Tramp Zelenskinin real vəziyyətindən danışdı: “Çətin duruma düşüb”

ABŞ Prezidenti Donald Tramp NATO sammitinə yola düşməzdən əvvəl jurnalistlərin suallarını cavablandıraraq, Ukrayna prezidenti Volodimir Zelenskinin mövqeyini “son dərəcə çətin” kimi qiymətləndirib.

Bizim.Media xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Tramp qeyd edib ki, sammit çərçivəsində Zelenski ilə görüşə bilər, lakin ikitərəfli danışıqların keçiriləcəyinə dair dəqiq planları olmadığını bildirib.

“Bəli, yəqin ki, onu görəcəyəm. Soruşacağam: ‘Necə gedir?’ O, çox çətin bir vəziyyətə düşüb, belə bir vəziyyətə düşməməli idi”, – deyə Tramp vurğulayıb.

Sammitdə Zelenskiyə "diplomatik mesaj"

“The Sydney Morning Herald” yazır ki, Zelenski sammitdə əsas hadisələrdən kənarda qalıb. O, NATO ölkələrinin dəstəyini qorumağa çalışır, lakin bu zaman onları narahat etməməyə də çalışır. Qərbin əvvəlki kimi tam dəstəyindən məhrum olan Ukrayna rəhbərliyi üçün hərbi və iqtisadi yardım almaq daha da çətinləşir.

Sammitin rəsmi fotosessiyası zamanı Zelenskiyə verilən yer də bir mesaj kimi qiymətləndirilir. ABŞ Prezidenti Donald Tramp birinci sıranın mərkəzində, Zelenski isə ikinci sırada, xeyli sağda yerləşdirilib. Trampın yanında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dayansa da, Zelenskinin solunda Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen yer alıb.

Bundan başqa, Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Zelenski sammitin rəsmi proqramında iştirak etmir. Səbəb isə bəzi ölkələrin onunla eyni masada oturmaq istəməməsidir.

Zelenski isə görüş üçün geyimini dəyişərək bu dəfə hərbi forma yox, klassik qara kostyum geyinib. Onun bu addımı Trampla danışıqların uğurlu keçməsinə ümid kimi şərh olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Biləsuvarda yol qəzası olub, 4 nəfər xəsarət alıb

Biləsuvarda yol qəzası olub, 4 nəfər xəsarət alıb

"Mahnı sözləri həyatıma təsir edir"

"Mahnı sözləri həyatıma təsir edir"

Çin ABŞ-a görə ticarət maneələrinin araşdırılmasına BAŞLADI

Çin ABŞ-a görə ticarət maneələrinin araşdırılmasına BAŞLADI

Qobustanda AĞIR QƏZA: 67 yaşlı qadın həyatını itirdi

Qobustanda AĞIR QƏZA: 67 yaşlı qadın həyatını itirdi

Millimiz Portuqaliyaya böyük hesabla uduzdu - VİDEO

Millimiz Portuqaliyaya böyük hesabla uduzdu - VİDEO

İntensiv yağıntılarla əlaqədar əlavə polis naryadları xidmətə cəlb olundu – VİDEO

İntensiv yağıntılarla əlaqədar əlavə polis naryadları xidmətə cəlb olundu – VİDEO

Ana olmaq istəyənlərin diqqətinə – Gündə 5 fincan qəhvə...

Ana olmaq istəyənlərin diqqətinə – Gündə 5 fincan qəhvə...

Uşaq neçə saat ekran qarşısında ola bilər? - Yaşa uyğun SAATLAR

Uşaq neçə saat ekran qarşısında ola bilər? - Yaşa uyğun SAATLAR

İlham Əliyev Dərbənddəki Azərbaycan Teatrının kollektivini TƏBRİK ETDİ

İlham Əliyev Dərbənddəki Azərbaycan Teatrının kollektivini TƏBRİK ETDİ

Aprel bu BÜRCLƏR üçün uğurlu olacaq

Aprel bu BÜRCLƏR üçün uğurlu olacaq

Yağıntılı hava nə vaxta kimi davam edəcək?

Yağıntılı hava nə vaxta kimi davam edəcək?

Azərbaycana gətirilən xəstə arılarla bağlı araşdırma başlanıldı

Azərbaycana gətirilən xəstə arılarla bağlı araşdırma başlanıldı

Qobustanda QƏZA - Bakı-Şamaxı yolu bağlandı

Qobustanda QƏZA - Bakı-Şamaxı yolu bağlandı

“Bookline” layihəsinin ilk podkastı yayımlandı – VİDEO

“Bookline” layihəsinin ilk podkastı yayımlandı – VİDEO

Rastropoviç, Meraya Keri, Tarantino və Rentgen – Tarix onları bir araya gətirdi

Rastropoviç, Meraya Keri, Tarantino və Rentgen – Tarix onları bir araya gətirdi

Subasma, daşqın olacaq - FHN-dən XƏBƏRDARLIQ

Subasma, daşqın olacaq - FHN-dən XƏBƏRDARLIQ

Xaçmazda ekoloji təhlükə – “Qırmızı kitab”a düşən qızılağacları kim məhv edir? - VİDEO

Xaçmazda ekoloji təhlükə – “Qırmızı kitab”a düşən qızılağacları kim məhv edir? - VİDEO

Bakıda yağışlı havada baş verən qəzanın ANBAAN VİDEOSU

Bakıda yağışlı havada baş verən qəzanın ANBAAN VİDEOSU

Prezidentin Gürcüstan səfirliyinə gedib başsağlığı verməsi qonşu ölkənin KİV-lərinin diqqət mərkəzində - FOTO

Prezidentin Gürcüstan səfirliyinə gedib başsağlığı verməsi qonşu ölkənin KİV-lərinin diqqət mərkəzində - FOTO

Azərbaycan və Ermənistan XİN başçıları arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Azərbaycan və Ermənistan XİN başçıları arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Dörd BÜRCÜN həyatı baharın gəlişi ilə əbədi dəyişəcək: şanslılar kimlərdir?

Dörd BÜRCÜN həyatı baharın gəlişi ilə əbədi dəyişəcək: şanslılar kimlərdir?

Putin Dərbənddə Azərbaycan Musiqili Dram Teatrının açılışını etdi – VİDEO

Putin Dərbənddə Azərbaycan Musiqili Dram Teatrının açılışını etdi – VİDEO

Gündəlik optimal yuxu vaxtı - Alimlərin YENİ KƏŞFİ

Gündəlik optimal yuxu vaxtı - Alimlərin YENİ KƏŞFİ

Gəncənin daş yaddaşı: Tarixin səssiz şahidləri – FOTO

Gəncənin daş yaddaşı: Tarixin səssiz şahidləri – FOTO

End of content

No more pages to load

RADİO