18-ci dəqiqədə Avstriya hesabı açıb. Mönxenqladbax “Borusiya”sının sağ cinah müdafiəçisi Ştefan Layner fərqlənib.
28-ci dəqiqədə Şimali Makedoniya hesabı bərabərləşdirib – 1:1.
Avstriya 78-ci dəqiqədə “Auqsburq”un hücumçusu Mixael Qreqoriçlə hesabda önə çıxıb. Serb əsilli futbolçu Marko Arnautoviç isə hesab arasındakı fərqi artırıb. Qol 89-cu dəqiqədə vurulub:3-1.
Bununla da Avstriya millisi 3:1 qalib gəlməklə tarixində ilk dəfə Avropa çempionatlarında ilk qələbəsini qazanıb.
Bizim.Media
***
Bu gün AVRO-2020 çərçivəsində C qrupunun ilk matçı başlayıb.
Bizim.Media xəbər verir ki, qrupun ilk matçında Avstriya debütant Şimali Makedoniyanı qəbul edir.
Buxarestin Milli Arenasında keçirilən görüşdə komandalar bu start heyətlə meydana çıxıb:
Avstriya (4-4-1-1): Baxman, Layner, Draqoviç, Hintereqer, Ulmer, Baumqartner, Laymer, Ksaver Şlaqer, Alaba (kapitan), Zabitser, Kalayciç.
Şimali Makedoniya (5-3-2): Dimitrevski, Alioski, Musliu, Darko Velkovski, Stefan Ristovski, Nikolov, Elmas, Ademi, Bardi, Traykovski, Pandev (kapitan).
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 20:00-da başlayıb.
Bizim.Media
