Azərbaycanlı bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib.
Bizim.Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, bloger barəsində qiyabi həbs qərarı çıxarılıb. O, çirkli pulların yuyulmasında ittiham edilir.
Qeyd edək ki, daha əvvəl Rusiyanın Federal Vergi Xidməti (FTX) Həsənova məxsus "Banda Foods" şirkətinin hesablarını bloklayıb. Səbəb vergilərin ödənilməməsi olub.
Bizim.Media