“Kəpəz” klubunun yeni baş məşqçisi məlum olub.
Bizim.Media xəbər verir ki, Gəncə təmsilçisini Adil Şükürov çalışdıracaq. Mütəxəssislə 1 illik anlaşma əldə edilib.
Xatırladaq ki, 47 yaşlı çalışdırıcı daha əvvəl "Kəpəz"də baş məşqçi kimi çalışıb. Qərb təmsilçisi onun rəhbərliyi altında 2024/25 mövsümündə Premyer Liqada qalmağı bacarmışdı.
Rəşad Rafiqoğlu, Bizim.Media