Gəncədə bir ailənin beş üzvü zəhərlənib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhər sakinləri - 1992 -ci il təvəllüdü Elvin Namazov, həyat yoldaşı 1994-cü il təvəllüdlü Şəkər Ramazanova, onun övladları 2015-ci il təvəllüdlü Rəbiyə Ramazanlı, 2016-cı il təvəllüdlü Rüqayyə Ramazanlı və 2022-ci il təvəllüdlü Zeynəb Ramazanlı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri orta ağır olduğu bildirilir.
İlkin ehtimala görə, ailə bazardan alınan xiyardan zəhərləniblər.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu