Süni intellektlə danışarkən bu sözləri DEMƏYİN

Süni intellektlə ünsiyyət artıq gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib.

Səhərlər bizi oyadan tətbiqlər, uşaqlara ev tapşırıqlarında kömək edən virtual köməkçilər, işdə təqdimatlar hazırlayan proqramlar- bütün bunlarla danışırıq. Hətta çox vaxt real insanla danışırmış kimi davranırıq. “Zəhmət olmasa bunu edə bilərsən?”, “Çox sağ ol”, “Əla iş idi!”kimi sözlərdən tez-tez istifadə edildiyini müşahidə edirik.

Bizim.Media xəbər verir ki, xarici mütəxəssislər xəbərdarlıq edirlər ki, bu nəzakətli cümlələrin arxasında görünməyən, lakin ciddi bir enerji və ekoloji xərc gizlənir. Süni intellektlə hər qarşılıqlı əlaqədə arxa planda nəhəng serverlər milyardlarla əməliyyat yerinə yetirir. Cümlələrimiz nə qədər uzun, mürəkkəb və nəzakətli olarsa, sistem bir o qədər geniş miqyaslı emal aparır. Bu isə daha çox enerji sərfiyyatı, nəticədə isə daha yüksək elektrik istehlakı deməkdir.

Enerji xərcləri yalnız iqtisadi məsələ deyil. Məlumat mərkəzlərinin soyudulması, karbon emissiyaları və texnoloji infrastrukturun saxlanılması ekoloji baxımdan ciddi təsirlər yaradır.

Təbii ki, heç kim AI ilə ünsiyyətdə nəzakətli olmamağı tövsiyə etmir. Amma gündəlik texnoloji davranışlarımızda suyu və işığı necə qənaətlə istifadə ediriksə, süni intellektlə söhbət zamanı da bəzi şeyləri qısaltmaq, təkrarları azaltmaqla enerji sərfiyyatını azalda bilərik.

Bu, kobudluq deyil, şüurlu istifadəyə keçid və etik texnologiya münasibətidir. Süni intellekt artıq sadəcə bir texnologiya deyil. O, həyat yoldaşımız, məsləhətçimiz və bəzən etibar etdiyimiz dinləyicidir. Onunla danışmağa, minnətdarlıq bildirməyə davam edəcəyik. Lakin bu ünsiyyətin arxasında çalışan sistemlərin enerji baxımından nə qədər güc sərf etdiyini bilmək, bizi daha şüurlu istifadəçiyə çevirə bilər.

Mütəxəssislər bildirir ki, növbəti dəfə “xoş gəldin” və ya “təşəkkür edirəm” yazdığınız zaman bəlkə də bunu xatırlayarsınız. Nəzakətli olmaq gözəldir amma şüurlu olmaq daha güclüdür. (Sfera.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ən səmərəli gübrəni hər axşam evimizdə istehsal edirik

Ən səmərəli gübrəni hər axşam evimizdə istehsal edirik

Keçmiş arvadını öldürmək istəyən şəxsə AĞIR CƏZA

Keçmiş arvadını öldürmək istəyən şəxsə AĞIR CƏZA

Yevlax sakinlərinin NƏZƏRİNƏ: Saat 15:00-dan etibarən…

Yevlax sakinlərinin NƏZƏRİNƏ: Saat 15:00-dan etibarən…

Göygöldə “Qəhrəmanlar bağı” aksiyası həyata keçirilib

Göygöldə “Qəhrəmanlar bağı” aksiyası həyata keçirilib

Ukrayna ilə danışıqların Bakıda keçirilməsi ideyasına Moskvadan REAKSİYA – ÖZƏL

Ukrayna ilə danışıqların Bakıda keçirilməsi ideyasına Moskvadan REAKSİYA – ÖZƏL

Yüzlərlə ailə köçürüləcək

Yüzlərlə ailə köçürüləcək

Bu rayonda ən yüksək balı şəhid övladı TOPLADI

Bu rayonda ən yüksək balı şəhid övladı TOPLADI

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək

Rusiya ilə müharibə qaçılmazdır: ölkə hazırlığa başladı

Rusiya ilə müharibə qaçılmazdır: ölkə hazırlığa başladı

Yerdə tapılır: qramı 17 min manatdır – FOTO

Yerdə tapılır: qramı 17 min manatdır – FOTO

Daha bir məşhur bakılı vəfat etdi

Daha bir məşhur bakılı vəfat etdi

Gələn geri dönmür: Tovuzdakı kəndin sirri nədir? - VİDEO

Gələn geri dönmür: Tovuzdakı kəndin sirri nədir? - VİDEO

"Turan Tovuz" bu gün "Zirə"ni sınağa çəkəcək

"Turan Tovuz" bu gün "Zirə"ni sınağa çəkəcək

Sabiq icra başçısı vəfat etdi

Sabiq icra başçısı vəfat etdi

Zaur Baxşəliyev yenə ATV-də: Bu dəfə...

Zaur Baxşəliyev yenə ATV-də: Bu dəfə...

Sərbəst güləş üzrə Azərbaycan millisi 6-cı dəfə Avropa çempionu oldu

Sərbəst güləş üzrə Azərbaycan millisi 6-cı dəfə Avropa çempionu oldu

Kişinin gözündən metal parçası çıxarıldı – FOTO

Kişinin gözündən metal parçası çıxarıldı – FOTO

“Elə düşünməyin ki, bununla bədənimə zərər verirəm”

“Elə düşünməyin ki, bununla bədənimə zərər verirəm”

Aprelin sonuna qədər inanılmaz şanslı olacaq BÜRCLƏR

Aprelin sonuna qədər inanılmaz şanslı olacaq BÜRCLƏR

"Artıq bəylə gəlin "Vağzalı" istəmir"

"Artıq bəylə gəlin "Vağzalı" istəmir"

Qurban Qurbanov: “Neftçi“ ilə oyunlar həmişə maraqlı və baxımlı keçir

Qurban Qurbanov: “Neftçi“ ilə oyunlar həmişə maraqlı və baxımlı keçir

Güləşçilərimiz Avropa çempionatını 13 medalla başa vurdular

Güləşçilərimiz Avropa çempionatını 13 medalla başa vurdular

Azərbaycan Basketbol Liqası: Finalda “Sabah” və “Abşeron Lions” qarşılaşacaq

Azərbaycan Basketbol Liqası: Finalda “Sabah” və “Abşeron Lions” qarşılaşacaq

Millimizin üzvü Qazaxıstan klubu ilə anlaşdı

Millimizin üzvü Qazaxıstan klubu ilə anlaşdı

End of content

No more pages to load

RADİO