Goranboyda tikinti materialları istehsalı müəssisəsi istifadəyə verildi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Goranboy rayonunda “Konstralab Industries” QSC-nin tikinti materialları istehsalı müəssisəsinin açılışında iştirak edib.

Bizim.Media xəbər verir ki, Goranboy rayonunun Qazanbulaq kəndində yaradılan müəssisə gips-karton, astar və üzlük gips məhsulları istehsal edəcək. Müəssisədə il ərzində 10 milyon kvadratmetr gips-karton lövhə, 150 min ton gipsəsaslı quru qarışıqlar istehsal olunacaq. 

Müasir avadanlıqla təchiz olunan müəssisədə istehsal edilən məhsulların yerli bazarda satışı ilə yanaşı, bir neçə ölkəyə ixracı da nəzərdə tutulur.
 

Burada 200 nəfər daimi işlə təmin ediləcək. İstehsal zamanı istifadə edilən əsas xammal - yerli gips daşı Azərbaycanın müxtəlif regionlarındakı yataqlardan tədarük olunacaq. Növbəti mərhələdə kalsit və perlit istehsalı xətlərinin qurulması planlaşdırılır ki, bu da məhsulların maya dəyərinin aşağı düşməsinə səbəb olacaq.


Bununla yanaşı, gələcək inkişaf strategiyası çərçivəsində müəssisə fəaliyyətini genişləndirərək metal profil istehsalının təşkilini hədəfləyir. İnvestisiya dəyəri 33 milyon manat olan müəssisənin ümumi sahəsi 5 hektardır. Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən müəssisəyə 3,9 milyon manat güzəştli kredit ayrılıb. İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş investisiya təşviqi sənədi hesabına müəssisə idxal etdiyi avadanlıqlara görə 900 min manat güzəşt əldə edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm layihələrin icrası ölkə iqtisadiyyatının şaxələndirilməsinə, yeni iş yerlərinin açılmasına, xüsusilə sənayenin müxtəlif sahələrinin davamlı inkişafına böyük təkan verib. 

Sənayeləşmə siyasətinə uyğun olaraq, ölkəmizdə müasir sənaye müəssisələri, yeni istehsal sahələri yaradılır, daxili tələbatın ödənilməsində yerli məhsulların payı artır, ixrac imkanları genişlənir. 

Belə müəssisələrin bölgələrdə yaradılması isə ümumilikdə regionların sosial-iqtisadi inkişafını təmin etməklə, onların iqtisadi potensialının möhkəmləndirilməsində, məşğulluğun artırılmasında da mühüm rol oynayır.
































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şəhərətrafı marşrutlarının daha kiçik avtobuslarla əvəzlənməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Şəhərətrafı marşrutlarının daha kiçik avtobuslarla əvəzlənməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Qubadakı qəzada xəsarət alanların SON DURUMU

Qubadakı qəzada xəsarət alanların SON DURUMU

TƏBİB-də daha 2 departament rəhbəri işdən çıxarıldı – FOTO

TƏBİB-də daha 2 departament rəhbəri işdən çıxarıldı – FOTO

29 il əvvəl sevgilərinin başladığı yerə getdilər -Fotolar

29 il əvvəl sevgilərinin başladığı yerə getdilər -Fotolar

Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya EDİLDİ

Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya EDİLDİ

"Qarabağ"ın heyətində CİDDİ İTKİ – FOTO

"Qarabağ"ın heyətində CİDDİ İTKİ – FOTO

DİM sədri ixtisas seçimi ilə bağlı tövsiyələr verib

DİM sədri ixtisas seçimi ilə bağlı tövsiyələr verib

Şagirdlərin elektron yerdəyişməsi BAŞLAYIR – BU TARİXDƏN

Şagirdlərin elektron yerdəyişməsi BAŞLAYIR – BU TARİXDƏN

Sentyabrda ilk qar? – Azərbaycanda soyuq payız həyəcanı

Sentyabrda ilk qar? – Azərbaycanda soyuq payız həyəcanı

Dostlardan biri həbsdədir, digəri isə artıq həyatda yoxdur...- Video

Dostlardan biri həbsdədir, digəri isə artıq həyatda yoxdur...- Video

Conni Depp yenidən "Cek Sərçə" rolunu oynaya bilər

Conni Depp yenidən "Cek Sərçə" rolunu oynaya bilər

Azərbaycana daimi yaşamaq üçün gələnlərin SAYI

Azərbaycana daimi yaşamaq üçün gələnlərin SAYI

AB ölkələri Rusiyanın bu pasportlarını tanımayacaq

AB ölkələri Rusiyanın bu pasportlarını tanımayacaq

Bu qaydanı pozanlar 2000 manat ödəməli olacaq

Bu qaydanı pozanlar 2000 manat ödəməli olacaq

Onların arxiv fotosunu paylaşdı

Onların arxiv fotosunu paylaşdı

Fariz Əzizov yüksək vəzifəyə TƏYİN OLUNDU

Fariz Əzizov yüksək vəzifəyə TƏYİN OLUNDU

Tovuzda 26 yaşlı qadın itkin düşdü - FOTO

Tovuzda 26 yaşlı qadın itkin düşdü - FOTO

Avqustun ikinci yarısı bu bürclərin şansı gətirəcək - QOROSKOP

Avqustun ikinci yarısı bu bürclərin şansı gətirəcək - QOROSKOP

Oğlanlar yenə qızları ÜSTƏLƏDİ

Oğlanlar yenə qızları ÜSTƏLƏDİ

Soyuducunuzda varsa, ölüm saçır

Soyuducunuzda varsa, ölüm saçır

Ölkəmiz daha bir mötəbər yarışa ev sahibliyi edəcək

Ölkəmiz daha bir mötəbər yarışa ev sahibliyi edəcək

Hirslənəndə gözünə heç nə görünməyən 5 bürc

Hirslənəndə gözünə heç nə görünməyən 5 bürc

Bakı-Quba yolunda AĞIR QƏZA – Yaralılar var - ÖZƏL

Bakı-Quba yolunda AĞIR QƏZA – Yaralılar var - ÖZƏL

Şəhid anası illər sonra oğlunun arzusunu belə gerçəkləşdirdi – “Özümə söz verdim” – FOTO

Şəhid anası illər sonra oğlunun arzusunu belə gerçəkləşdirdi – “Özümə söz verdim” – FOTO

End of content

No more pages to load

RADİO