Gəncədə azyaşlının xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhər ərasisində hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən piyada, 2013- cü il təvəllüdlü Zəhra İbrahimovanı vurub.
12 yaşlı qız xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu