Azərbaycana ən çox bu ölkələrdən turist gəlir – STATİSTİKA

“2025-ci ilin ilk rübündə hotel və mehmanxana tipli obyektlərdə turistlərin keçirdiyi gecələmələrin sayı 484.9 min olub. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11.9 faiz çoxdur. Turistlərin üstünlük verdiyi hotellərin 77,5 faizi Bakıda, 12,7 faizi Qusarda, 3,5 faizi Naftalanda, 2,7 faizi Qəbələdə, 1,8 faizi Qubada, 0,4 faizi Şamaxıda, 1,4 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb. Göründüyü kimi, yenə də xaricilər əsasən Bakıya üstünlük verirlər”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, ölkəyə gələn hər 100 turistin 77-i paytaxtdan kənara səfər etmir:

“Əslində bu data həm də regionlarda turizmin strateji inkişafı istiqamətləri baxımdan da siqnallar verir. Belə ki, xaricilərin ikinci ən çox üstünlük verdiyi yaşayış məntəqəsi Qusar rayonudur. Bu da birbaşa həmin bölgəmizdə qış turizminin inkişafı ilə bağlıdır. 

Xaricilər üçün ilk üçlüyü Naftalan tamamlayır. Bu də həmin şəhərimizdə sağlamlıq turizminin təmərkəzlüşməsi ilə bağlıdır.

Deməli, regionlarda ənənəvi mövsümi turizm ilə yanaşı və əslində daha çox yeni turizm məhsullarına ehtiyac var. Turistlər üçün cəlbedici olan qış, sağlamlıq turizm ilə yanaşı, tarixi, dini və mədəni turizmin də inkişafı vacibdir.

Bütün bunlar ilə yanaşı, bölgələrimiz xarici tursit cəlb etməkdə paytaxt hotellərinə yenə də uduzurlar. Paytaxtın infrastrukturunu nəzərə aldıqda bu normal qarşılana bilsə də regional gecələmə sayında fərqin böyük olması diqqəti çəkir. Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmirlər və da xarici turist cəlbində çətinlik yaradır. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır. Keyfiyyət isə hələ də standartlardan geri qalır.

Bu ilin birinci rübü ilə bağlı digər diqqəti çəkən statistika gecələmələrin ümumi sayında ölkə strukturunun dəyişdirilməsidir.

Belə ki, gecələmələrin ümumi sayının 21,8 faizi Hindistan, 14,3 faizi Rusiya, 8,8 faizi Türkiyə, 6,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 4,7 faizi Səudiyyə Ərəbistanı, 3,3 faizi ABŞ, 3,1 faizi İsrail, 3,0 faizi Küveyt, 2,7 faizi Pakistan, 2,4 faizi Çin, 2,4 faizi Qazaxıstan, 1,9 faizi Böyük Britaniya, 1,4 faizi Özbəkistan, 0,9 faizi Almaniya, 0,8 faizi Bəhreyn, 0,8 faizi İran, 0,8 faizi İtaliya, 0,7 faizi Gürcüstan, 19,9 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb. Hindistanlı turistlər ümumi gecələmlərin hər beşindən birini formalaşdırıblar”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabah da yağış yağacaq – PROQNOZ

Sabah da yağış yağacaq – PROQNOZ

Vasif Qafarovun məktəblərə şəhid adlarının verilməsi təklifinə Siyavuş Novruzovdan REAKSİYA

Vasif Qafarovun məktəblərə şəhid adlarının verilməsi təklifinə Siyavuş Novruzovdan REAKSİYA

150 qramı 10-40 avroya satılır, Azərbaycanda isə...

150 qramı 10-40 avroya satılır, Azərbaycanda isə...

“Sabah”ın yeni legioneri hansı klubun təklifindən İMTİNA EDİB?

“Sabah”ın yeni legioneri hansı klubun təklifindən İMTİNA EDİB?

Avropa İttifaqının 5 ölkəsi Rusiyanı DƏSTƏKLƏDİ – SƏBƏB

Avropa İttifaqının 5 ölkəsi Rusiyanı DƏSTƏKLƏDİ – SƏBƏB

Mərdəkanda makler tikililərə qanunsuz MÜDAXİLƏ edir – İcra hakimiyyəti isə SUSUR – VİDEO

Mərdəkanda makler tikililərə qanunsuz MÜDAXİLƏ edir – İcra hakimiyyəti isə SUSUR – VİDEO

Puqaçevanı “xalq artisti” adından məhrum edəcəklər? – Putinə müraciət GÖNDƏRİLDİ

Puqaçevanı “xalq artisti” adından məhrum edəcəklər? – Putinə müraciət GÖNDƏRİLDİ

Gələn il Azərbaycanda ÜDM 134,1 milyard manat olacaq – PROQNOZ

Gələn il Azərbaycanda ÜDM 134,1 milyard manat olacaq – PROQNOZ

Deputat: “Küçələrə onların adı verilsə, yaxşı olar”

Deputat: “Küçələrə onların adı verilsə, yaxşı olar”

Prezidentlə xanımı Xalq artistinin vida mərasiminə əklil göndərdilər – FOTO

Prezidentlə xanımı Xalq artistinin vida mərasiminə əklil göndərdilər – FOTO

REKORD: 41 yaşlı amerikalı 776 gün COVID-19 xəstəliyi keçirib

REKORD: 41 yaşlı amerikalı 776 gün COVID-19 xəstəliyi keçirib

Pensiya alanlara ŞAD XƏBƏR! Bu tarixdən artım OLACAQ

Pensiya alanlara ŞAD XƏBƏR! Bu tarixdən artım OLACAQ

Azərbaycandakı Kreml KÖLGƏSİ – Əli Həsənov Moskvadan gələn milyonları necə XƏRCLƏYİB?

Azərbaycandakı Kreml KÖLGƏSİ – Əli Həsənov Moskvadan gələn milyonları necə XƏRCLƏYİB?

Siyavuş Novruzov: “Bu sahələrdə dilimizin normaları pozulur”

Siyavuş Novruzov: “Bu sahələrdə dilimizin normaları pozulur”

İlham Əliyev BƏƏ Prezidentini Füzulidə qarşıladı - FOTO

İlham Əliyev BƏƏ Prezidentini Füzulidə qarşıladı - FOTO

6 ali təhsil müəssisəsi akkreditasiyadan keçib - SİYAHI

6 ali təhsil müəssisəsi akkreditasiyadan keçib - SİYAHI

Saç boyası qızı tanınmaz hala saldı - başının forması dəyişdi - FOTO

Saç boyası qızı tanınmaz hala saldı - başının forması dəyişdi - FOTO

Ukraynadakı münaqişəni 90 gün ərzində başa çatdırmaq mümkündür - ABŞ maliyyə naziri şərti açıqladı

Ukraynadakı münaqişəni 90 gün ərzində başa çatdırmaq mümkündür - ABŞ maliyyə naziri şərti açıqladı

Məleykə Abbaszadə: “İmtahanlarda ən aşağı nəticə coğrafiya və kimya fənləri üzrədir”

Məleykə Abbaszadə: “İmtahanlarda ən aşağı nəticə coğrafiya və kimya fənləri üzrədir”

Əlisəmid Kür reanimasiyaya yerləşdirildi - Vəziyyəti AĞIRDIR

Əlisəmid Kür reanimasiyaya yerləşdirildi - Vəziyyəti AĞIRDIR

BU TARİXDƏ ilin son Günəş tutulması baş verəcək

BU TARİXDƏ ilin son Günəş tutulması baş verəcək

Azərbaycanlı sürücü Türkiyədə qəza törətdi - 15 nəfər yaralandı

Azərbaycanlı sürücü Türkiyədə qəza törətdi - 15 nəfər yaralandı

Bu şəxslərin diplomları Azərbaycanda tanınmayacaq – XƏBƏRDARLIQ

Bu şəxslərin diplomları Azərbaycanda tanınmayacaq – XƏBƏRDARLIQ

Küçələrə adların verilməsində YENİLİK – Bu normalar nəzərə alınacaq

Küçələrə adların verilməsində YENİLİK – Bu normalar nəzərə alınacaq

End of content

No more pages to load

RADİO