"Hazırda ölkədə qəbul olunmuş strategiyaya uyğun olaraq yalnız 18 yaş üzəri vətəndaşlara vaksin vurulması tövsiyə edilir".
Bizim.Media Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sosial şəbəkə hesabına istinadla xəbər verir ki, bunu qurumun İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.
Həkim-infeksionist bildirib ki, hazırda mütəxəssislər uşaqlara vaksinin vurulması üçün müzakirə aparır:
“Müsbət qərar olarsa, bu barədə ictimaiyyətə açıqlama veriləcək”.
Bizim.Media