Kürdəmirdə əməliyyatdan sonra qadın ölümü ilə bağlı ŞOK İDDİA: "Meyiti palatada gizlədiblər"

Kürdəmirdə xəstəxanada əməliyyat olunan 38 yaşlı qadının ölümünün təfərrüatları məlum olub.

Bizim.Media xəbər verir ki, mərhumun baldızı Dilbər Abdullayeva “oxu.az“a açıqlamalarında bildirib ki, dünyasını dəyişən Pərvanə Abdullayeva mayın 12-də səhhətində problem olduğu üçün Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına müraciət edib:
 

MÖVZU İLƏ BAĞLI:

Kürdəmirdə qadın əməliyyatdan sonra VƏFAT ETDİ


"Pərvanə USM (Ultrasəs müayinəsi) müayinəsindən keçərkən məlum olub ki, kor bağırsağında iltihab var, cərraha müraciət etmək məsləhət görülüb. P.Abdullayeva xəstəxananın Səbinə adlı ginekoloquna müraciət edib. Səbinə həkim müayinə edəndən sonra Fərid adlı cərrahı çağırıb. Fərid ona təcili əməliyyat təklif edib. Pərvanənin üstündə pul olmadığı üçün əməliyyatdan imtina edib və evinə qayıdıb ki, evdən pul götürüb səhəri gün xəstəxanaya getsin. Axşam saatlarında Fərid həkim Pərvanənin oğluna dalbadal zəng edərək bildirib ki, anasını təcili əməliyyata gətirsin, pulu sonra verərlər. Fərid deyib ki, əgər gəlməsəniz, gecə kor bağırsaq partlayacaq və öləcək. Həkimin məqsədi o olub ki, Pərvanə səhəri gün xəstəxanaya gəlsə, həmin vaxt başqa cərrahın növbəsinə düşəcək və onun əli əməliyyat pulundan çıxacaq.

Həkimin təkidi ilə Pərvanə oğlu ilə birlikdə axşam saatlarında xəstəxanaya gəlib və dərhal əməliyyata götürülüb.

Pərvanənin əməliyyatı iki saatdan çox çəkdi. Mən də qohumlara zəng vurub hamını xəstəxanaya çağırmışam. Axşam saat 8-ə işləmiş Pərvanə əməliyyata götürülüb. 2 saatdan çox vaxt keçəndən sonra əməliyyat başa çatdı. Həkim gəlib mənə məlumat verdi ki, əməliyyat uğurlu keçib, kor bağırsaqdan başqa kista əməliyyatı da icra edib. Həkimə dedim ki, nə qədər xərci varsa, ödəyim. Fərid doktor dedi ki, əməliyyatda mənimlə yanaşı anestezioloq da iştirak edib, sabah gələrsiniz, onun da hörmətini edərsiniz, mənim də.
 

Razılaşdım, həkim çıxıb getdi. Böyük bacım Pərvanənin yanında qaldı. Gecə Pərvanənin vəziyyəti pisləşib, həkimi axtarıblar, tapa bilməyiblər. Pərvanədə kəskin baş ağrılar, daxili qanaxma başlayıb. Pərvanəni palatadan götürüb başqa yerə köçürüblər. Pərvanə gecə saatlarında daxili qanaxmadan dünyasını dəyişib, amma bizə deməyiblər.


Səhər saat 8-də xəstəxanaya gəldim ki, Pərvanə yoxdur. Anestezioloq Səadətdən Pərvanəni soruşdum, dedi ki, vəziyyəti pisləşdiyi üçün aparata qoşulub. Səadətdən soruşdum ki, xəstə necə aparata qoşulub ki, siz onun yanında deyilsiniz. Mənə dedi ki, guya növbə dəyişilib və o, xəstəni başqa həkimə təhvil verib. Həkimdən xəstəni görməyimi tələb edəndə o qaçdı, yoxa çıxdı. Neçə saat xəstəxanada Fərid və Səadəti axtardım, tapa bilmədim. Palataları bir-bir gəzirəm. Birdən sonuncu palatanın qapısını açdım ki, bəlkə həkim orada olar. Palatada arabanın üstündə üzü örtülmüş meyit gördüm. Yaxınlaşıb meyitin üzünü açanda gördüm ki, Pərvanə ölüb, üzünü bağlayıb, meyiti gizlədiblər. Nə qədər qışqırdımsa, heç kimi tapa bilmədim. Bizim xəstəni bilərəkdən öldürüb gizlədiblər, bizə isə deyirlər ki, guya aparata qoşulub.
Pərvanənin ölümünün səbəbi Fərid və Səadət həkimdir".

Xatırladaq ki, mayın 12-də Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında rayonun Atakişili kənd sakini, 1987-ci il təvəllüdlü Abdullayeva Pərvanə Alı qızı "kor bağırsağın soxulcanabənzər çıxıntısının iltihabı" diaqnozu ilə xəstəxanaya daxil olub və əməliyyatdan sonra orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Bakıda yanacaqdaşıyan avtomobil yandı - VİDEO

Bakıda yanacaqdaşıyan avtomobil yandı - VİDEO

İkinci finalçı bu gecə müəyyənləşəcək: İngiltərə, yoxsa Argentina?

İkinci finalçı bu gecə müəyyənləşəcək: İngiltərə, yoxsa Argentina?

Qadınlar taxta çıxa bilməz, yalnız 3 kişi varis var - Ən qədim imperiyada böhran – Fotolar

Qadınlar taxta çıxa bilməz, yalnız 3 kişi varis var - Ən qədim imperiyada böhran – Fotolar

Qəhvə içməyin daha bir üstünlüyü ÜZƏ ÇIXDI

Qəhvə içməyin daha bir üstünlüyü ÜZƏ ÇIXDI

"Bitcoin"in qiyməti 65 min dollara yaxınlaşdı

"Bitcoin"in qiyməti 65 min dollara yaxınlaşdı

Kamçatka sahillərində iki güclü zəlzələ oldu

Kamçatka sahillərində iki güclü zəlzələ oldu

18 yaşına çatmayanlar nişanlanarsa... – Hansı cəza GÖZLƏYİR?

18 yaşına çatmayanlar nişanlanarsa... – Hansı cəza GÖZLƏYİR?

Azərbaycan XİN-dən Türkiyəyə TƏBRİK - FOTO

Azərbaycan XİN-dən Türkiyəyə TƏBRİK - FOTO

Qobustanda yol çökdü – VİDEO

Qobustanda yol çökdü – VİDEO

İran 26 gün ərzində 6 milyard dollarlıq neft məhsulu ixrac edib

İran 26 gün ərzində 6 milyard dollarlıq neft məhsulu ixrac edib

Homofob şüarlara görə oyunu bitirən, bir matçda 4 “qırmızı” göstərən - Kimya professoru kimdir?

Homofob şüarlara görə oyunu bitirən, bir matçda 4 “qırmızı” göstərən - Kimya professoru kimdir?

Vintlərin qara, qızılı və gümüşü rəngdə olmasının səbəbi bəlli oldu

Vintlərin qara, qızılı və gümüşü rəngdə olmasının səbəbi bəlli oldu

Kral ailəsi qələbəyə belə sevindi – VİDEO

Kral ailəsi qələbəyə belə sevindi – VİDEO

"Yaprak Dökümü"nün "Şevketi" — Caner Kurtaranın son halı (FOTO)

"Yaprak Dökümü"nün "Şevketi" — Caner Kurtaranın son halı (FOTO)

Gəncədə avtomobil 56 yaşlı kişini xəstəxanalıq etdi

Gəncədə avtomobil 56 yaşlı kişini xəstəxanalıq etdi

Dünya Çempionatı: İspaniya finalda – VİDEO

Dünya Çempionatı: İspaniya finalda – VİDEO

Azərbaycan Milli Elmlər Akademiyası paytaxtdan köçürülür? – Akademikdən AÇIQLAMA

Azərbaycan Milli Elmlər Akademiyası paytaxtdan köçürülür? – Akademikdən AÇIQLAMA

İrandan SƏRT CAVAB – Üç ölkəyə zərbələr endirildi – ANBAAN VİDEO

İrandan SƏRT CAVAB – Üç ölkəyə zərbələr endirildi – ANBAAN VİDEO

Xəzərə hücum edən naməlum “varlıqlar” – dənizdə boğulmaya onlar səbəb olur?

Xəzərə hücum edən naməlum “varlıqlar” – dənizdə boğulmaya onlar səbəb olur?

ABŞ hücumlarının NÖVBƏTİ DALĞASI – İran hədəfləri belə vuruldu – VİDEO

ABŞ hücumlarının NÖVBƏTİ DALĞASI – İran hədəfləri belə vuruldu – VİDEO

BİZİM TƏQVİM:15 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:15 iyulda baş vermiş tarixi hadisələr

Britaniyada ağcaqanad vasitəsilə keçən xəstəliklər KƏSKİN ARTDI

Britaniyada ağcaqanad vasitəsilə keçən xəstəliklər KƏSKİN ARTDI

Məhbus sayına görə ölkələrin reytinqi: Azərbaycan neçəncidir?

Məhbus sayına görə ölkələrin reytinqi: Azərbaycan neçəncidir?

End of content

No more pages to load

RADİO