"İstanbulda bu gecə keçirilən nümayişlərdə bir polis əməkdaşımıza yandırıcı maddə atıldı. Küçə çağırışı edənlər hansı məsuliyyətləri, hansı hüquqi öhdəlikləri götürdüklərini yaxşı düşünsünlər”.
Bizim.Media “CNN Türk”ə istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin daxili işlər naziri Ali Yerlikaya səsləndirib.
“Bir daha bəyan edirəm, millətimizin əmin-amanlığını və təhlükəsizliyini təhdid edənlərə, vandalizmə əsla icazə verməyəcəyik”, - deyə o, əlavə edib.
Bizim.Media