Mediasiya neçə boşanmaq istəyən ailəni BARIŞDIRIB?

Mediasiya Şurası "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununun 18.1-ci maddəsinə əsasən yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir.

Mediasiya nədir?

Mediasiya mübahisələrin məhkəmədənkənar həlli üsuludur. Mediasiya zamanı tərəflər mediatorun (vasitəçinin) köməyi ilə digər tərəfin mövqeyi barədə daha çox məlumat qazanmaqla, öz mövqeyini yenidən qiymətləndirir və barışmaq imkanlarını araşdırır. Tərəflərin vicdanla yanaşdıqları və mübahisəni həll etməkdə maraqlı olduqları mediasiya proseslərində tərəflərin mübahisəni həll etmələri ehtimalı 85%-dən yüksəkdir.

Azərbaycanın paytaxt və bölgələrində mediasiya təşkilatları fəaliyyət göstərir. Həmçinin mediator olmaq üçün də onlayn müraciət qaydası mövcuddur.

Qanunvericiliyin tələblərinə uyğun olaraq mediator kimi fəaliyyət göstərmək mümkündür.

Kimlərin mediator olması isə “Mediasiya haqqında” Qanunda göstərilib.

Mediasiya Şurası yaranandan ölkədə mediasiyanın ancaq barışdırıcı mövqedə olması haqqında təsəvvürlər yaranıb. Bəzi insanlar düşünürlər ki, mediasiya şurasının, mediatorların işi yalnız boşanmaya qərar vermis tərfləri barışdırmaqdan ibarətdir. Əslində isə mediasiya yuxarıda da qeyd olunduğu kimi, daha çox tərəflər arasında mübahisəli məsələləri həll etmək məqsədi daşıyır.

Bəs mediasiya nə qədər mübahisəli məsələləri həll edib? Nə qədər ailələlərin barışmasına səbəb olub?

Bu barədə Bizim.Media-ya danışan “Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım" İctimai Birliyinin sədri Zenfira Mustafayeva deyib ki, Mediasiya Şurasının yaradılmasının məqsəd ondan ibarət idi ki, məhkəmə prosesinin işini yüngülləşdirsin:

“Yəni məhkəməyə qədər olan proses mediasiyada həll olunsun. Məhkəmədən öncə müəyyən proseslər var, alimentin təyini, mülk məsələləri və s. bunlar hamısı mediasiya yolu ilə həll olunmalıdır. Elə olur ki, orada həll olunmur və işlər yenidən məhkəməyə göndərilir. Boşanma qərarı veriləndə olur ki, o ailədə məişət zorakılığı, böyük konfliktlər olub, ailədə körpü tamamilə yanıb, bunu yenidən bərpa eləmək mümkün deyil”.

O, bildirib ki, ailədə məişət zorakılığı baş veribsə, o ailəni barışdırmaq doğru addım deyil:

“Qanunvericilkdə var ki, əgər boşanmya gələn şəxslər arasında, həmin ailədə məişət zorakılığı faktı varsa, orda barışdırıcı mövqe ola bilməz. İndiyə qədər ölkəmizdə barışdırıcı mövqe ən öndə dururdu. Lakin qadın ölümlərinin sayının və məişət zorakılığı faktlarının artması artıq belə bir qərarın verilməsinə səbəb olub. Yəni ailədə məişət zorakılığı faktı varsa, o ailədə barışdırıcı mövqeyə yol verilmir. Bu, Türkiyədə olan mediasiya haqqında qanuna aiddir, bizdə də.

Mediasiyadan çox müsbət hallar gözləyirdik. Əslində məqsəd də elə o olub ki, boşanmaların, mülki davaların sayı az olacaq, yəni bir növ məhkəmədən öncə barışdırıcı mövqe tapacaqlar. Təəssüf olsun ki, bu say məsələsində bir irəliləyiş yoxdur”.

Zenfira Mustafayeva bildirib ki, əgər tərəflər arasında ciddi mübahisələr yoxdursa, barışıq əldə oluna bilər:

“Mediasiya zamanı hər iki tərəflə söhbət aparlır, hər iki tərəf dindirilir, əgər doğrudan da ailədə böyük bir problem yoxdursa, barışdırıcı mövqe ola bilər. Mediatorların arasında psixoloqlar da var. Onlarla söhbət aparılır və onlar elə ordaca barışma qərarı verirlər. Yəni tərəfləri məcbur barışdırmaq mümkün deyil və məqsəd də o deyil”.

Günay Şahmar, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Köməkçisi ilə mərc yazışmaları üzə çıxdı - Fotolar

Köməkçisi ilə mərc yazışmaları üzə çıxdı - Fotolar

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq – VİDEO

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq – VİDEO

Şəmkirdə ərini davadan ayırmaq istəyən qadın YARALANDI

Şəmkirdə ərini davadan ayırmaq istəyən qadın YARALANDI

Səbirsiz sürücülərin tıxacda yaratdığı TƏHLÜKƏ – Adi qayda pozuntusu, yoxsa avtoxuliqanlıq?

Səbirsiz sürücülərin tıxacda yaratdığı TƏHLÜKƏ – Adi qayda pozuntusu, yoxsa avtoxuliqanlıq?

Polis itkin düşən 8 nəfəri TAPDI

Polis itkin düşən 8 nəfəri TAPDI

19 il əvvəl çəkilmiş FOTO dünya çempionatı öncəsi yenidən gündəmdə – Messidən REAKSİYA

19 il əvvəl çəkilmiş FOTO dünya çempionatı öncəsi yenidən gündəmdə – Messidən REAKSİYA

Bir gün doğulduğu qızıl qəfəs də əlindən alınacaq - Dünyanın ən bəxtsiz şahzadəsi – FOTO

Bir gün doğulduğu qızıl qəfəs də əlindən alınacaq - Dünyanın ən bəxtsiz şahzadəsi – FOTO

Naxçıvanda işıq OLMAYACAQ

Naxçıvanda işıq OLMAYACAQ

Müdafiə Nazirliyində milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi barədə QƏRAR

Müdafiə Nazirliyində milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi barədə QƏRAR

Ceki Çanın Azərbaycana gələcəyi tarix AÇIQLANDI

Ceki Çanın Azərbaycana gələcəyi tarix AÇIQLANDI

Müctəba Xamenei müharibə bitənə qədər ictimaiyyət qarşısına ÇIXMAYACAQ

Müctəba Xamenei müharibə bitənə qədər ictimaiyyət qarşısına ÇIXMAYACAQ

Ötən gün qanunsuz saxlanılan 14 tüfəng aşkarlandı

Ötən gün qanunsuz saxlanılan 14 tüfəng aşkarlandı

Bakıda və rayonlarda yenə güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bakıda və rayonlarda yenə güclü külək əsəcək – XƏBƏRDARLIQ

Kim deyər ki, 82 yaşı var... – FOTO

Kim deyər ki, 82 yaşı var... – FOTO

Venesueladakı zəlzələdə ölənlərin sayı ARTDI

Venesueladakı zəlzələdə ölənlərin sayı ARTDI

Final fitini səsləndirəcək hakim barədə şok fakt üzə çıxdı - Video

Final fitini səsləndirəcək hakim barədə şok fakt üzə çıxdı - Video

Kondisionerdən belə istifadə edin, işıq pulunuz azalsın

Kondisionerdən belə istifadə edin, işıq pulunuz azalsın

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

"Çox dərs oxumurdum" - 400 bal toplayan Paşa

"Çox dərs oxumurdum" - 400 bal toplayan Paşa

Azərbaycanda bu qədər qadın ALİMENT borclusudur

Azərbaycanda bu qədər qadın ALİMENT borclusudur

Atmosferi olan ekzoplanet TAPILDI: Orada həyat ola bilərmi?

Atmosferi olan ekzoplanet TAPILDI: Orada həyat ola bilərmi?

Dünya çempionu ABŞ-yə buraxılmır - Trampdan kömək istədi

Dünya çempionu ABŞ-yə buraxılmır - Trampdan kömək istədi

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Leyla Əliyeva Budapeştdə sərgidə iştirak etdi – FOTO

Leyla Əliyeva Budapeştdə sərgidə iştirak etdi – FOTO

End of content

No more pages to load

RADİO