Metro və dəmir yolundan istifadə edənlər üçün SEVİNDİRİCİ XƏBƏR

Böyük şəhərlərin dayanıqlı inkişafında relsli nəqliyyat - metro və dəmir yolu sistemləri ən effektiv həll yollarından biri sayılır.

Bizim.Media xəbər verir ki, bu nəqliyyat növləri təkcə gündəlik hərəkəti sürətləndirmir, həm də tıxacların azalmasına, ətraf mühitin qorunmasına və şəhərin iqtisadi potensialının artmasına ciddi təsir göstərir.

Bakı da sürətlə böyüyən metropol olaraq, bu istiqamətdə əhatəli dəyişikliklərə hazırlaşır.

Paytaxtın nəqliyyat yükünü yüngülləşdirmək və daha çevik əlaqə imkanları yaratmaq məqsədilə həm metropolitenin genişləndirilməsi, həm də dəmir yolu xətlərinin inkişafı nəzərdə tutulur.

Nəqliyyat eksperti Azər Axundovun hazırladığı və ictimaiyyətə təqdim etdiyi yeni inkişaf sxemi Bakının 2030-cu ilə qədər relsli nəqliyyat sistemində nəzərdə tutulan dəyişiklikləri vizual şəkildə əks etdirir.


Son təsdiqlənmiş dövlət proqramına əsasən tərtib olunan bu xəritədə yalnız hazırda istifadədə olan xətlər deyil, həm də tikilməkdə olan və gələcəkdə planlaşdırılan metro və dəmir yolu marşrutları ətraflı şəkildə göstərilib.
 

Xüsusilə qeyd etmək lazımdır ki, bu xəritə rəsmi qurumlar tərəfindən deyil, müstəqil ekspert tərəfindən hazırlanıb. Azər Axundov onu dövlət proqramına əsaslanaraq tərtib etdiyini və Azərbaycan Dəmir Yollarının (ADY) planları ilə bağlı ictimaiyyətə ətraflı məlumat verilmədiyi üçün xəritədə yalnız baş planda nəzərdə tutulan dayanacaqların yer aldığını bildirib.


Xəritədə diqqətçəkən məqamlar:

Yeni metro xətlərinin açılması və mövcudların uzadılması (məsələn, 8 Noyabr-B4, Şah İsmayıl Xətai-Y17, Zabrat-Maştağa-Bağlar və s.)

Bakı-Sumqayıt, Bakı-Xırdalan, Sea Breeze-Pirşağı kimi dəmir yolu bağlantılarının yaradılması

Hövsan, Suraxanı, Maştağa, Güzdək kimi yaşayış ərazilərinə metro və ya qatarla çıxışın təmin olunması.

Qeyd edək ki, xəritədə göstərilən metro və dəmir yolu ilə bağlı yeniliklərin həyata keçirilməsi paytaxt sakinləri üçün gündəlik həyatın rahatlaşması, tıxacların azalması və daha sürətli, təhlükəsiz ictimai nəqliyyata çıxış baxımından mühüm əhəmiyyət daşıyır.

Bu yeniliklər, xüsusilə şəhərətrafı ərazilərdə yaşayanların mərkəzə və əks istiqamətə daha qısa zamanda çatmasını təmin edəcək, eyni zamanda avtomobildən asılılığı azaldaraq havanın çirklənməsi və enerji sərfiyyatının qarşısını almağa kömək edəcək. Yeni metro xətlərinin və dəmir yolu əlaqələrinin istifadəyə verilməsi həm də şəhərin sosial-iqtisadi dinamizmini artıracaq, müxtəlif bölgələrin bir-biri ilə inteqrasiyasını gücləndirəcək. (Baku.ws)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bəzi ət yeməkləri gözləri kor edə bilər

Bəzi ət yeməkləri gözləri kor edə bilər

Üzüm yarpağı quru halda bankaya necə qoyulur?

Üzüm yarpağı quru halda bankaya necə qoyulur?

"Teşkilat" serialı ilə bağlı dəyişiklik

"Teşkilat" serialı ilə bağlı dəyişiklik

Bakıda bağ evlərinin aylıq kirayə qiyməti 40 min manata çatır - VİDEO

Bakıda bağ evlərinin aylıq kirayə qiyməti 40 min manata çatır - VİDEO

ƏTİRLƏRDƏ olan təhlükəli maddələr hormonal sistemə təsir edir

ƏTİRLƏRDƏ olan təhlükəli maddələr hormonal sistemə təsir edir

Xüsusi Təyinatlı Qüvvələrin yarandığı GÜNDÜR

Xüsusi Təyinatlı Qüvvələrin yarandığı GÜNDÜR

Trampın İranla bağlı açıqlaması neftin qiymətini QALDIRDI

Trampın İranla bağlı açıqlaması neftin qiymətini QALDIRDI

ABŞ gəmidəki 6 iranlını AZAD ETDİ

ABŞ gəmidəki 6 iranlını AZAD ETDİ

Azərbaycanlı blogerin toyu oldu - VİDEO

Azərbaycanlı blogerin toyu oldu - VİDEO

Putin Kremldə Kadırovla görüşdü - Çeçenlərə səsləndi - VİDEO

Putin Kremldə Kadırovla görüşdü - Çeçenlərə səsləndi - VİDEO

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 17 il ötür

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 17 il ötür

“Uşağı bağçaya gətirə bilməmişəm, qorxuram ki, nəsə olar” - VİDEO

“Uşağı bağçaya gətirə bilməmişəm, qorxuram ki, nəsə olar” - VİDEO

Ramiz Mehdiyevin 1995-ci ildəki çıxışı yayıldı - VİDEO

Ramiz Mehdiyevin 1995-ci ildəki çıxışı yayıldı - VİDEO

Sabiq nazir: “Qızımın ölümünə görə günahkaram” - VİDEO

Sabiq nazir: “Qızımın ölümünə görə günahkaram” - VİDEO

“Sırğa”sı olmayan heyvanlar bazara buraxılmayacaq - VİDEO

“Sırğa”sı olmayan heyvanlar bazara buraxılmayacaq - VİDEO

“Kaş, o anları geri qaytara bilsəydim…” - VİDEO

“Kaş, o anları geri qaytara bilsəydim…” - VİDEO

Tramp: UKRAYNA və İRAN münaqişələri eyni vaxtda bitə bilər

Tramp: UKRAYNA İRAN münaqişələri eyni vaxtda bitə bilər

“Çelsi”nin futbolçusu 4 illik cəzalandırıldı

“Çelsi”nin futbolçusu 4 illik cəzalandırıldı

Lavrov Astanaya getdi

Lavrov Astanaya getdi

Türkiyəli futbolçu “Mançester Yunayted”ə keçə bilər

Türkiyəli futbolçu “Mançester Yunayted”ə keçə bilər

Putindən Trampa xəbərdarlıq: İrana quru əməliyyatları qəbuledilməz və təhlükəlidir!

Putindən Trampa xəbərdarlıq: İrana quru əməliyyatları qəbuledilməz və təhlükəlidir!

Azərbaycanda nəqliyyat vasitələrinin qeydiyyatı ilə bağlı YENİLİK

Azərbaycanda nəqliyyat vasitələrinin qeydiyyatı ilə bağlı YENİLİK

Zelenski Belarusa qarşı sanksiyalar TƏTBİQ ETDİ

Zelenski Belarusa qarşı sanksiyalar TƏTBİQ ETDİ

İsrail ordusu İran sərhədində - Quru hücumu olacaq!

İsrail ordusu İran sərhədində - Quru hücumu olacaq!

End of content

No more pages to load

RADİO