Bu şəxslər Bakıdan rayonlara göndərilə bilər – Daimi yaşamaq üçün…

İnsanların bölgələrdən Bakıya axını geniş vüsət almaqdadır. Əsasən işləmək məqsədilə paytaxta gələnlər burada taksi sürücüsü, tikinti şirkətlərində fəhlə kimi fəaliyyət göstərmək məcburiyyətində qalırlar. Vətəndaşların Bakıya köçü müxtəlif problemlərlə yanaşı, kənd təsərrüfatında da geriləməyə səbəb olur.

Əhalinin Bakıya köçünü dayandırmaq üçün bölgələrimizdə hansı peşə üzrə iş yerlərinin sayı artırılmalıdır?

Bizim.Media xəbər verir ki, globalinfo.az-a danışan sabiq maliyyə naziri Fikrət Yusifov bunun yetərincə ciddi bir problem olduğunu vurğulayıb.

O deyib ki, problemin həlli yollarını bir açıqlama ilə söyləmək mümkün olmasa da əsas istiqamətləri sadalamaq olar:

“Bu gün urbanizasiya – yəni kənd əhalisinin şəhərlərə axını demək olar ki, bütün ölkələrin ən ciddi problemlərindən biridir. Dünyada birinci sənaye inqilabı ilə kənd əhalisinin şəhərlərə axınına start verildi. Buna qədər əhalinin təxminən 3 faizi şəhərlərdə yaşasa da, kənddən şəhərə insan axını ildən ilə sürətlə artmağa başladı. Yaxın illərdə dünyada şəhər əhalisinin xüsusi çəkisinin 60 faizə çatacağı gözlənilir.

Kənd əhalisinin sürətlə şəhərlərə axını yalnız Azərbaycanın problemi deyil, lakin bizdə urbanizasiya daha acınacaqlı şəkildə baş verir. Bu, ilk növbədə ölkə iqtisadiyyatının 95 faizdən çoxunun Abşeron yarımadasında yerləşməsi ilə daha çox bağlı olan məsələdir”.

Fikrət Yusifovun sözlərinə görə, kənddən şəhərə insan axınının qarşısının alınmasının əsas yolu bölgələrdə iş yerlərinin açılmasından keçir:

“İnsan işləməsə, qazanmasa onun həyatı dayanar. İnsanlar kənddən şəhərə hər hansı bir işlə məşğul olmaq üçün gəlirlər. Baxın, həmin o hər hansı bir iş yeri regionda olarsa, vətəndaşlar heç vaxt özünün normal evini tərk edib Bakıda çox ağır bir mənzil şəraitində yaşamaq seçimi etməzlər.

İş yerlərini isə dövlət açmamalıdır. Bunun üçün yerlərdə kiçik və orta biznesin inkişafının qarşısında duran problemləri həll etmək lazımdır. Bu sırada ilk yerdə biznesin maliyyə əlçatanlığı kimi ciddi bir problemin həlli yollarını tapmaq dayanır. Mövcud problem çözülməyincə yerlərdə biznesin yüksəlişi mümkün olmayacaq və əhalinin şəhərə axını davam edəcək. Kənddən şəhərə gəlmiş insanı geri qaytarmağın bir başqa yolu yoxdur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Beş rayonda çayların üzərində mühafizə bəndləri tikiləcək – SİYAHI

Beş rayonda çayların üzərində mühafizə bəndləri tikiləcək – SİYAHI

Dubay və Əbu-Dabi milyarderləri necə cəlb edir?

Dubay və Əbu-Dabi milyarderləri necə cəlb edir?

Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

Şagirdlərin çantalarının yoxlanılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Şagirdlərin çantalarının yoxlanılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Sabunçu tunelindəki çökmə aradan QALDIRILACAQ

Sabunçu tunelindəki çökmə aradan QALDIRILACAQ

Quba-Xınalıq yolunda baş vermiş uçqunun nəticələri aradan qaldırılacaq – RƏSMİ

Quba-Xınalıq yolunda baş vermiş uçqunun nəticələri aradan qaldırılacaq – RƏSMİ

MİQ imtahanının vaxtı AÇIQLANDI

MİQ imtahanının vaxtı AÇIQLANDI

ŞAD XƏBƏR! Leysandan zərər görən bəzi evlər yenidən inşa olunacaq – SİYAHI

ŞAD XƏBƏR! Leysandan zərər görən bəzi evlər yenidən inşa olunacaq – SİYAHI

"Bu il bağça müəllimləri ilk dəfə sertifikatlaşdırma imtahanı verəcək" - Eşqi Bağırov

"Bu il bağça müəllimləri ilk dəfə sertifikatlaşdırma imtahanı verəcək" - Eşqi Bağırov

Bakının 4 rayonunda sel və daşqınlara görə istinad divarları TİKİLƏCƏK

Bakının 4 rayonunda sel və daşqınlara görə istinad divarları TİKİLƏCƏK

Keşlədə su basan evlərin sakinlərinin 3 aylıq kirayə haqları ÖDƏNİLƏCƏK

Keşlədə su basan evlərin sakinlərinin 3 aylıq kirayə haqları ÖDƏNİLƏCƏK

Epşteynin “dəhşət evi”: Zorro Ranch ilə bağlı yeni iddialar üzə çıxdı

Epşteynin “dəhşət evi”: Zorro Ranch ilə bağlı yeni iddialar üzə çıxdı

"BakuBus" ağır qəza törətdi – VİDEO

"BakuBus" ağır qəza törətdi – VİDEO

Birinci sinifə elektron qəbula bu tarixdə START VERİLƏCƏK – RƏSMİ

Birinci sinifə elektron qəbula bu tarixdə START VERİLƏCƏK – RƏSMİ

40 min manatlıq oğurluq edən şəxs TUTULDU

40 min manatlıq oğurluq edən şəxs TUTULDU

Sel və daşqınların fəsadlarını aradan qaldırmaq üçün 85 milyon manat ayrıldı - SƏRƏNCAM

Sel və daşqınların fəsadlarını aradan qaldırmaq üçün 85 milyon manat ayrıldı - SƏRƏNCAM

Ağ Evdə qalmaqal: Pentaqon rəhbərinin xanımı 14 dollarlıq “Temu” paltarı ilə gündəm oldu – FOTO

Ağ Evdə qalmaqal: Pentaqon rəhbərinin xanımı 14 dollarlıq “Temu” paltarı ilə gündəm oldu – FOTO

Britaniyalı Kralı ABŞ Konqresində çıxış edəcək

Britaniyalı Kralı ABŞ Konqresində çıxış edəcək

Rusiyada Ermənistanın “Cermuk” mineral suyunun satışı dayandırıldı

Rusiyada Ermənistanın “Cermuk” mineral suyunun satışı dayandırıldı

Millimiz dünya reytinqində liderliyə YÜKSƏLDİ

Millimiz dünya reytinqində liderliyə YÜKSƏLDİ

Bakıda səhər saatlarında baş verən "Prius" qəzalarının ANBAAN VİDEOSU

Bakıda səhər saatlarında baş verən "Prius" qəzalarının ANBAAN VİDEOSU

Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq

Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq

İmişlidə 39 yaşlı qadın dəm qazından boğuldu

İmişlidə 39 yaşlı qadın dəm qazından boğuldu

Qəzalara səbəb olan PİYADALAR - Avropada 1350 avro cəriməsi var, bəs Azərbaycanda?

Qəzalara səbəb olan PİYADALAR - Avropada 1350 avro cəriməsi var, bəs Azərbaycanda?

End of content

No more pages to load

RADİO