Kredit götürmək istəyənlər oxusun – Bunu mütləq bilməlisiniz…

Bank və kredit təşkilatlarından borc alan bir çox insan qərar verərkən yalnız aylıq faiz dərəcəsinə baxır. Lakin bu, bəzən aldanmağa səbəb ola bilər. Çünki ödəniləcək ümumi məbləği müəyyən edən əsas göstərici faktiki illik faiz dərəcəsidir. Bu anlayışdan xəbərsiz olan vətəndaşlar sonda düşündüklərindən daha çox faiz ödədiklərini anlayırlar.

Faktiki illik faiz dərəcəsi aylıq faizlə nə ilə fərqlənir? Kredit götürən şəxs nələrə diqqət etməlidir ki, əlavə maliyyə yükü ilə üzləşməsin?

Bizim.Media xəbər verir ki, “Globalinfo.az”a mövzu ilə bağlı danışan iqtisadçı Elçin Rəşidovun sözlərinə görə, burada qarışıqlıq yaradan əsas məqam aylıq və illik faiz dərəcələrinin düzgün anlaşılmamasıdır.

“Hər iki göstərici müəyyən düsturla bir-birinə bağlı olsa da, manipulyasiya elementləri ola bilər. Məsələn, bank elan edir ki, aylıq faiz dərəcəsi 2 faizdir. Bəzi vətəndaşlar düşünür ki, bu, illik 24 faiz edir. Lakin aylıq 2 faiz əsas məbləğə hər ay tətbiq edildiyi üçün təxminən illik (12 ay üzrə) 27 faizə bərabər olur. Başqa bir bank isə illik faiz dərəcəsini 25 faiz müəyyən edirsə, deməli aylıq faiz dərəcəsi 2-dən aşağı olur. Beləliklə, əslində bu bank daha sərfəli kredit təklif etmiş olur. Digəri isə aylıq faizi daha aşağı göstərməklə müştəri cəlb edir”.

İqtisadçı bildirib ki kredit götürənlər yalnız faiz göstəricilərinə deyil, həm də hesablanma üsuluna diqqət etməlidirlər:
 

“Burada müqavilə mətninə diqqət yetirmək vacibdir. Əgər müqavilədə illik faiz qeyd olunubsa və vətəndaş krediti vaxtından əvvəl ödəyirsə, o zaman faiz aylar üzrə hesablanacaq. Xarici təcrübədə bəzən faiz günlər üzrə hesablanır və bu da borcalan üçün daha sərfəlidir. Məsələn, əgər kredit yalnız 5 gün istifadə olunubsa, müştəri yalnız həmin dövrün faizini ödəyir.


Amma aylarla hesablanma üsulu tətbiq olunarsa, bu zaman ayın yalnız bir neçə günü keçsə də, bank bütöv ayın faizini tələb edə bilər. Bu isə əlavə xərc deməkdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bir meyvə, min faydası: Heyvanın sirri

Bir meyvə, min faydası: Heyvanın sirri

Rafael Dadaşovun öz adını daşıyan nəvəsi İLK DƏFƏ - VİDEO

Rafael Dadaşovun öz adını daşıyan nəvəsi İLK DƏFƏ - VİDEO

Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı

Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı

Polşanın hökumət binaları üzərində dron göründü – Tusk

Polşanın hökumət binaları üzərində dron göründü – Tusk

Yaşarın da qızı birinci sinfə getdi - FOTO

Yaşarın da qızı birinci sinfə getdi - FOTO

İsveçli idmançıdan 14-cü DÜNYA REKORDU

İsveçli idmançıdan 14-cü DÜNYA REKORDU

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

Sabah Bakının 2 rayonunda QAZ OLMAYACAQ

Sabah Bakının 2 rayonunda QAZ OLMAYACAQ

İlk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi - FOTO

İlk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi - FOTO

İkinci Liqa: “Şəmkir” və “Şirvan” qələbə QAZANDI

İkinci Liqa: “Şəmkir” və “Şirvan” qələbə QAZANDI

Britaniya Polşa səmasını qorumaq üçün qırıcı təyyarələr GÖNDƏRƏCƏK

Britaniya Polşa səmasını qorumaq üçün qırıcı təyyarələr GÖNDƏRƏCƏK

Buna görə ad günü keçirtmir

Buna görə ad günü keçirtmir

“Çarli Kirkin qətlini alqışlayan əcnəbilərə ABŞ vizası verilməməlidir” - Rubio

“Çarli Kirkin qətlini alqışlayan əcnəbilərə ABŞ vizası verilməməlidir” - Rubio

Azərbaycan klubu ukraynalı legioner TRANSFER ETDİ

Azərbaycan klubu ukraynalı legioner TRANSFER ETDİ

Faiq Ağayev: “Mənim kəbinli arvadım var” - VİDEO

Faiq Ağayev: “Mənim kəbinli arvadım var” - VİDEO

Prezident Daşbulaq sakininin ata evi ilə bağlı TAPŞIRIQ VERDİ - VİDEO

Prezident Daşbulaq sakininin ata evi ilə bağlı TAPŞIRIQ VERDİ - VİDEO

“İsrail təcridə hazırlaşmalıdır” - Netanyahu

“İsrail təcridə hazırlaşmalıdır” - Netanyahu

“Qarabağ”la oyundan öncə “Benfika”da CİDDİ İTKİLƏR

“Qarabağ”la oyundan öncə “Benfika”da CİDDİ İTKİLƏR

Mehin ərə gedir

Mehin ərə gedir

Qızılın dəyəri TARİXİ MAKSİMUMA yüksəldi

Qızılın dəyəri TARİXİ MAKSİMUMA yüksəldi

37 müntəzəm avtobus marşrutu müsabiqəyə ÇIXARILIR

37 müntəzəm avtobus marşrutu müsabiqəyə ÇIXARILIR

Nuri Şahin Superliqa klubunun BAŞ MƏŞQÇİSİ oldu

Nuri Şahin Superliqa klubunun BAŞ MƏŞQÇİSİ oldu

Ceyhun Bayramov Dohada özbək həmkarı ilə TDT-nin Zirvə Toplantısına hazırlığı müzakirə edib

Ceyhun Bayramov Dohada özbək həmkarı ilə TDT-nin Zirvə Toplantısına hazırlığı müzakirə edib

Gəncədə mikroavtobusla maşın TOQQUŞDU - 3 nəfər xəstəxanalıq oldu

Gəncədə mikroavtobusla maşın TOQQUŞDU - 3 nəfər xəstəxanalıq oldu

End of content

No more pages to load

RADİO