“Birinci dozadan sonra baş verən anaflaktik reaksiya, yəni şok reaksiyası ikinci doza üçün əks göstərişdir”.
Bizim.Media TƏBİB-in feysbuk səhifəsinə istinadla bildiri ki, bu barədə qurumun infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva “COVID-19” mövzusunda çıxışında danışıb.
Onun sözlərinə görə, boğulma, yəni sistemşəkilli allergik reaksiya ikinci doza üçün əks göstərişdir:
“Bu kimi hal baş verdikdə ikinci dozadan imtina edə bilərsiniz”.
Bizim.Media