Azərbaycanda hər 3 şəxsdən biri bu xəstəlikdən əziyyət çəkəcək - XƏBƏRDARLIQ

2050-ci ilə qədər dünya üzrə böyüklərin 60%-i, uşaq və yeniyetmələrin isə 31%-i artıq çəkidən və ya piylənmədən əziyyət çəkəcək.

Bu barədə Emmanuela Qakidou araşdırma aparıb. Mütəxəssis vəziyyəti “dərin faciə və cəmiyyətin monumental uğursuzluğu” adlandırıb. Onun sözlərinə görə 2050-ci ilə qədər Asiya və Afrikada piylənmənin kəskin şəkildə artacağı gözlənilir: 
 

MÖVZU İLƏ BAĞLI:

Dünya əhalisinin 8/1-i piylənmədən əziyyət çəkir


“Yüksək gəlirli ölkələrdə ən yüksək göstəricilər ABŞ, Çili və Argentinada proqnozlaşdırılır.

Avropada Yunanıstan piylənmə üzrə lider olacaq: qadınların 48%-i və kişilərin 41%-i 2050-ci ilə qədər hər dörd obez yetkindən biri 65 yaşdan yuxarı olacaq və bu, xüsusilə yoxsul ölkələrdə səhiyyə sistemlərinin yükünü artıracaq. Artıq piylənmə hər il 1,6 milyon insanın vaxtından əvvəl ölümünə səbəb olur”. 

Ümumdünya Piylənmə ilə Mübarizə Federasiyasının məruzəsindəki proqnozda isə əks olunub ki, 2035-ci ildə Azərbaycanda hər üçüncü yetkinyaşlı şəxs piylənmədən əziyyət çəkəcək. 

Bəs, piylənmə ilə mübarizə aparmaq üçün nə etməliyik?

Qida məsələləri üzrə ekspert İlkin Şirinov Bizim.Media-ya açıqlamasında piylənmənin əsas səbəblərindən danışıb.  

"Dietoloqlar müxtəlif qidalanma üsulları təyin edirlər. Bu, anlaşılandır. Lakin hər insanın özünə, orqanizminə uyğun qidalanma mədəniyyəti var. Təəssüflər olsun ki, bu gün qidanın məkanına, saatına, baxmadan qəbul edirlər. Dəfələrlə şahid oluram ki, insanlar gecə on bir, on iki fəsfudlar, dönərlər alır, müxtəlif hazır qidalar qəbul edilir. Halbuki bu saatlar insan bədəninin rahat şəkildə dincələn vaxtıdır. Mənşəyini bilmədiyimiz qidaları qəbul edib, yuxu pozğuntusundan, narahatlıqlardan şikayət  edirik. Nəticədə çoxumuz antidepresantlardan istifadə etməyə başlayırıq ki, bu da piylənməyə səbəb olur”, - o deyib. 

Ekspert bildirib ki, insanlar gündəlik həyatda piylənmənin fərqinə varmırlar.  

“Mütəmadi olaraq  insanlara düzgün qidalanmağın yolları barədə çağırışlar edilir, xəbərdarlıqlar olunur, amma bununla belə yenə də onlar sağlamlıqlarına qarşı biganədirlər. El arasında istifadə olunan bir deyim var: Qarın doyur, amma göz doymur. Ən böyük problem də budur.

Alış-veriş mərkəzlərində müşahidə etsək görərik ki,  insanların sərfiyyatı daha çox qida üzrədir.

Qidalanmaya sərf olunan pul onların sağlamlığı bahasına başa gəlir. Kütləvi qida bazarlığı insanların birbaşa qəsdinə dayanır. Bu da piylənməyə gətirib çıxarır. Sonra isə müxtəlif dietoloqlara müraciət etməyə başlayırıq”,-deyə İ.Şirinov fikrini yekunlaşdırıb.

Ayşən Rəhim, Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ATU-ya yeni prorektor təyin edildi

ATU-ya yeni prorektor təyin edildi

Tehran ABŞ ilə danışıqlara can atır: ŞƏRTLƏR dəyişdirilir

Tehran ABŞ ilə danışıqlara can atır: ŞƏRTLƏR dəyişdirilir

Bakıda Qərbi Azərbaycan xalçaçılığına dair SƏRGİ - FOTO

Bakıda Qərbi Azərbaycan xalçaçılığına dair SƏRGİ - FOTO

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xəstələnən zaman nəyə görə arxası üstə uzanmaq istəyirik?

Xəstələnən zaman nəyə görə arxası üstə uzanmaq istəyirik?

Beş yeniyetmə 45 yaşlı kişini öldürmək istədi

Beş yeniyetmə 45 yaşlı kişini öldürmək istədi

Qusarda yüksək nəticə göstərən şagirdlər mükafatlandırılıb - FOTO

Qusarda yüksək nəticə göstərən şagirdlər mükafatlandırılıb - FOTO

Sosial media trendləri dərini yaşlandırır – XƏBƏRDARLIQ

Sosial media trendləri dərini yaşlandırır – XƏBƏRDARLIQ

Lənkəranda çay fabrikinin müdiri VƏFAT EDİB

Lənkəranda çay fabrikinin müdiri VƏFAT EDİB

Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı

Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı

Formula 1-in keçmiş pilotu VƏFAT EDİB - FOTO

Formula 1-in keçmiş pilotu VƏFAT EDİB - FOTO

Zaqatalada canavar 47 yaşlı kişini YARALADI

Zaqatalada canavar 47 yaşlı kişini YARALADI

Oxuyuruq, amma anlamırıq - Etiketlər BU SƏBƏBDƏN sadə dildə yazılmır

Oxuyuruq, amma anlamırıq - Etiketlər BU SƏBƏBDƏN sadə dildə yazılmır

Səyahət edərkən beynimizdə nələr baş verir?

Səyahət edərkən beynimizdə nələr baş verir?

Bu bacarıq uşaqları sosial medianın zərərindən QORUYACAQ

Bu bacarıq uşaqları sosial medianın zərərindən QORUYACAQ

Günəş kremi sizi niyə tam qorumur? – BUNLARI MÜTLƏQ BİLMƏLİSİNİZ

Günəş kremi sizi niyə tam qorumur? – BUNLARI MÜTLƏQ BİLMƏLİSİNİZ

Cevdet Yılmaz Ermənistana səfər edəcək

Cevdet Yılmaz Ermənistana səfər edəcək

Hamiləlik dövründə Omeqa-3 çatışmazlığı uşaqda hansı RİSKİ YARADIR?

Hamiləlik dövründə Omeqa-3 çatışmazlığı uşaqda hansı RİSKİ YARADIR?

Arda Gülər ən yaxşı oyunçu seçildi

Arda Gülər ən yaxşı oyunçu seçildi

Əhaliyə XƏBƏRDARLIQ - Yeni dələduzluq üsulu yayılıb - DİQQƏTLİ OLUN!

Əhaliyə XƏBƏRDARLIQ - Yeni dələduzluq üsulu yayılıb - DİQQƏTLİ OLUN!

Tramp: “İran bizə lazım olan razılaşma ilə gəlmir”

Tramp: “İran bizə lazım olan razılaşma ilə gəlmir”

Elçin Əmirbəyov: “Azərbaycan qazının Avropaya ixracı ikiqat arta bilər”

Elçin Əmirbəyov: “Azərbaycan qazının Avropaya ixracı ikiqat arta bilər”

Tovuzda FACİƏ - Ərinin məzarını ziyarət edən qadının ürəyi dayandı

Tovuzda FACİƏ - Ərinin məzarını ziyarət edən qadının ürəyi dayandı

Oskar mükafatında süni intellektə məhdudiyyət qoyulub

Oskar mükafatında süni intellektə məhdudiyyət qoyulub

End of content

No more pages to load

RADİO