Xidmət rəisinin məhkəməsinə 4 şahid MƏCBURİ GƏTİRİLƏCƏK

Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissədə mənimsəməyə görə həbs edilən sabiq maliyyə-xidmət rəisi, kapitan Vahid Novruzlunun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Bizim.Media xezerxeber.az-a istinadən xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Şahid qismində ifadə verən təqsirləndirilən şəxsin bacanağı Soltan Soltanlı bildirib ki, Vahid Novruzlu ondan bank rekvizitlərini istəyib:

“Mənə dedi ki, qardaşım Almaniyadan pul göndərməlidir, hərbi qulluqçu olduğuma görə o qədər pulu kartıma qəbul edə bilmərəm. Onun üçün mən də bank rekvizitlərimi ona göndərdim. 3150 manat kartıma pul köçdü. Pulu nağdlaşdırdım və Vahid Beyləqana gələndə ona verdim. Həmin məbləğdən mənə pul çatmayıb”.

Məhkəmədə ifadə verən müttəhimin qaynı Nicat Vəlizadə bildirib ki, yeznəsi onu hərbi hissənin hospitalında qazanxanaya mülki işçi kimi işə düzəldib:

“Qazanxanada mülki işçi kimi müqavilə əsasında çalışırdım. Vahid bizə gəlmişdi. Mənə dedi ki, sənin kartına pul gələcək. Onu nağdlaşdırıb mənə verərsən. Mən də 3917 manat pulu ona verdim. Cinayət işi başlandığını Vahid saxlanıldıqdan sonra bildim”.

Daha sonra məhkəmədə ifadə verən Eşqin Həsənov bildirib ki, Vahid Novruzlu onun bölmə rəisi olub:

“Mən Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində Maliyyə xidmət rəisinin müavini olmuşam.

Cinayət işi ilə bağlı məlumatım olmayıb. Vahid Novruzlu dedi ki, Şaiq Bayramovun kartına qardaşı Almaniyadan pul göndərib. Mən də xəstəxanada həkim olan Şaiq Bayramovun yanına gedib 2633 manat götürmüşəm. Həmin pulu işdə Vahid Novruzluya vermişəm və həmin məbləğdən mənə pul verilməyib”.

Təqsirləndirilən şəxs bildirib ki, Eşqin Həsənovun yox, Şaiq Bayramovun kartını istəməyinin səbəbi Eşqinin də hərbi qulluqçu olmasıdır. Prosesdə şahid qismində dindirilən Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin mühasibi işləmiş Füzuli Ələkbərli bildirib ki, pulun Vahid Novruzluya çatacağını bilməyib:

“Vahid Novruzlunu tanımıram. İki dəfə Elşənlə birlikdə Vahidlə görüşmüşəm. Mən bank rekvizitlərimi Elşən Salamova vermişdim. Balansıma pul köçdü və mən bu barədə Elşənə məlumat verdim. Məbləği xatırlamıram, təxminən 3000 manat civarında idi. Pulun Vahid Novruzluya çatacağını istintaq orqanına ifadə verəndə bilmişəm”.

O, dövlət ittihamçısının sualına şahid cavab olaraq Elşəni tanıdığını və ona inandığını deyib.

Cinayət işi üzrə şahid qismində tanınan daha 5 şəxsdən 4-nün məhkəməyə gəlməkdən imtina etdikləri bildirilib.

Təqsirləndirilən şəxs və vəkil Nəsib Niftəliyev onların prosesə gəlməsinə ehtiyac olmadığını və istintaqa verdikləri ifadəni elan etməyin kifayət olduğunu deyiblər.

Məhkəmə müşavirə edərək 4 şahidin məhkəməyə məcburi gətirilməsi ilə bağlı qərar verib.

Proses aprelin 11-də davam etdiriləcək.

Qeyd edək ki, Vahid Novruzlu Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmə faktı ilə bağlı cinayət işindən ayrılmış epizod üzrə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) apardığı istintaq çərçivəsində cinayət məsuliyyətinə cəlb olunub.

Ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 313-cü (Vəzifə saxtakarlığı), 333.4 (Hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Sabiq maliyyə xidmət rəisi barəsində DTX-nin İstintaq baş idarəsinin vəsatəti əsasında həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Komitə sədrindən ÇAĞIRIŞ: “Toylarımızı vəhşilik elementlərindən xilas etməliyik”

Komitə sədrindən ÇAĞIRIŞ: “Toylarımızı vəhşilik elementlərindən xilas etməliyik”

Ağstafada evdə YANĞIN – VİDEO

Ağstafada evdə YANĞIN – VİDEO

Bu çay yarım saata insanı YATIZDIRIR

Bu çay yarım saata insanı YATIZDIRIR

Balakəndə AĞIR QƏZA – Sürücü həyatını itirdi

Balakəndə AĞIR QƏZA – Sürücü həyatını itirdi

ABŞ daha bir ölkədən qoşunlarını çıxarır

ABŞ daha bir ölkədən qoşunlarını çıxarır

Diplomatlar Şuşada - VİDEO

Diplomatlar Şuşada - VİDEO

Aygün Kazımovanın səhhəti PİSLƏŞDİ - FOTO

Aygün Kazımovanın səhhəti PİSLƏŞDİ - FOTO

Azərbaycan Premyer Liqasında XXX tura bu gün start veriləcək

Azərbaycan Premyer Liqasında XXX tura bu gün start veriləcək

TikTok"da tələbələr üçün yeni funksiya

TikTok"da tələbələr üçün yeni funksiya

Qızıl almaq istəyənlərə XƏBƏRDARLIQ

Qızıl almaq istəyənlərə XƏBƏRDARLIQ

Bakıda daha 30 metro stansiyası yaradılır – DETALLAR

Bakıda daha 30 metro stansiyası yaradılır – DETALLAR

BİZİM TƏQVİM:Mayın 2-də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:Mayın 2-də baş vermiş tarixi hadisələr

İsrail hücumları davam edir: Livanda ölənlərin SAYI...

İsrail hücumları davam edir: Livanda ölənlərin SAYI...

Günün qoroskopu: Siz hər şeyi hiss edir və anlayırsınız...

Günün qoroskopu: Siz hər şeyi hiss edir və anlayırsınız...

İnsanı xoşbəxt və rahat edən HORMON: nə vaxt yaranır?

İnsanı xoşbəxt və rahat edən HORMON: nə vaxt yaranır?

Bu vətəndaşlar pensiyaya daha tez çıxacaq? - AÇIQLAMA

Bu vətəndaşlar pensiyaya daha tez çıxacaq? - AÇIQLAMA

“Chanel”in sandaletləri şoka saldı - Qiyməti inanılmazdır - FOTO

“Chanel”in sandaletləri şoka saldı - Qiyməti inanılmazdır - FOTO

Dünyada bir İLK: Həşəratlara hüquq verildi, artıq məhkəməyə müraciət edə bilərlər

Dünyada bir İLK: Həşəratlara hüquq verildi, artıq məhkəməyə müraciət edə bilərlər

Reuters: ABŞ Qəzzadakı missiyasını BAĞLAYIR

Reuters: ABŞ Qəzzadakı missiyasını BAĞLAYIR

Evdə DARÇIN yandıranlar nəticəyə inana bilmirlər

Evdə DARÇIN yandıranlar nəticəyə inana bilmirlər

ABŞ Hörmüz boğazında 45 gəmini geri qaytarıb

ABŞ Hörmüz boğazında 45 gəmini geri qaytarıb

Rüsumları qaldıran Trampa Avropa İttifaqından CAVAB

Rüsumları qaldıran Trampa Avropa İttifaqından CAVAB

SEPAH: Körfəzdə yeni idarəetmə sistemi qurulacaq

SEPAH: Körfəzdə yeni idarəetmə sistemi qurulacaq

İranda Xameneyinin şəkli yandırıldı - VİDEO

İranda Xameneyinin şəkli yandırıldı - VİDEO

End of content

No more pages to load

RADİO