Xəbər verdiyimiz kimi, ötən gün Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri,
“Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski saxlanılıb.
Bizim.Media xəbər verir ki, o, barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə çıxarılıb.
M. Şıxlinski hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zorakılıq tətbiq etməkdə təqsirləndirilir.
Bizim.Media