Ukraynanın xarici işlər naziri Andriy Sibiha aprelin 15-i və 16-da Türkiyədə Qara dənizdə təhlükəsizlik üzrə Rusiya ilə danışıqların planlaşdırılmadığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə TSN-in aparıcısı Alla Mazur məəlumat yayıb.
“Türkiyə mediasında 15–16 aprel tarixlərində Ukrayna və Rusiya arasında Qara dənizdə təhlükəsizlik məsələlərinə dair Ankarada birbaşa danışıqların keçiriləcəyi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir”, - məlumatda qeyd edilib.
Bizim.Media