundan başqa, siyahıda idiopatik pulmonar fibroz, interstisial ağciyər xəstəlikləri, pulmonar arterial hipertenziya, xroniki tromboembolik pulmonar hipertenziya, dərmana davamlı vərəm (MDR-TB), Kistik fibroz (ağciyərlərdə bəlğəmin durulaşdırılması və təmizlənməsi üçün), invaziv göbələk infeksiyaları (aspergilloz, kriptokokkoz, mukormikoz və s.) üçün nəzərdə tutulmuş dərman preparatları da mövcuddur.


Sitoqam dərmanı transplantasiyadan sonra sitomeqalovirus (CMV) infeksiyasının qarşısının alınması və müalicəsində, Defitelio – qaraciyərin venooklüziv xəstəliyi (hematopoetik kök hüceyrə transplantasiyası sonrası), Foskavir – acyclovir və ganciclovirə davamlı herpes virus infeksiyaları (CMV retiniti, herpes simplex), Forsteo – İrsi və ya ağır osteoporoz (xüsusilə yüksək sınıq riski olan xəstələrdə), Trekondi – Hematopoetik kök hüceyrə transplantasiyası öncəsi kondisionerləşmə, nadir hematoloji xəstəliklər, Mirin – Multipl miyeloma, bəzi nadir lepraya bağlı ağırlaşmalar, Biknu – Beyin şişləri (glioma), Hodgkin və qeyri-Hodgkin lenfoma, çox nadir hematoloji bədxassəli xəstəliklər, Rapamun  – Orqan transplantasiyasında rədd cavabının qarşısı, həmçinin bəzi nadir damar anomaliyaları, Fibroqammin  – irsi və ya qazanılmış XIII faktor çatışmazlığı (qanın laxtalanma pozğunluğu), Filzuvez – epidermolizis bülloza (nadirlərdən olan irsi dəri xəstəliyi) xəstəliklərinin müalicəsində geniş istifaə olunur və dövlət tərəfindən xəstələrə təqdim edilir.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Müğənninin səsi batdı – VİDEO

Müğənninin səsi batdı – VİDEO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

"Zirə" mövsümün ilk oyununda qələbə qazandı

"Zirə" mövsümün ilk oyununda qələbə qazandı

Tramp Ukraynaya səfər edəcəyini BƏYAN ETDİ

Tramp Ukraynaya səfər edəcəyini BƏYAN ETDİ

Vasitəçi Pakistan ABŞ və İrana ÇAĞIRIŞ ETDİ

Vasitəçi Pakistan ABŞ və İrana ÇAĞIRIŞ ETDİ

End of content

No more pages to load

RADİO