Distant təhsillə bağlı MÜHÜM YENİLİK

Azərbaycanda distant təhsil xidməti üzrə yeni dövlət standartı qəbul edilib. Yəni Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) beynəlxalq standart əsasında AZS ISO 29994:2025 "Təhsil və təlim xidmətləri. Distant təhsilə dair tələblər" yeni dövlət standartını qəbul edib.

Sözügedən dövlət standartının ölkədə tətbiq edilməsinin məqsədi yeni texnologiyaların imkanlarından yararlanmaqla təhsil sistemində çevikliyi və əlçatanlığı artırmaq, eləcə də dünyanın istənilən nöqtəsindən keyfiyyətli təhsil almaq üçün geniş imkanlar yaratmaqdır.

Yeni dövlət standartı "Uyğunluğun qiymətləndirilməsi" standartlaşdırılma üzrə Texniki Komitədə (AZSTAND/TK 08) müzakirəyə çıxarıb və AZSTAND onu təsdiq edərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.

Bəs bu yenilik distant təhsillə bağlı ölkəmizdə nəyi dəyişəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil eksperti Elçin Əfəndi deyib ki, bu qərar qarşıdakı dövrdə insanlarımızın distant təhsil almasına imkan verəcək:
 

“Bunun üçün də qanunvericilikdə müvafiq qərarlar alınmalıdır. Hazırda təhsil haqqında qanunvericilikdə təhsilalma forması olaraq üç istiqamət var, əyani, qiyabi və distant. Amma biz ölkədaxili daha çox əyani və qiyabi təhsilə üstünlük veririk. Ölkə xaricində isə daha çox əyani təhsilə üstünlük veririk, çünki diplomlar yalnız əyani təhsil istiqamətində tanınır.


Amma indi yeni standartlar əsasında qanunvericilik bazası işlənib hazırlanmalı, hüquqi bir əsas olmalıdır və bu əsasda da qarşıdakı dövr ərzində distant təhsilə daha çox ehtiyac duyan insanlar distant təhsilin faydalarından istifadə etməlidirlər. İşinin ucbatından təhsil ala bilməyən işləyən təbəqə və yaxud təhsil müəssisəsinə gedib gəlməkdə çətinlik yaşayan fiziki məhdudiyyətli şəxslər distant təhsil formasından faydalana bilərlər. Təhsilə əlçatanlıq baxımından distant təhsil əlverişli imkan yaradır”.

O bildirib ki, hazırda qəbul olunmuş qərar əsasında ali, orta ixtisas, tam orta təhsil müəssisələrimiz bu distant təhsili vermək və bu tələblərə cavab vermək iqtidarında olmalıdırlar:

“Bu tələblərə cavab verdikləri halda insanlar bundan yararlana bilərlər və eyni zamanda, xaricdə distant təhsil alan şəxslərə də diplomun tanınması tərəfindən hər hansı problem də olmaz. Təbii ki, bunun üçün Milli Məclis tərəfindən qərar qəbul olunmalıdır ki, sabah distant təhsil ölkəmizdə tanına bilsin.

Distant təhsil forması ölkəmizdə tam bərqərar olduqdan sonra dövlət başçısının da aidiyyatı qurumlar üzərində qoyduğu əsas tapşırıqlardan biridir ki, hər bir Azərbaycan vətəndaşı üçün təhsilin əlçatanlığı təmin olunmalıdır. Düşünürəm ki, bu prioritet istiqamətində görüləcək işlərdən biri də məhz distant təhsildir ki, ən ucqar nöqtədə olan vətəndaşımız üçün belə təhsil əlçatan olsun.
 

Bu, konkret olaraq parlamentin verdiyi qərarlardan asılı deyil, burada Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin də bölgələrdə internetin əlçatanlığı təmin olunması istiqamətində müvafiq işlər görməlidir.


İnsanlar internetə daha asan çıxş əldə edə bilsinlər. Çünki distant təhsil uzaqdan idarə olunan təhsildir, bunun üçün də internetin əlçatanlığı vacib şərtlərdəndir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyanın ən böyük stadionudur, amma futbol qadağandır - FOTO

Dünyanın ən böyük stadionudur, amma futbol qadağandır - FOTO

Zelenski Ermənistana səfər edəcək

Zelenski Ermənistana səfər edəcək

Şəkidə DƏHŞƏT - Canavar sürüsü kəndə girib 30-a yaxın qoyunu parçaladı - FOTO

Şəkidə DƏHŞƏT - Canavar sürüsü kəndə girib 30-a yaxın qoyunu parçaladı - FOTO

Komitə sədrindən ÇAĞIRIŞ: “Toylarımızı vəhşilik elementlərindən xilas etməliyik”

Komitə sədrindən ÇAĞIRIŞ: “Toylarımızı vəhşilik elementlərindən xilas etməliyik”

Ağstafada evdə YANĞIN – VİDEO

Ağstafada evdə YANĞIN – VİDEO

Bu çay yarım saata insanı YATIZDIRIR

Bu çay yarım saata insanı YATIZDIRIR

Balakəndə AĞIR QƏZA – Sürücü həyatını itirdi

Balakəndə AĞIR QƏZA – Sürücü həyatını itirdi

ABŞ daha bir ölkədən qoşunlarını çıxarır

ABŞ daha bir ölkədən qoşunlarını çıxarır

Diplomatlar Şuşada - VİDEO

Diplomatlar Şuşada - VİDEO

Aygün Kazımovanın səhhəti PİSLƏŞDİ - FOTO

Aygün Kazımovanın səhhəti PİSLƏŞDİ - FOTO

Azərbaycan Premyer Liqasında XXX tura bu gün start veriləcək

Azərbaycan Premyer Liqasında XXX tura bu gün start veriləcək

TikTok"da tələbələr üçün yeni funksiya

TikTok"da tələbələr üçün yeni funksiya

Qızıl almaq istəyənlərə XƏBƏRDARLIQ

Qızıl almaq istəyənlərə XƏBƏRDARLIQ

Bakıda daha 30 metro stansiyası yaradılır – DETALLAR

Bakıda daha 30 metro stansiyası yaradılır – DETALLAR

BİZİM TƏQVİM:Mayın 2-də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:Mayın 2-də baş vermiş tarixi hadisələr

İsrail hücumları davam edir: Livanda ölənlərin SAYI...

İsrail hücumları davam edir: Livanda ölənlərin SAYI...

Günün qoroskopu: Siz hər şeyi hiss edir və anlayırsınız...

Günün qoroskopu: Siz hər şeyi hiss edir və anlayırsınız...

İnsanı xoşbəxt və rahat edən HORMON: nə vaxt yaranır?

İnsanı xoşbəxt və rahat edən HORMON: nə vaxt yaranır?

Bu vətəndaşlar pensiyaya daha tez çıxacaq? - AÇIQLAMA

Bu vətəndaşlar pensiyaya daha tez çıxacaq? - AÇIQLAMA

“Chanel”in sandaletləri şoka saldı - Qiyməti inanılmazdır - FOTO

“Chanel”in sandaletləri şoka saldı - Qiyməti inanılmazdır - FOTO

Dünyada bir İLK: Həşəratlara hüquq verildi, artıq məhkəməyə müraciət edə bilərlər

Dünyada bir İLK: Həşəratlara hüquq verildi, artıq məhkəməyə müraciət edə bilərlər

Reuters: ABŞ Qəzzadakı missiyasını BAĞLAYIR

Reuters: ABŞ Qəzzadakı missiyasını BAĞLAYIR

Evdə DARÇIN yandıranlar nəticəyə inana bilmirlər

Evdə DARÇIN yandıranlar nəticəyə inana bilmirlər

ABŞ Hörmüz boğazında 45 gəmini geri qaytarıb

ABŞ Hörmüz boğazında 45 gəmini geri qaytarıb

End of content

No more pages to load

RADİO