Oxuyub yazma bilməyənlər XI sinifi bitirib - DİM kimi ittiham edir? 

Dövlət İmtahan Mərkəzinin açıqladığı məlumata görə, Azərbaycanda IX-XI sinif şagirdləri arasında 36 nəfər oxuyub-yazma bilmir. Onlardan iki nəfər XI sinif, 34 nəfər isə IX sinif şagirdləridir.

Qeyd edək ki, Nazirlər Kabineti tərəfindən təsdiq edlmiş bir sinifdən digər sinifə keçmə ilə bağlı qaydalara görə, V-XI sinifdə oxuyan şagir əgər 6 fənndən iki qiymət alarsa, sinifdə qalmalıdır.

Bəs, necə olur ki, bu cür şagirdlər IX, hətta XI siniflərəcən gəlib çıxa bilir? 
 

MÖVZU İLƏ BAĞLI:

Növbəti tədris ilində dərslər hansı qaydada keçiriləcək? - AÇIQLAMA 


Təhsil eksperi Kamran Əsədov Bizim.Media-ya açıqlamasında bildirib ki, UNİSEF-in hesabatlarına görə, Azərbaycanda oxuyub-yazma bacarıqları olan şəxslər ölkə əhalisinin 99,9 faizini təşkil edir:

“Ölkəmizdə müəyyən şəxslər var ki, onların oxuyub-yazma ilə bağlı problemləri var – belə şəxslərə adətən maldarlıqla məşğul olaraq, yaylağa - qışlağa köç edənlərin və ya qaraçıların arasında rast gəlinir. Orta ümümtəhsil məktəb şagirdlərinin isə minimum oxuyub-yazma vərdişləri var”.

DİM-in oxuyub-yazma bacarığı olmayan şagirdlərlə bağlı açıqlamasına gəlincə, ekspert durumu bu cür izah etdi:

“İmtahan nəzarətçiləri protokolları təhlil edərkən, cavab kartları və sual kitabçasında hər hansı qeyd olmadığına görə, elə düşünüblər ki,  bu şagirdlər oxuyub-yazma bacarmırlar. Mən inanmıram ki, Azərbaycanda IX –XI siniflərdə oxuyan hər hansı şagirdin bu bacarığı olmasın. Onlar sadəcə hansısa səbəbdən cavab kartında qeyd aparmayıblar”.

Kamran Əsədov deyib ki, DİM həmin şagirdləri IV -XI siniflərdə monitorinq imtahanlarına cəlb edib:

“Eyni zamanda Təhsil Nazirliyi milli qiymətləndirmə aparıb. Əslində Azərbaycanda 1,6 milon şagirddən 36-sının oxuyub-yazma bacarığının olmaması o qədər də təhlükəli məqam deyil. Bununla belə bu cür halların qaşısını almaq üçün məktəblərdə mütəmadi yoxlamalar aparılmalıdır. Rəqəm kiçik olsa da, əgər bu cür şəxslər varsa, bu onun göstəricisidir, məktəb direktorları vəzifələrinin öhdəsindən gələ, Təhsil Nazirliyi isə nəzarət edə bilmir”.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Milli rəqslərlə “Son zəng” – Xaçmazda maraqlı anlar yaşandı -FOTO/VİDEO

Milli rəqslərlə “Son zəng” – Xaçmazda maraqlı anlar yaşandı -FOTO/VİDEO

Nazir məzunlarla ”Yallı” getdi – VİDEO

Nazir məzunlarla ”Yallı” getdi – VİDEO

Qan xidmətinin icbari tibbi sığorta ilə qarşılanması planlaşdırılır

Qan xidmətinin icbari tibbi sığorta ilə qarşılanması planlaşdırılır

Azərbaycanlı müğənni 340 minlik maşını ilə görüntüləndi - VİDEO

Azərbaycanlı müğənni 340 minlik maşını ilə görüntüləndi - VİDEO

Bakıda reabilitasiya mərkəzində qadınlar kişilərə işgəncə verirmiş...

Bakıda reabilitasiya mərkəzində qadınlar kişilərə işgəncə verirmiş...

“Bizdə dünya ulduzu yoxdur, toy ulduzları var” — Tolikdən sərt AÇIQLAMA

“Bizdə dünya ulduzu yoxdur, toy ulduzları var” — Tolikdən sərt AÇIQLAMA

Nazir məzunları təbrik etdi – “Bu gün həyatınızın yeni mərhələsi başlayır”

Nazir məzunları təbrik etdi – “Bu gün həyatınızın yeni mərhələsi başlayır”

Yol polisi sürücülərə müraciət etdi

Yol polisi sürücülərə müraciət etdi

Bakıda 12-ci sinfi bitirənlərin sayı açıqlandı

Bakıda 12-ci sinfi bitirənlərin sayı açıqlandı

Tramp Əraqçinin postunu paylaşdı - FOTO

Tramp Əraqçinin postunu paylaşdı - FOTO

Türkiyə Ermənistanla sərhədi açdı

Türkiyə Ermənistanla sərhədi açdı

Xocasəndə faciə - 76 yaşlı kişi yıxılaraq həyatını itirdi

Xocasəndə faciə - 76 yaşlı kişi yıxılaraq həyatını itirdi

19 şəhərdə böyük imtahan - Sertifikatlaşdırma üçün hazırlıq işləri yekunlaşdı

19 şəhərdə böyük imtahan - Sertifikatlaşdırma üçün hazırlıq işləri yekunlaşdı

Bu gün məzun olan şəhid övladları – Polad Həşimovun oğlu da var – SİYAHI

Bu gün məzun olan şəhid övladları – Polad Həşimovun oğlu da var – SİYAHI

AZAL Bakıdan Naxçıvana reysləri bərpa edib

AZAL Bakıdan Naxçıvana reysləri bərpa edib

MİQ-ə müraciət edənlərin sayı 40 mini keçdi – İmtahan nə vaxtdır?

MİQ-ə müraciət edənlərin sayı 40 mini keçdi – İmtahan nə vaxtdır?

Çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə MÜRACİƏT - VİDEO

Çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə MÜRACİƏT - VİDEO

Boşandığı gün bayram etdi – Davul-zurna ilə küçəyə çıxdı

Boşandığı gün bayram etdi – Davul-zurna ilə küçəyə çıxdı

5 ayda 50 minə yaxın qan donoru – Tələb ehtiyacları ÖDƏYİR?

5 ayda 50 minə yaxın qan donoru – Tələb ehtiyacları ÖDƏYİR?

Tutun bilinməyən ZƏRƏRLƏRİ - Kimlər bu meyvəni yeməməlidir?

Tutun bilinməyən ZƏRƏRLƏRİ - Kimlər bu meyvəni yeməməlidir?

Azərbaycanda güclü zəlzələ təhlükəsi var? — AÇIQLAMA

Azərbaycanda güclü zəlzələ təhlükəsi var? — AÇIQLAMA

Stomatologiyada “kreditlə gülümsəmə” - Diş müalicələri niyə bahalaşır?

Stomatologiyada “kreditlə gülümsəmə” - Diş müalicələri niyə bahalaşır?

Taksi xidməti növbəti dəfə BAHALAŞDI - VİDEO

Taksi xidməti növbəti dəfə BAHALAŞDI - VİDEO

Gürcüstanda 13 yaşlı azərbaycanlının meyiti tapıldı

Gürcüstanda 13 yaşlı azərbaycanlının meyiti tapıldı

End of content

No more pages to load

RADİO