Xabi Alonso ilə yollarını ayıran "Bayer"in yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Leverkuzen təmsilçisini Erik ten Haq çalışdıracaq. Niderlandlı mütəxəssislə imzalanan müqavilənin detallları barədə məlumat verilməyib.
Qeyd edək ki, Erik ten Haq son olaraq "Mançester Yunayyted"in baş məşqçisi olub. 55 yaşlı çalışdırıcı ötən ilin oktyabr ayında istefaya göndərilib.
Bizim.Media