Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim" - FOTO

Estetik cərrahiyyə sahəsində qalmaqallar davam edir. Bu günə qədər yüzlərlə qadın qeyri-peşəkar kosmetoloq və həkimlərin həyata keçirdiyi prosedurların qurbanı olub. Prosedurların düzgün icra edilməməsi, qeyri-peşəkarlıq və digər səbəblər nəticəsində zərərçəkənlərin bədənində çürümə və irinləmə halları müşahidə olunur.

Adı tez-tez qalmaqallarda hallanan klinikalardan biri olan "Laser Beauty Klinikası"nın estetik kosmetoloqu Rəna Soltanova ilə bağlı demək olar ki, hər gün yeni məlumatlar yayılır.

Onun prosedurlarının qurbanı olmuş şəxslər davamlı olaraq açıqlamalar verir, ittihamlar səsləndirirlər.

Rəna Soltanovanın zərər vurduğu şəxslərdən biri də turizm sahəsində çalışan Nərmin İsmayılovadır. O, burun dolğusu proseduru üçün Rəna Soltanovaya müraciət edib. Lakin prosedur nəticəsində ciddi fəsadlarla üzləşib və səhhətində yaranan problemləri aradan qaldırmaq üçün uzun müddət müalicə almalı olub. Bu müddət ərzində həm işindən olub, həm də böyük maliyyə itkisi ilə qarşılaşıb.

Bizim.Media xəbər verir ki, Nərmin xanım başına gələnləri "Qaynarinfo.az"a danışıb:


"Ötən ilin 19 noyabr tarixində Rəna Soltanovaya müraciət etmişdim. Bu, üçüncü dəfə burun dolğusu proseduru idi, əvvəlkiləri də o etmişdi.

İlk iki prosedurdan sonra problem yaşamamışdım. Amma sonuncuda fəsad baş verdi. Dolğu vurulan anda göyərmə yarandı. Evə getdim və sonradan bu barədə Rəna Soltanovaya məlumat verdim. "Problem deyil, belə hallar olur", - dedi.

Ertəsi gün köməkçilərinə vəziyyətin görüntüsünü göndərdim, "heç bir problem olmayacaq" cavabını verdilər.

Ancaq dörd gün sonra burnum qaralmağa başladı və içindən ağ sızanaqlar çıxdı. Bu zaman mənə dedilər ki, təcili xəstəxanaya gedim. İlk günlərdə isə problemin olmadığını deyirdilər. Halbuki, bunu adi bir insan belə görə bilərdi ki, ciddi problem var - nekroz başlayıb. Bunu bir mütəxəssis olaraq Rəna Soltanova bilməli idi.


Sonra dedi ki, mən xaricə uçuram, qızların yanına get. Yanında işləyən 3-4 qız var, onların yanına getdim, kömək edə bilmədilər. Bu müddət ərzində 5 ay işləyə bilmədim və işimi itirdim.

Ondan təzminat tələb etmədim, amma heç olmasa deyə bilərdi ki, mənə görə bu vəziyyətə düşmüsən, nəsə kömək edim. Əvəzində məni başqasının yanına göndərdi. Safura xanım vardı, qaş və tatu silir - onun da əziyyəti oldu, amma bu, onun sahəsi deyildi. Özüm Dilqəm Məhərrəmovun yanına getdim. O soruşdu ki, sənin burnun çürüyür, bunun qarşısını almaq üçün antibiotiklər, dərmanlar olunurmu?

Cavab verdim ki, heç nə olunmur. O da telefonu götürüb çölə çıxdı, Rəna Soltanova və ya köməkçisi ilə danışdı.

Sonra özü mənə resept yazdı və Fidan xanıma zəng edib dedi ki, təcili şəkildə bu müalicə başlanmalıdır, əks halda burun tamamilə itə bilər. Bu reseptlə müalicə başladı. Demək olar ki, 7 ay süründüm, çox əziyyət çəkdim.

Gördüm nəticə yoxdur, insanlarla ünsiyyət qura bilmirəm, vəziyyətim düzəlmir. Rəna Soltanovanın özünə də dedim ki, siz də qadınsız, bu vəziyyətdə cəmiyyət içinə çıxa bilərsiniz? Cavab verdi ki, sən danışığını bilmirsən. Bu qədər hadisədən sonra heç nə təklif etmədi. Bütün xərcləri özüm qarşıladım - aparatlara getdim, dərmanlar, vitaminlər vuruldu. Nə qədər pul xərclədiyimi dəqiq bilmirəm, amma əsas məsələ pul deyil. Mənəvi zərbə və göstərilən laqeydlik daha ağırdır. Həm zərər çək, həm də işindən ol. Ən ağrılı məqam budur".


Nərmin xanım bildirib ki, Rəna Soltanova ilə bağlı heç yerə şikayət etməyib:


"Heç yerə şikayət etməmişəm. Amma bu qədər laqeydlik göstərdi, heç bir məsuliyyət hiss etmədi. Mənə lazım deyil ki, həftədə bir dəfə mesaj yazıb "necəsən?" deyə soruşsun. Əsas məsələ məsuliyyətini dərk etmək və yaranmış ziyanı aradan qaldırmaq idi. Amma heç nə etmədi. Turizm sahəsində çalışıram, yaxşı maaşım var. Amma azı 5 ay işsiz qaldım, külli miqdarda maddi zərər gördüm".


Nərmin xanım həmçinin Rəna Soltanovanın daha bir qeyri-qanuni davranışını da açıqlayıb:


"Burnuma iynə vurdu və dərmanın yarısını soyuducuya qoydu. 3-4 həftə sonra yenidən yanına getdim. Soyuducuda saxladığı yarımçıq preparatı mənə yenidən vurmaq istədi. Dedim ki, "onsuz da burnum zədəlidir, bunu niyə vurursan? Başqasını istifadə et". Dedi ki, "sən bilmirsən, biz preparatları soyuducuda saxlayıb sonra istifadə edirik, problem olmur". Flakonun üzərində adımın yazıldığını görmədim, amma preparat da yarımçıq idi. Vurmağa icazə vermədim, yeni iynə açdırdım".


Qeyd edək ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən "Laser Beauty Estetik Klinikası"nda aparılan yoxlamalar zamanı bir sıra qanun pozuntuları aşkarlanıb. Bundan əlavə, klinikanın lisenziyasız fəaliyyət göstərməsi və qeyri-peşəkar işçilərin tibbi prosedurlar həyata keçirməsi kimi ciddi qanun pozuntuları da müəyyən edilib. Bu hallar nəticəsində klinikanın fəaliyyəti dayandırılıb.

Mövcud vəziyyət bir daha sübut edir ki, estetik sahədə fəaliyyət göstərən şəxslərin peşəkarlığı və tibbi səlahiyyətləri ciddi şəkildə yoxlanmalı, insanların sağlamlığına cavabdeh olan bu sahədə nəzarət tədbirləri daha da sərtləşdirilməlidir. Həm pasiyentlərin hüquqları, həm də cəmiyyətin ümumi sağlamlığı naminə bu məsələ diqqətlə izlənilməli və cavabdehlik mexanizmləri daha təsirli şəkildə tətbiq olunmalıdır.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Balakəndə fındıq bağında tarixi abidə tapılıb - FOTO

Balakəndə fındıq bağında tarixi abidə tapılıb - FOTO

Bəzi ət yeməkləri gözləri kor edə bilər

Bəzi ət yeməkləri gözləri kor edə bilər

Üzüm yarpağı quru halda bankaya necə qoyulur?

Üzüm yarpağı quru halda bankaya necə qoyulur?

"Teşkilat" serialı ilə bağlı dəyişiklik

"Teşkilat" serialı ilə bağlı dəyişiklik

Bakıda bağ evlərinin aylıq kirayə qiyməti 40 min manata çatır - VİDEO

Bakıda bağ evlərinin aylıq kirayə qiyməti 40 min manata çatır - VİDEO

ƏTİRLƏRDƏ olan təhlükəli maddələr hormonal sistemə təsir edir

ƏTİRLƏRDƏ olan təhlükəli maddələr hormonal sistemə təsir edir

Xüsusi Təyinatlı Qüvvələrin yarandığı GÜNDÜR

Xüsusi Təyinatlı Qüvvələrin yarandığı GÜNDÜR

Trampın İranla bağlı açıqlaması neftin qiymətini QALDIRDI

Trampın İranla bağlı açıqlaması neftin qiymətini QALDIRDI

ABŞ gəmidəki 6 iranlını AZAD ETDİ

ABŞ gəmidəki 6 iranlını AZAD ETDİ

Azərbaycanlı blogerin toyu oldu - VİDEO

Azərbaycanlı blogerin toyu oldu - VİDEO

Putin Kremldə Kadırovla görüşdü - Çeçenlərə səsləndi - VİDEO

Putin Kremldə Kadırovla görüşdü - Çeçenlərə səsləndi - VİDEO

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 17 il ötür

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 17 il ötür

“Uşağı bağçaya gətirə bilməmişəm, qorxuram ki, nəsə olar” - VİDEO

“Uşağı bağçaya gətirə bilməmişəm, qorxuram ki, nəsə olar” - VİDEO

Ramiz Mehdiyevin 1995-ci ildəki çıxışı yayıldı - VİDEO

Ramiz Mehdiyevin 1995-ci ildəki çıxışı yayıldı - VİDEO

Sabiq nazir: “Qızımın ölümünə görə günahkaram” - VİDEO

Sabiq nazir: “Qızımın ölümünə görə günahkaram” - VİDEO

“Sırğa”sı olmayan heyvanlar bazara buraxılmayacaq - VİDEO

“Sırğa”sı olmayan heyvanlar bazara buraxılmayacaq - VİDEO

“Kaş, o anları geri qaytara bilsəydim…” - VİDEO

“Kaş, o anları geri qaytara bilsəydim…” - VİDEO

Tramp: UKRAYNA və İRAN münaqişələri eyni vaxtda bitə bilər

Tramp: UKRAYNA İRAN münaqişələri eyni vaxtda bitə bilər

“Çelsi”nin futbolçusu 4 illik cəzalandırıldı

“Çelsi”nin futbolçusu 4 illik cəzalandırıldı

Lavrov Astanaya getdi

Lavrov Astanaya getdi

Türkiyəli futbolçu “Mançester Yunayted”ə keçə bilər

Türkiyəli futbolçu “Mançester Yunayted”ə keçə bilər

Putindən Trampa xəbərdarlıq: İrana quru əməliyyatları qəbuledilməz və təhlükəlidir!

Putindən Trampa xəbərdarlıq: İrana quru əməliyyatları qəbuledilməz və təhlükəlidir!

Azərbaycanda nəqliyyat vasitələrinin qeydiyyatı ilə bağlı YENİLİK

Azərbaycanda nəqliyyat vasitələrinin qeydiyyatı ilə bağlı YENİLİK

Zelenski Belarusa qarşı sanksiyalar TƏTBİQ ETDİ

Zelenski Belarusa qarşı sanksiyalar TƏTBİQ ETDİ

End of content

No more pages to load

RADİO