Ankarada Qara dənizdə gəmiçilik təhlükəsizliyi məsələləri ilə bağlı iclas keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, iclas aprelin 15-16-da baş tutacaq. Toplantıda xarici ölkələrin hərbi nümayəndələrinin də iştirakı nəzərdə tutulub.
İclasda Moskva və Kiyev nümayəndələrinin iştirak edib-etməyəcəyi hələlik bəlli deyil.
Bizim.Media