Tovuzda orta məktəb şagirdi olan 13 yaşlı qız itkin düşüb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Bozalqanlı kənd sakini, 2012-ci il təvəllüdlü A.Süleymanova ötən gün axşam saat 18:00 radələrində oxuduğu Bozalqanlı kənd tam orta məktəbindən çıxıb və evə qayıtmayıb.
Övladlarının itkin düşməsi ilə bağlı yeniyetmənin valideynləri polisə müraciət ediblər.
DİN Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Bizim.Media-ya bildirib ki, hazırda şəxsin yerinin müəyyən edilməsi istiqamətində Tovuz RPŞ-nin əməkdaşları tərəfindən axtarışlar davam etdirilir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu