Qəbələnin Qəmərvan kəndində Ramazan bayramı ilə bağlı maraqlı və qəribə adət var.
Bizim.Media xəbər verir ki, kəndin bütün sakinləri Ramazan bayramında kəndin mərkəzindəki küçəyə toplaşır, bir-biri ilə salamlaşır, bayramlaşır.
Kəndin mərkəzinə toplaşan gənc, uşaq, yaşlı hamı sıra ilə bir-birinin əlini sıxır, bayramını təbrik edir, arzularını bildirir.
Bu adəti icra etmək üçün hər kəsin bir yerə toplaşması və bir-birinin əlini sıxması maraqlı görüntülərin yaranmasına səbəb olur.
Sakinlər ta qədimdən hər il olmaqla Ramazan bayramında bu adətə riayət edirlər.
Bizim.Media