"Turan Tovuz" mövsüm başa çatmamış heyətinə “əl gəzdirməyə” başlayıb.
Bizim.Media xəbər verir ki, qərb təmsilçisi artıq 2 futbolçu ilə yolları ayırıb.
Baş məşqçi Kurban Berdiyev müdafiəçilər Sadiq Quliyevlə və Eltun Turabovun məşqlərə qatılmamasını istəyib.
Qeyd edək ki, həm Quliyevin, həm də Turabovun klubla müqaviləsi gələn ay başa çatır. Sadiq cari mövsümdə 1, Eltun isə 6 oyunda meydana çıxıb.
Rəşad Rafiqoğlu, Bizim.Media