Aprelin 22-də saat 2 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonunun ərazisindən keçən hissəsində avtoqəza baş verib.
"Mercedes" markalı avtomobilin sürücüsü, 1981-ci il təvəllüdlü Təvəkkül Şiralıyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı ağaca çırpılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan sürücü çatdırıldığı xəstəxanada ölüb, 2016-cı il təvəllüdlü oğlu Kənan Şiralizadə isə xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Bizim.Media