Tural Əhmədov: "Ömrümün 15 ilini Azərbaycan mediasına xidmət etməklə qeyd edirəm"

Bildiyiniz kimi ölkəmizdə jurnalistərin peşə bayramı eləcədə Azərbaycan Mətbuatının 150 illiyi qeyd olunur.

Müxtəlif media qrumlarının rəhbərləri bu günlə bağlı sosial şəbəkələrdə status yazaraq həmkarlarını təbrik edirlər.

Bizim.Media xəbər verir ki, 1xeber.media-nın rəhbəri Tural Əhmədov instagram hesabında status yazaraq bu günün özəlliyinə xüsusi diqqət çəkib:
 

"2005-2009 cu illərdə jurnalistika fakültəsində oxuduğum illərdə ölkənin ən tanınmış jurnalistləri olan mərhum Şirməmməd Hüseynov, Yalçın Əlizadə, Mahmud Mahmudov, Cahangir Məmmədli və digərlərindən dərs aldım.


Onlardan öyrəndiklərimi bu gündə təkminləşdirirəm. Çünki jurnalist olmaq təkcə peşə sahibi olmaq deyil, yaradıcılıqla yanaşı sosial məsuliyyət daşıyıcısıdır. Jurnalist xəbər və ya digər ictimai, siyasi, sosial məlumatları toplayan, yazan və ya ictimaiyyətlə paylaşan bir şəxsdir.

Bu şəxs hər zaman öz öhdəliklərini bilməli, məsuliyyət hissini itirməməlidir. Mətbuatımızın şərəfli tarixini yazanlar bizlərə onu qorumağı əmanət ediblər.

Əmanətə isə xəyanət olmaz! Cənab prezident İlham Əliyevin ölkə mətbuatına, medianın inkişafına həssas və diqqətcil yanaşmasının məntiqi nəticəsini 44 günlük Vətən savaşında daha da aydın gördük. Mediamız bu savaşdan üzüağ çıxdı.

Azərbaycan mediasının bu günkü inkişafı, mətbuatımızın qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevrilməsi, informasiya savaşında haqq sözümüzü deməyi bacarmaq, ölkəmizlə bağlı reallıqların dünya ictimaiyyətinə obyektiv və dürüst formada çatdırılması təqdirəlayiqdir.

Medianın İnkişaf Agentliyinin (MEDİA) yaradılması isə görülən işlərin uğurlu nəticəsidir. Və bununlada medianın inkişafını dəstəkləmək, media sahəsində mütəxəssislər hazırlamaq və onların əlavə təhsilini təşkil etmək audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətini dəstəkləmək media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqini stimullaşdırmaq MEDİA-nın əsas konsepsiyasıdır.

Media savadlılığının artırılması, müxtəlif növ tədbirlərin keçirilməsi isə görülən işlərə mühüm töhfə verir.

Uzun sözün qısası: Ömrümün 15 ilini Azərbaycan mediasına xidmət etməklə qeyd edirəm. Və bu günün digər özəlliyi isə ölkə səviyyəsində Milli Mətbuatımızın 150 illiyinin qeyd olunmasıdır. Şərəfli bir tarixə şahidlik edirik. Bu bayram təkcə jurnalistlərin deyil, cəmiyyətin bayramıdır. Bayramımız mübarək!"

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tıxaclar iqtisadiyyata nə qədər zərər vurur? – Açıqlama

Tıxaclar iqtisadiyyata nə qədər zərər vurur? – Açıqlama

Bu aylarda doğulanlarla bağlı MARAQLI İDDİA

Bu aylarda doğulanlarla bağlı MARAQLI İDDİA

Fransa millisinin əfsanəsi: "Ronaldonu boykot edirdilər"

Fransa millisinin əfsanəsi: "Ronaldonu boykot edirdilər"

Günün qoroskopu: İşdə məsuliyyətləriniz arta bilər

Günün qoroskopu: İşdə məsuliyyətləriniz arta bilər

İranın cənubda baş verən partlayışların səbəbi AÇIQLANDI

İranın cənubda baş verən partlayışların səbəbi AÇIQLANDI

Qadın güləşçimiz Günay Qurbanova gümüş medal qazandı

Qadın güləşçimiz Günay Qurbanova gümüş medal qazandı

Övladlar arasında miras davası niyə yaranır? - Çıxış yolu açıqlandı

Övladlar arasında miras davası niyə yaranır? - Çıxış yolu açıqlandı

“Qızıl oyun” superkubok qarşılaşmasında Qusar təmsilçisi fərqlənib - FOTO/VİDEO

“Qızıl oyun” superkubok qarşılaşmasında Qusar təmsilçisi fərqlənib - FOTO/VİDEO

Məşhəddə Xameneiyə cənazə namazı qılındı - VİDEO

Məşhəddə Xameneiyə cənazə namazı qılındı - VİDEO

ABŞ-də hava limanına Donald Trampın adı verildi - VİDEO

ABŞ-də hava limanına Donald Trampın adı verildi - VİDEO

Nazirlik işə qəbul ELAN EDİR

Nazirlik işə qəbul ELAN EDİR

Roza Zərgərli qızı ilə — FOTO

Roza Zərgərli qızı ilə — FOTO

İranın cənubunda gərginlik: 3 şəhərdə partlayışlar baş verdi

İranın cənubunda gərginlik: 3 şəhərdə partlayışlar baş verdi

UEFA Avropa Liqası: "Qarabağ" "Vestri"ni məğlub etdi

UEFA Avropa Liqası: "Qarabağ" "Vestri"ni məğlub etdi

İrandan qalmaqallı BƏYANAT: "Qonşuluq xatirinə Trampa Türkiyədə sui-qəsd təşkil etmədik" - FOTO

İrandan qalmaqallı BƏYANAT: "Qonşuluq xatirinə Trampa Türkiyədə sui-qəsd təşkil etmədik" - FOTO

Zelenski: “Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istəyirəm”

Zelenski: “Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istəyirəm”

Çində zooparkdakı heyvanları sel apardı - VİDEO

Çində zooparkdakı heyvanları sel apardı - VİDEO

Əlləriniz xəstəliyinizdən xəbər verir - Diqqətdən qaçan təhlükəli əlamət

Əlləriniz xəstəliyinizdən xəbər verir - Diqqətdən qaçan təhlükəli əlamət

Mətanətdən verilişinə çağırılmayan müğənnilərə: "Əlinizi cibinizə atın"

Mətanətdən verilişinə çağırılmayan müğənnilərə: "Əlinizi cibinizə atın"

Müdafiə Nazirliyi hərbçilərin yaxınlarına MÜRACİƏT ETDİ - VİDEO

Müdafiə Nazirliyi hərbçilərin yaxınlarına MÜRACİƏT ETDİ - VİDEO

Dünyanın 1 nömrəsi Azərbaycandandır! - FOTO

Dünyanın 1 nömrəsi Azərbaycandandır! - FOTO

Fransada istilərə görə AES-in ikinci reaktoru da DAYANDIRILDI

Fransada istilərə görə AES-in ikinci reaktoru da DAYANDIRILDI

İsrail ordusu yenə döyüş hazırlığı vəziyyətinə GƏTİRİLDİ

İsrail ordusu yenə döyüş hazırlığı vəziyyətinə GƏTİRİLDİ

Avropa İttifaqının vahid ordu ideyası siyasi ambisiyalar fonunda dalana dirənib - RƏY

Avropa İttifaqının vahid ordu ideyası siyasi ambisiyalar fonunda dalana dirənib - RƏY

End of content

No more pages to load

RADİO