Prezidentdən simpozium iştirakçılarına MÜRACİƏT

Azərbaycan Prezidenti İlham Əliyev “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu” mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçılarına müraciət ünvanlayıb.

Bizim.Media xəbər verir ki, müraciət mətnini ədliyyə naziri Fərid Əhmədov səsləndirib.

Müraciətdə deyilir:

“Hörmətli simpozium iştirakçıları,
Sizi “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunun açılışı münasibətilə salamlayıram.

Bu il Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30-cu, Vətən müharibəsində şanlı zəfərimizin 5-ci ildönümüdür və bu münasibətlə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. 18 iyun həmçinin ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Bugünkü simpoziumun belə əlamətdar tarixlərlə eyni vaxta təsadüf etməsi onun əhəmiyyətini artırmaqla yanaşı, Azərbaycanda müstəqillik və suverenlik dəyərlərinin, demokratik prinsiplərin, qanunun aliliyinin və insan hüquqlarının təbliği və təşviqi baxımından xüsusi önəm daşıyır

İnsan hüquqları və əsas azadlıqlarının qorunması dövlətlərin başlıca vəzifələrindən biridir.

Xüsusilə son dövrdə baş verən qlobal proseslər, geosiyasi gərginlik, informasiya texnologiyalarının sürətlə inkişafı və rəqəmsallaşmaya keçid insan hüquqlarının müdafiəsi sahəsində yeni prioritetlərin müəyyən olunmasını, hüquq müdafiə mexanizmlərinin, habelə milli insan hüquqları təsisatlarının fəaliyyətinin gücləndirilməsini şərtləndirir. Bu baxımdan, ölkəmizdə aparılan hüquqi və institusional islahatlar çərçivəsində ombudsman təsisatının mandatının beynəlxalq hüquq normalarına tam uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər böyük əhəmiyyət kəsb edir və bu tədbirlər davam etdirilməkdədir.

Simpoziumda müzakirə ediləcək mövzulardan biri qaçqınların hüquqları ilə bağlıdır. Bu sahədə diqqət yetirilməli olan məsələ keçən əsrin əvvələrindən başlayaraq Qərbi Azərbaycandan – Ermənistan ərazisindən yüz minlərlə azərbaycanlının zorla çıxarılması və etnik təmizləməyə məruz qalmasıdır. Həmin dəhşətli deportasiyalardan sonra Ermənistan ərazisində bir nəfər belə azərbaycanlı qalmamış, bu ərazilərdə xalqımızın qədim tarixi-mədəni, dini-mənəvi irsi, o cümlədən abidələr, məscidlər, qəbiristanlıqlar məhv edilmişdir. Tarixi ədalət bu insanların öz vətənlərinə dinc və təhlükəsiz qayıdışının təmin olunmasını tələb edir. Ermənistan azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmaq hüququna hörmətlə yanaşmalıdır. Bu, bölgədə sülhün, barışığın və insan hüquqlarının bərqərar olması üçün vacib şərtdir.

Əminəm ki, bu simpoziumda aparılacaq müzakirələr və təcrübə mübadiləsi insan hüquq və azadlıqlarının müdafiəsi, hüquq mədəniyyətinin təbliği, təsisatlar arasında əməkdaşlığın gücləndirilməsi və qanunun aliliyinin təmin olunması üzrə gələcək perspektivlərin müəyyən edilməsi baxımından faydalı olacaqdır.

Bir daha sizi salamlayır, simpoziumun işinə uğurlar arzulayıram”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp İrandan “ağ bayraq” qaldırmağı TƏLƏB ETDİ

Tramp İrandan “ağ bayraq” qaldırmağı TƏLƏB ETDİ

12 yaşlı uşaq kanalda batdı

12 yaşlı uşaq kanalda batdı

Avropa Ermənistan üçün Rusiya bazarını əvəz edə bilmədi – Erməni ekspertin rəyi

Avropa Ermənistan üçün Rusiya bazarını əvəz edə bilmədi – Erməni ekspertin rəyi

Konqoda yeni meymun növü aşkarlandı

Konqoda yeni meymun növü aşkarlandı

Azərbaycanda ən yüksək maaş bu şəhərdə verilir

Azərbaycanda ən yüksək maaş bu şəhərdə verilir

50 yaşdan sonra qocalma niyə sürətlənir?

50 yaşdan sonra qocalma niyə sürətlənir?

Bu şəxslər universitetlərə imtahansız qəbul oldular – RƏSMİ

Bu şəxslər universitetlərə imtahansız qəbul oldular – RƏSMİ

Hər gün qarpız yemək olar?

Hər gün qarpız yemək olar?

Rusiyada ZƏLZƏLƏ oldu

Rusiyada ZƏLZƏLƏ oldu

Böyükşor gölünün yaşıla bürünməsinin SƏBƏBİ AÇIQLANDI

Böyükşor gölünün yaşıla bürünməsinin SƏBƏBİ AÇIQLANDI

Şəhərətrafı marşrutlarının daha kiçik avtobuslarla əvəzlənməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Şəhərətrafı marşrutlarının daha kiçik avtobuslarla əvəzlənməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Qubadakı qəzada xəsarət alanların SON DURUMU

Qubadakı qəzada xəsarət alanların SON DURUMU

TƏBİB-də daha 2 departament rəhbəri işdən çıxarıldı – FOTO

TƏBİB-də daha 2 departament rəhbəri işdən çıxarıldı – FOTO

29 il əvvəl sevgilərinin başladığı yerə getdilər -Fotolar

29 il əvvəl sevgilərinin başladığı yerə getdilər -Fotolar

Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya EDİLDİ

Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya EDİLDİ

"Qarabağ"ın heyətində CİDDİ İTKİ – FOTO

"Qarabağ"ın heyətində CİDDİ İTKİ – FOTO

DİM sədri ixtisas seçimi ilə bağlı tövsiyələr verib

DİM sədri ixtisas seçimi ilə bağlı tövsiyələr verib

Şagirdlərin elektron yerdəyişməsi BAŞLAYIR – BU TARİXDƏN

Şagirdlərin elektron yerdəyişməsi BAŞLAYIR – BU TARİXDƏN

Sentyabrda ilk qar? – Azərbaycanda soyuq payız həyəcanı

Sentyabrda ilk qar? – Azərbaycanda soyuq payız həyəcanı

Dostlardan biri həbsdədir, digəri isə artıq həyatda yoxdur...- Video

Dostlardan biri həbsdədir, digəri isə artıq həyatda yoxdur...- Video

Conni Depp yenidən "Cek Sərçə" rolunu oynaya bilər

Conni Depp yenidən "Cek Sərçə" rolunu oynaya bilər

Azərbaycana daimi yaşamaq üçün gələnlərin SAYI

Azərbaycana daimi yaşamaq üçün gələnlərin SAYI

AB ölkələri Rusiyanın bu pasportlarını tanımayacaq

AB ölkələri Rusiyanın bu pasportlarını tanımayacaq

Bu qaydanı pozanlar 2000 manat ödəməli olacaq

Bu qaydanı pozanlar 2000 manat ödəməli olacaq

End of content

No more pages to load

RADİO