Özbəkistanlı futbolçu Cəsurbek Cəloliddinov “Sumqayıt”dan ayrılıb.
Bizim.Media xəbər verir ki, 23 yaşlı cinah oyunçusunun müddəti başa çatan müqaviləsi uzadılmayıb. Cəsurbek ölkəsinə qayıdıb.
Ötən ilin oktyabrından “Sumqayıt”da çıxış edən Cəsurbek başa çatan mövsümdə Premyer Liqada 15 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media