Vüqar Rəhimzadə: Qərəzli qətnamə layihəsi Fransanın ifşa olunmuş əsl simasının göstəricisidir

Fransanın siyasi dairələrinin, o cümlədən parlamentinin Yelisey Sarayından alınmış təlimatlar əsasında anti-Azərbaycan və islamofob fəaliyyəti davamlılığı ilə diqqətdədir. Bu dəfə həmin təlimatın icraçısı Fransada iqtidar koalisiyanın üzvü “Respublikaçılar” Partiyasıdır.
 

Fransa mətbuatında ölkəmizə qarşı aparılan qarayaxma kampaniyası çərçivəsində səsləndirilən fikirlərin Milli Assambleyada irəli sürülmüş qətnamə layihəsində öz əksini tapması cızılan ssenarinin arxasında Makron administrasiyasının dayandığını bir daha təsdiqləyir.


Bir mühüm məqamı da nəzərə alaq ki, qətnamə layihəsi Fransa ilə Yeni Kaledoniya arasında əldə olunmuş razılaşmadan çox keçmədən irəli sürüldü. Təbii ki, atılan bu addım təsadüfi xarakter daşıya bilməz.
 

Azərbaycan diplomatiyasının son zamanlar müstəmləkəçiliyə qarşı beynəlxalq platformalarda nümayiş etdirdiyi prinsipial mövqe, xüsusilə də Fransanın dənizaşırı ərazilərində, o cümlədən Yeni Kaledoniyada baş verən proseslərə dair mövqeyi rəsmi Parisdə ciddi narahatlıq doğurur.


Bu kontekstdə, prezident Emmanuel Makronun administrasiyası məhz Azərbaycanı hədəfə alan qətnamə layihəsi ilə çıxış etməklə ölkəmizə qarşı qərəzli mövqeyini açıq-aşkar nümayiş etdirir.
 

Bu sənəd bir daha göstərir ki, Fransada bəzi dairələr Cənubi Qafqaz regionunda sülhün, təhlükəsizliyin təmin edilməsində maraqlı olmadıqları üçün qərəzli yanaşmalarını davam etdirirlər. Qərəzli qətnamənin müəllifləri də daim erməni lobbisinin təsiri altında fəaliyyət göstərən, anti-Azərbaycan mövqeləri ilə tanınan şəxslərdir.


Tarixi Zəfərimizdən və suverenliyimizin tam bərpasından sonra Fransanın ölkəmizə qarşı bu günədək yürütdüyü qərəzli siyasətin açıq müstəviyə keçdiyi diqqətdən kənarda qalmır və bu, qəbul edilən qeyri-ciddi, Azərbaycan üçün adi kağız parçasından başqa bir şey olmayan qətnamə layihələrində də özünün aydın ifadəsini tapır.
 

Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarının irəlilədiyi bir mərhələdə, xüsusilə Əbu-Dabi görüşündən dərhal sonra belə bir qətnamə layihəsinin gündəmə gətirilməsi Fransanın sülh prosesindən narahat olduğunu, danışıqlar prosesindən kənarda qalmasını həzm edə bilmədiyini bir daha təsdiqləyir.


Fransa Milli Assambleyasında irəli sürülən bu kimi qətnamələr beynəlxalq hüquqa zidd olmaqla yanaşı, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə açıq hörmətsizlikdir.

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, qətnamə layihəsində Ermənistanın “sülhsevər tərəf” kimi göstərilməsi əslində təəccüb doğurmur.
 

30 illik işğal dövründə də eyni yanaşma nümayiş etdirən bəzi dünya dövlətləri, o cümlədən Fransa bununla ikili standartlara əsaslanan siyasətini bir daha nümayiş etdirir. Azərbaycanın 28 il dünyadan ədalət gözləməsi sülh siyasətinin təsdiqi idi.


Hər zaman ədalətin, beynəlxalq hüququn yanında olan ölkəmiz artıq tarixin arxivinə atılmış keçmiş Qarabağ münaqişəsinin sülh danışıqları əsasında həllinə səy göstərdi.

Ermənistanın havadarlarının dəstəyinə arxalanaraq danışıqlar prosesinə sadəcə imitasiya xatirinə qatılması keçmiş münaqişənin həlli prosesinin 30 ilə yaxın uzanmasına gətirib çıxardı.
 

44 günlük İkinci Qarabağ müharibəsi, bir sutkadan az davam edən lokal antiterror tədbirləri ədalətin, beynəlxalq hüququn kimin tərəfində olmasının, Azərbaycanın real imkanlarının təqdimatı oldu.


44 gündə 30 ilin ədalətsizliyinə son qoymaq, tarixi ədaləti bərpa etmək Ermənistana və ona dəstək verənlərə dərs oldu. Bu gün Fransa kimi demokratik dəyərləri, ədaləti, beynəlxalq hüququ maraqlarının arxasında gizlədən dövlətlər reallığı inkar etməyə çalışsalar da sülh gündəliyinin müəllifi Azərbaycandır.

 

Tarixi Zəfərimizdən dərhal sonra regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün beynəlxalq hüququn beş əsas prinsipini özündə ehtiva edən sülh təklifini irəli sürən tərəf də Azərbaycandır.Ötən bu illər ərzində ölkəmizin sülh müqaviləsinin imzalanması istiqamətində üzərinə düşən öhdəlikləri yüksək səviyyədə yerinə yetirdiyi göz qabağındadır.


Vüqar Rəhimzadə vurğulayıb ki, qətnamə layihəsində Azərbaycan xalqına qarşı törədilən cinayətlərə göz yumulur.
 

Halbuki, bu gün işğaldan azad edilmiş ərazilərimiz erməni vəhşiliyinin dünyaya təqdimatıdır. Bu torpaqlarda olan xarici qonaqlar törədilən vəhşilikləri gözləri ilə görürlər. Özlərinə saxta tarix yazan ermənilərin dəstəkçiləri unudurlar ki, tarixi həqiqətləri ört-basdır etmək qeyri-mümkündür. XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımı erməni vəhşiliyinin əyani göstəricisidir.


Qondarma qətnamə layihəsində Qərbi Azərbaycandan qovulan soydaşlarımızın geri qayıdış hüququ haqqında heç bir kəlmə qeyd edilmir. Amma bu kimi yanaşmalar Azərbaycan tərəfini narahat etmir. Çünki tarixi ədalətə söykənən təbliğat sonda qalib olur. Tarixi Zəfərimizin, suverenliyimizin bərpasının reallıqları fonunda Qarabağa və Şərqi Zəngəzura qayıdışımızın davamı olaraq artıq Qərbi Azərbaycana qayıdış günümüzün əsas çağırışıdır. Buna əsas verən tarixi ədalətdir.
 

Milli Məclisin deputatı onu da əlavə edib ki, Fransa bir tərəfdən Azərbaycanın ünvanına “demokratiya”, “insan haqları” kimi anlayışlardan sui-istifadə edir, digər tərəfdən isə öz daxilində Yeni Kaledoniya, Polineziya, Qvadelupa və digər müstəmləkə ərazilərində yerli xalqların azadlıq çağırışlarını amansızcasına boğur.


Bu, Fransa dövlətinin neokolonial siyasətinin göstəricisidir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Prezident İlham Əliyev suverenliyimizin bərpasından sonra yeni dövrə qədəm qoyan Azərbaycanın qarşısında dayanan hədəflərdən bəhs edərkən bu çağırışı etdi ki, bu yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq.
 

Əgər əvvəlki dövrdə bizim xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki, gündəlikdə durmur. Ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir.


Neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında olmalıyıq. Neokolonializmi və o eybəcər tarixdən qalan amili Yer üzündən tamamilə silmək üçün öz dəstəyimizi göstəririk və göstərəcəyik.
 

Bunu neokolonializmin başında duranlar da bilsinlər ki, onlar əbəs yerə bizimlə soyuq savaşa çıxıblar. Biz geridə qalmayacağıq, biz heç vaxt müdafiə mövqeyində olmamışıq. Bizə qarşı atılan addımlara adekvat addım atacağıq və bizə qarşı məkrli planlar hazırlayanlar, əminəm ki, peşman olacaqlar.


Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə Xankəndi şəhərində keçirilən III Şuşa Qlobal Media Forumundakı çıxışında da bu məsələyə xüsusi diqqət yönəltdi.

Tədbir iştirakçısının Yeni Kaledoniya və Fransa arasında iyulun 12-də imzalanmış yeni razılaşmanı, eləcə də ədalət və azadlığa can atan dənizaşırı ərazilərdə hələ də davam edən kolonializmə qarşı mübarizəni nəzərə alaraq Azərbaycanın münasibəti ilə bağlı sualına cavabında Prezident İlham Əliyev vurğuladı ki, Fransa ilə Yeni Kaledoniya arasında baş vermiş hadisə tarixi presedentdir.

Bu, hekayətin sonu deyil, başlanğıcıdır.

Neokolonizmlə bağlı mövqeyimiz tam aydındır.

Bu məsələ heç bir ikitərəfli gündəliyə daxil deyil. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan sədrliyin ilk ilindən başlayaraq dekolonizasiya, müstəmləkə olan ərazilərin müstəqilliyə və ədalətə qovuşması, eləcə də beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrası ilə bağlı səyləri dəstəkləmiş və təşviq etmişdir.
 

Bu, Qoşulmama Hərəkatının sədri kimi öhdəliyimiz, eyni zamanda, bir ölkə kimi mövqeyimiz idi. Çünki bu gün XXI əsrdə bir ölkə digər xalqı müstəmləkə hakimiyyəti altında saxlaya bilməz. Bu, xalqların fundamental hüquqlarına, onların azadlığına ziddir. Avropa qitəsinin əsas dəyərləri həmin müstəmləkə iddiaları ilə kobud şəkildə pozulur.


Vüqar Rəhimzadə bildirib ki, Yeni Kaledoniyada Azərbaycan bayraqları dalğalanır. Azərbaycan bundan sonra da Fransa hakimiyyətinin real simasını dünyaya göstərməkdə davam edəcək, işğal altında olan dənizaşırı ərazilərin müstəqillik uğrunda mübarizəsini dəstəkləyəcək.
 

Millət vəkili onu da vurğulayıb ki, qətnamədə mədəni irsin qorunmasından danışan Fransaya öz ərazisində ucaldılan və qadınların azadlığı rəmzini özündə əks etdirən Natəvanın heykəlinin Evian şəhərində təhqir olunmasının qarşısını almadığını xatırlatmaq kifayətdir.


Reallıqları maraqlarından irəli gələn yalanlarla ört-basdır etmək, beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq mümkünsüzdür.
 

Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasətinin uğurlarını həzm edə bilməyən Fransa kimi dövlətlərin gündəmə gətirdikləri belə qərəzli, reallıqdan uzaq, özlərinə təsəllidən başqa bir şey olmayan kağız parçaları dövlətimizin siyasətinə təsir etmək imkanında deyil.


Azərbaycan hər zaman sülh, təhlükəsizlik, əməkdaşlıq çağırışları, qlobal problemlərin həllinə davamlı töhfələri ilə dünyanı bir araya gətirən birləşdirici, sabitləşdirici aktor kimi tanınır, mövqeyini möhkəmləndirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağcaqanaddan kiçikdir, dişlədiyi yer günlərlə qaşınır - İnfeksionistdən sirli həşəratla bağlı XƏBƏRDARLIQ

Ağcaqanaddan kiçikdir, dişlədiyi yer günlərlə qaşınır - İnfeksionistdən sirli həşəratla bağlı XƏBƏRDARLIQ

Həbsdən çıxan məhbus moped oğurladı, polis yaxaladı

Həbsdən çıxan məhbus moped oğurladı, polis yaxaladı

“Paltformalar uşaqlarla bağlı statistikanı açıqlasa, vəziyyətin nə qədər kritik olduğunu görərik”

“Paltformalar uşaqlarla bağlı statistikanı açıqlasa, vəziyyətin nə qədər kritik olduğunu görərik”

Dünya Çempionatının finalında ulduz paradı: Castin Biber, Madonna, Şakira…

Dünya Çempionatının finalında ulduz paradı: Castin Biber, Madonna, Şakira…

Ərdoğan: "Cənubi Qafqaz məsələsini Trampla istənilən vaxt telefonla müzakirə edə bilərik"

Ərdoğan: "Cənubi Qafqaz məsələsini Trampla istənilən vaxt telefonla müzakirə edə bilərik"

Trampın gözlənilməz etirafı: "Mən Leninlə eyni səviyyədə tarixin ən böyük kommunisti ola bilərdim"

Trampın gözlənilməz etirafı: "Mən Leninlə eyni səviyyədə tarixin ən böyük kommunisti ola bilərdim"

Kapital Bank istiqrazlarına abunə yazılışı başladı: illik 10% gəlirlə investisiya edin

Kapital Bank istiqrazlarına abunə yazılışı başladı: illik 10% gəlirlə investisiya edin

SON DƏQİQƏ! İrandan İordaniyadakı ABŞ bazasına raket hücumu – VİDEO

SON DƏQİQƏ! İrandan İordaniyadakı ABŞ bazasına raket hücumu – VİDEO

Ərdoğanın hədiyyəsi polisə təhvil verildi – Foto

Ərdoğanın hədiyyəsi polisə təhvil verildi – Foto

Gürcüstanı Azərbaycanla birləşdirən yeni dördzolaqlı avtomagistral tikiləcək

Gürcüstanı Azərbaycanla birləşdirən yeni dördzolaqlı avtomagistral tikiləcək

Uşaqlar telefonu əlindən qoymur, valideynlərin səsi çıxmır... – Gələcək nəsli qorumaq üçün ictimai qınaq ZƏRURƏTİ

Uşaqlar telefonu əlindən qoymur, valideynlərin səsi çıxmır... – Gələcək nəsli qorumaq üçün ictimai qınaq ZƏRURƏTİ

AZAL 2026-cı ilin ilk yarısını müsbət nəticələrlə başa vurub - FOTO

AZAL 2026-cı ilin ilk yarısını müsbət nəticələrlə başa vurub - FOTO

İndiyə kimi çayı səhv dəmləyirmişik — Çox sadə üsulu var

İndiyə kimi çayı səhv dəmləyirmişik — Çox sadə üsulu var

Bu meyvə şirələrində uyğunsuzluqlar AŞKARLANDI – RƏSMİ/FOTO

Bu meyvə şirələrində uyğunsuzluqlar AŞKARLANDI – RƏSMİ/FOTO

Xırdalan bələdiyyəsinin sabiq sədri ilə bağlı cinayət işi məhkəməyə GÖNDƏRİLDİ

Xırdalan bələdiyyəsinin sabiq sədri ilə bağlı cinayət işi məhkəməyə GÖNDƏRİLDİ

MİQ imtahanlarının vaxtı AÇIQLANDI

MİQ imtahanlarının vaxtı AÇIQLANDI

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq – SİYAHI

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq – SİYAHI

Mehinin ölkədən çıxışı qadağan edilib- Özü açıqladı - Video

Mehinin ölkədən çıxışı qadağan edilib- Özü açıqladı - Video

Mingəçevirdə 198 min litr hazır pivə məhsulu aşkar edilib – DVX bunun qeydiyyatsız istehsal edildiyini deyir

Mingəçevirdə 198 min litr hazır pivə məhsulu aşkar edilib – DVX bunun qeydiyyatsız istehsal edildiyini deyir

Sənədsiz ev sahiblərinə ŞAD XƏBƏR: Proses başladı...

Sənədsiz ev sahiblərinə ŞAD XƏBƏR: Proses başladı...

Avtomobil bazarında SON VƏZİYYƏT

Avtomobil bazarında SON VƏZİYYƏT

Ən xoşbəxt insanlar hansı şəhərlərdə yaşayır? - Gözlənilməz lider

Ən xoşbəxt insanlar hansı şəhərlərdə yaşayır? - Gözlənilməz lider

Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi – FOTO

Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi – FOTO

Həsən Zeynalov birinci müavin TƏYİN EDİLDİ

Həsən Zeynalov birinci müavin TƏYİN EDİLDİ

End of content

No more pages to load

RADİO