“Real”dan ayrılan Luka Modriç karyerasını İtaliyada davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, “İnter” 39 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə AS nəşri məlumat yayıb.
Xorvatiyalı futbolçuya ABŞ klublarından da maraq var.
Modriç hələ qərarını verməyib. O, Avropada oynamağa üstünlük verir.
Rəşad Rafiqoğlu, Bizim.Media