Azərbaycan və Oman XİN-ləri arasında ilk konsulluq məsləhətləşmələri keçirildi

Azərbaycan ilə Oman Xarici İşlər nazirlikləri arasında video-konfrans formatında ilk konsulluq məsləhətləşmələri keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
 

Məlumata görə, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Oman nümayəndə heyətinə isə Oman Xarici İşlər Nazirliyinin Konsulluq departamentinin rəisi Mohammed Bin Nasir Al-Mabsali rəhbərlik edib.


Görüşdə Azərbaycanın Oman Sultanlığındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov, o cümlədən hər iki ölkənin xarici siyasət qurumlarının məsul əməkdaşları, Azərbaycanın Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliliyi, Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri də iştirak edib.

Məsləhətləşmələr zamanı Azərbaycan və Oman arasında konsulluq sahəsində əməkdaşlığın inkişaf perspektivləri, bu sahədə ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi imkanları müzakirə edilib.

Eyni zamanda, hər iki ölkənin vətəndaşlarına effektiv konsulluq yardımının göstərilməsi istiqamətində müzakirələr keçirilib. Konsulluq xidmətlərinin göstərilməsində rəqəmsallaşmanın tətbiqi sahəsində təcrübə mübadiləsi aparılıb və bu istiqamətdə qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş potensialın mövcud olduğu vurğulanıb.

Bundan əlavə, iki ölkə arasında ədliyyə, daxili işlər, təhsil, əmək, sosial müdafiə və digər sahələrdə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu kəndə köçənlərə ev və maaşlı iş VERİLİR

Bu kəndə köçənlərə ev və maaşlı iş VERİLİR

"Unudulmaq istəyirdim" – VİDEO

"Unudulmaq istəyirdim" – VİDEO

Azərbaycanda cəmi 3 həkimi olan şəhər var - SİYAHI

Azərbaycanda cəmi 3 həkimi olan şəhər var - SİYAHI

İspaniyada DÇ-2026 çempionlarını POMİDORLA mükafatlandırdılar - VİDEO

İspaniyada DÇ-2026 çempionlarını POMİDORLA mükafatlandırdılar - VİDEO

Bakının bu küçələri 3 saat işıqsız qalacaq

Bakının bu küçələri 3 saat işıqsız qalacaq

23 iyulun ulduz falı — Bu gün tələsik qərarlardan uzaq durmaq lazımdır

23 iyulun ulduz falı — Bu gün tələsik qərarlardan uzaq durmaq lazımdır

Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü - FOTO

Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü - FOTO

İran: "ABŞ İranın raket istehsalı sahələrini izləyə bilmir"

İran: "ABŞ İranın raket istehsalı sahələrini izləyə bilmir"

4 mindən çox əsgərin həlak olduğu çimərlik YUNESKO siyahısına salınır

4 mindən çox əsgərin həlak olduğu çimərlik YUNESKO siyahısına salınır

İrandan ABŞ-yə son xəbərdarlıq: “Münaqişə regiondan kənara çıxacaq”

İrandan ABŞ-yə son xəbərdarlıq: “Münaqişə regiondan kənara çıxacaq”

“Kəpəz” Benito ilə danışıq aparır

“Kəpəz” Benito ilə danışıq aparır

Vəsiqəsi olmayan skuter kirayələyə bilməsin – Maraqlı TƏKLİF

Vəsiqəsi olmayan skuter kirayələyə bilməsin – Maraqlı TƏKLİF

Meyiti zirzəmiyə atıldığı iddia edilən körpənin atası - Yazışmaları göstərdi – VİDEO

Meyiti zirzəmiyə atıldığı iddia edilən körpənin atası - Yazışmaları göstərdi – VİDEO

“Neftçi”nin baş məşqçisi: “Məğlubiyyətə görə mən günahkaram"

“Neftçi”nin baş məşqçisi: “Məğlubiyyətə görə mən günahkaram"

Astanada Azərbaycanın sədrliyi ilə mühüm toplantı keçirildi - FOTO

Astanada Azərbaycanın sədrliyi ilə mühüm toplantı keçirildi - FOTO

Maduronun işi üzrə məhkəmə iclasının TARİXİ məlum oldu

Maduronun işi üzrə məhkəmə iclasının TARİXİ məlum oldu

İran 3 ölkəni quru əməliyyatları ilə HƏDƏLƏDİ

İran 3 ölkəni quru əməliyyatları ilə HƏDƏLƏDİ

Dənizkənarı istirahət məkanlarına girişə məhdudiyyət qoyulub? - VİDEO

Dənizkənarı istirahət məkanlarına girişə məhdudiyyət qoyulub? - VİDEO

Dünyanın ən populyar bloqeri evləndi - FOTO

Dünyanın ən populyar bloqeri evləndi - FOTO

Qarpız-yemişlə spirtli içki içmək olar?

Qarpız-yemişlə spirtli içki içmək olar?

Samuxda avtomobil hasara çırpıldı: Yaralılar var

Samuxda avtomobil hasara çırpıldı: Yaralılar var

Ukrayna ordusunda yenilik: Cəbhəyə lazer silahları gətirilir

Ukrayna ordusunda yenilik: Cəbhəyə lazer silahları gətirilir

Aybəniz Haşımova 15 kiloqram arıqladı

Aybəniz Haşımova 15 kiloqram arıqladı

İrandan dünyaya neft ultimatumu: "Biz satmasaq, heç kim satmayacaq!"

İrandan dünyaya neft ultimatumu: "Biz satmasaq, heç kim satmayacaq!"

End of content

No more pages to load

RADİO