"Məndən ev istəyirdi" - Mehriban Ələkbərzadədən AÇIQLAMA

Əməkdar incəsənət xadimi, teatr və kino rejissoru Mehriban Ələkbərzadə haqqında yayılan iddialara cavab verib.

Bizim.Media xəbər verir ki, M.Ələkbərzadə bu barədə sosial şəbəkə hesabında yazıb.

O, Əməkdar artist Məsmə Aslanqızının onunla bağlı iddialarının yalan olduğunu deyib. 
 

"Mütamadi olaraq teatrda sözü olan, istəyi yaxud xüsusi xahişi olan aktyorlar rəhbərliyə müraciət edirlər. Arzusunu bildirir,bu normaldır. Belə bir vəziyyət Məsmə Aslanqızı ilə də oldu.


Qəbuluma gələrək bildirdi ki, çox çətin vəziyyətdədir. İstək isə evdir! Teatr məni evlə təmin etməlidir. Mən anlatdım ki,mənim ev verə bilmək səlahiyyətim yoxdur. O zaman o "20 Yanvar şəhidinin qızı kimi mənə ev düşür" dedi. Teatr bu məsələni - siz bu məsələni həll etməlisiniz!

Bütün deyilənlərə bir daha münasibət bildirərək yenə də bəyan etdim və edirəm ki, hətta 20 Yanvar şəhidinin qızı olsa belə, mən Teatrın Bədii rəhbəri kimi ev məsələsini həll edə bilmirəm.
 

Ev məsələsini başqa qurumlar həll edir. Biz də məhz şəhid qızı olduğu üçün onu Prezident mükafatı siyahısına salmışıq. Bir dəstək kimi. Amma bu ona yetərli deyil deyə bax belə həqiqətə uyğun olmayan və təhqirdən çəkinməyən ifadələr işlədir", - deyə M.Ələkbərzadə bildirib. 


"O ki qaldi, mənim vətəndaşlıq mövqeyimə... Mənim yetərincə məhz Vətənpərvərlik ruhuna xidmət edən fəaliyyətim var ki, onlar bizim ərazi bütövlüyümüz uğrunda savaşlardan, Vətən yolunda Şəhid olan insanlardan bəhs edirdi. Heç kim mənim vətəndaşlıq mövqeyimə ləkə gətirə bilməz. Çünki buna əsas və fakt yoxdur", - deyə Əməkdar artist qeyd edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sarkozi elektron qolbaqdan da AZAD EDİLDİ

Sarkozi elektron qolbaqdan da AZAD EDİLDİ

“Liverpul”un qapıçısı “Yuventus”a keçir

“Liverpul”un qapıçısı “Yuventus”a keçir

Həm xərçəngə qalib gəldi, həm də ölkə birincisi oldu

Həm xərçəngə qalib gəldi, həm də ölkə birincisi oldu

Sürücülərə ŞAD XƏBƏR - Yeni dairəvi yollar tikiləcək - FOTO

Sürücülərə ŞAD XƏBƏR - Yeni dairəvi yollar tikiləcək - FOTO

Kimlər daha tez təqaüdə çıxa bilər? — AÇIQLAMA

Kimlər daha tez təqaüdə çıxa bilər? — AÇIQLAMA

Mələkxanım Eyubova yeni doğulan nəvəsinə məclis KEÇİRDİ - VİDEO

Mələkxanım Eyubova yeni doğulan nəvəsinə məclis KEÇİRDİ - VİDEO

Əziz Yıldırım “Fənərbağça” prezidentliyinə namizəd oldu

Əziz Yıldırım “Fənərbağça” prezidentliyinə namizəd oldu

ABŞ Oman körfəzində İran tankerini darmadağın etdi

ABŞ Oman körfəzində İran tankerini darmadağın etdi

Sibiqa Bayramovla danışarkən: "Ukrayna Azərbaycana minnətdardır"

Sibiqa Bayramovla danışarkən: "Ukrayna Azərbaycana minnətdardır"

Nazir çex həmkarı ilə Anlaşma Memorandumu imzaladı - FOTO

Nazir çex həmkarı ilə Anlaşma Memorandumu imzaladı - FOTO

Abşeronda əməliyyat: saxlanılanlar var

Abşeronda əməliyyat: saxlanılanlar var

"İndi qorxumdan heç bir restoranda yemək yemirəm"

"İndi qorxumdan heç bir restoranda yemək yemirəm"

Tramp Uitkof və Kuşneri İrana göndərir?

Tramp Uitkof və Kuşneri İrana göndərir?

Baş Prokurorluq bəzi saytlarda yayılan xəbərlə bağlı MƏLUMAT YAYDI

Baş Prokurorluq bəzi saytlarda yayılan xəbərlə bağlı MƏLUMAT YAYDI

“Şəfa” autsayderlə oyunda xal itirdi - VİDEO

“Şəfa” autsayderlə oyunda xal itirdi - VİDEO

Bakıda 900-dən çox şahmatçının qatıldığı festival başa çatdı - FOTO

Bakıda 900-dən çox şahmatçının qatıldığı festival başa çatdı - FOTO

ABŞ Yaxın Şərqə daha bir "uçan radar" göndərdi

ABŞ Yaxın Şərqə daha bir "uçan radar" göndərdi

“Bu şəkli seç, travmanı öyrən” - Trendə çevrilən testlər doğrudurmu?

“Bu şəkli seç, travmanı öyrən” - Trendə çevrilən testlər doğrudurmu?

Livan və İsrail danışıqların 3-cü raunduna hazırlaşır - Vaşinqtonda olacaq

Livan və İsrail danışıqların 3-cü raunduna hazırlaşır - Vaşinqtonda olacaq

Bakıda məşhur restoranda BİABIRÇI MƏNZƏRƏ - FOTO

Bakıda məşhur restoranda BİABIRÇI MƏNZƏRƏ - FOTO

Kadir İnanır tanınmaz halda - FOTO

Kadir İnanır tanınmaz halda - FOTO

Bu şəhərdə su xəttində QƏZA: məhdudiyyət tətbiq edilir

Bu şəhərdə su xəttində QƏZA: məhdudiyyət tətbiq edilir

Gəncədə qızqaçırma zamanı DAVA: 1 nəfər bıçaqlandı, 3 qadın döyüldü

Gəncədə qızqaçırma zamanı DAVA: 1 nəfər bıçaqlandı, 3 qadın döyüldü

Oljas Bektenov Azərbaycana səfər edəcək

Oljas Bektenov Azərbaycana səfər edəcək

End of content

No more pages to load

RADİO