Rəsmi Bakı: “Paşinyanın ofisinin bəyanatını qətiyyətlə rədd edirik”

“Ermənistan Baş nazirinin ofisinin Azərbaycana qarşı tamamilə əsassız iddialarla yanaşı, yerdəki reallıqları və sərhədyanı bölgələrdə atışma faktlarını təhrif edən 18 mart 2025-ci il tarixli bəyanatını qətiyyətlə rədd edirik”.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Paşinyanın ofisinin sərhəddə atışmalar və digər anti-Azərbaycan iddiaları ilə bağlı bəyanatına dair şərhində deyilir.

Bildirilib ki, Azərbaycan Müdafiə Nazirliyinin bəyan etdiyi atəş açılması hallarına, eləcə də Ermənistan tərəfinin də xəbərdar olduğu video çəkilişlərdə görünən Ermənistan hərbi qulluqçularının açıq təxribatlarına son qoyulması sabitlik üçün zəruri şərtdir:

“Xoşməramlılıq nümayiş etdirmək və bu cür təxribatlara son qoymaq əvəzinə, Ermənistan tərəfinin mücərrəd və praktiki olaraq qeyri-mümkün təkliflərinin Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın işğalı müddətində olduğu kimi heç bir əsası yoxdur.

Bu, işğala son qoymağa çağırış etmək əvəzinə, Minsk Qrupu həmsədrlərinin irəli sürdüyü təklifləri xatırladır.

Əgər Ermənistan hökuməti, Baş nazirin ofisinin də bəyan etdiyi kimi sülh gündəmini rəhbər tutursa, o zaman sərhədyanı ərazilərdə hücum silahlarının yerləşdirilməsi də daxil olmaqla kütləvi hərbiləşmənin Ermənistanın belə bir gündəliyinə necə xidmət etdiyi barədə izahat verməsi yerinə düşərdi.
 

İki ölkə arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin mətninin yekunlaşdırılması ilə bağlı Ermənistanın guya xoşməramlı olmasına gəlincə, məhz Azərbaycanın sülh sazişi üzərində işləmək təklifi ilə ilk addımları hələ 2022-ci ilin əvvəlində atmasına baxmayaraq, Ermənistanın bütün vasitələrlə prosesi necə pozduğu faktını xatırlatmaq yerinə düşər. Onu da qeyd edək ki, Ermənistanın danışıqlarda törətdiyi çoxsaylı çağırışlara, o cümlədən Azərbaycan ərazilərindən qalan qüvvələrini çıxarmaqdan imtina etməsinə və ərazilərimizdə qurduqları rejimi təşviq etməsinə baxmayaraq, məhz Azərbaycanın səyləri və tədbirləri nəticəsində prosesdə belə bir nailiyyət əldə olunub.


Eyni zamanda, Azərbaycana qarşı ərazi iddialarına son qoymaq üçün konstitusiyaya dəyişiklik edilməsi barədə uzun müddət bundan əvvəl irəli sürülmüş tələbimizdən xəbərdar olmasına baxmayaraq, Ermənistanın bu çağırışa məhəl qoymaması olduqca narahatlıq doğurur. Danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq. Bununla yanaşı, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq.
 

30 ilə yaxın müddətdə məhz tərəf olduğu beynəlxalq müqavilələr və silahlara nəzarət mexanizmləri çərçivəsində öhdəliklərini kobud şəkildə pozan, Azərbaycana qarşı təcavüz törədən, ərazilərimizin işğalı müddətində əksər hərbi texnikasını və silah sistemlərini ölkəmizin ərazisində qeyri-qanuni yerləşdirməklə beynəlxalq silahlara nəzarət mexanizmlərindən gizlədən ölkə kimi Ermənistanın belə mexanizmlərdən danışmağa mənəvi haqqı yoxdur.


Kommunikasiyaların açılması məsələsinə gəldikdə, Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılması məsələsi ilə bağlı yazılı təsbit olunmuş və imzalanmış öhdəliklərinə baxmayaraq, Ermənistan bu öhdəlikləri 4 il ərzində yerinə yetirməyib. Bunun əvəzinə, onlar diqqəti prosesdən və öhdəliklərindən yayındırmaq məqsədilə, mahiyyətcə əhəmiyyəti olmayan, icrası çətin və praktiki cəhətdən uzun marşrutlar üzrə təkliflər irəli sürüblər. Əgər Ermənistan tərəfi həqiqətən də bölgədə kommunikasiyaların açılmasında maraqlıdırsa, öhdəliklərindən boyun qaçırmamalı və bölgədəki yeni reallıqlara uyğun şəkildə kommunikasiyaların açılması istiqamətində praktiki addımlar atmalıdır.

Azərbaycan bütün istiqamətlərdə sülh səylərini davam etdirəcək və bu prosesə qarşı addımların qarşısını qətiyyətlə alacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yəmən husiləri Səudiyyə Ərəbistanın iki tankerini vurdu – VİDEO

Yəmən husiləri Səudiyyə Ərəbistanın iki tankerini vurdu – VİDEO

Rusiyada bu qadınlarla evlənmək qadağandır – Qanun

Rusiyada bu qadınlarla evlənmək qadağandır – Qanun

Həmin sürücüləri 100 manat cərimə gözləyir — Açıqlama

Həmin sürücüləri 100 manat cərimə gözləyir — Açıqlama

Xameneinin öldüyü hücum zamanı Əraqçi də orada imiş - İlk dəfə həmin gecədən danışdı

Xameneinin öldüyü hücum zamanı Əraqçi də orada imiş - İlk dəfə həmin gecədən danışdı

Bu ərazilərdə işıq olmayacaq

Bu ərazilərdə işıq olmayacaq

Yeni mahnısı müzakirələrə səbəb oldu: Keçmiş həyat yoldaşı danışdı

Yeni mahnısı müzakirələrə səbəb oldu: Keçmiş həyat yoldaşı danışdı

Aİ-95 benzin BAHALAŞACAQ?

Aİ-95 benzin BAHALAŞACAQ?

Sarıcalıdan sonra Ağdamın daha bir kəndində YANĞIN

Sarıcalıdan sonra Ağdamın daha bir kəndində YANĞIN

İlk dəfə “amansız isti gün” xəbərdarlığı elan etdilər

İlk dəfə “amansız isti gün” xəbərdarlığı elan etdilər

Avropa Liqası: "Qarabağ" Bolqarıstan komandası ilə qarşılaşacaq

Avropa Liqası: "Qarabağ" Bolqarıstan komandası ilə qarşılaşacaq

Bekhemin dünya çempionatından qazancı açıqlandı

Bekhemin dünya çempionatından qazancı açıqlandı

Azərbaycanəsilli şəxs Ukrayna yüksək vəzifəyə TƏYİN OLUNDU

Azərbaycanəsilli şəxs Ukrayna yüksək vəzifəyə TƏYİN OLUNDU

Başına 25 milyon qoyulmuşdu, indi taleyi də dəyişib, masası da... - Fotolar

Başına 25 milyon qoyulmuşdu, indi taleyi də dəyişib, masası da... - Fotolar

Argentina Futbol Federasiyasının prezidenti saxlanıldı

Argentina Futbol Federasiyasının prezidenti saxlanıldı

Səki var, amma keçmək mümkün deyil – Aylardır problem niyə həll olunmur? – VİDEO

Səki var, amma keçmək mümkün deyil – Aylardır problem niyə həll olunmur? – VİDEO

Rusiya Qara dənizdə Ukraynanın 5 gəmisini vurdu - VİDEO

Rusiya Qara dənizdə Ukraynanın 5 gəmisini vurdu - VİDEO

ABŞ-dan 12-ci HÜCUM DALĞASI – İranın hərbi infrastrukturu belə vuruldu – VİDEO

ABŞ-dan 12-ci HÜCUM DALĞASI – İranın hərbi infrastrukturu belə vuruldu – VİDEO

Ağdamın Sarıcalı kəndində yanğın söndürüldü - VİDEO

Ağdamın Sarıcalı kəndində yanğın söndürüldü - VİDEO

BİZİM TƏQVİM:23 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:23 iyulda baş vermiş tarixi hadisələr

Sizin də saçlarınız qırılır? – Səbəb daxildən qaynaqlanır

Sizin də saçlarınız qırılır? – Səbəb daxildən qaynaqlanır

Un məmulatları bahalaşa bilər — Açıqlama

Un məmulatları bahalaşa bilər — Açıqlama

Bu kəndə köçənlərə ev və maaşlı iş VERİLİR

Bu kəndə köçənlərə ev və maaşlı iş VERİLİR

"Unudulmaq istəyirdim" – VİDEO

"Unudulmaq istəyirdim" – VİDEO

Azərbaycanda cəmi 3 həkimi olan şəhər var - SİYAHI

Azərbaycanda cəmi 3 həkimi olan şəhər var - SİYAHI

End of content

No more pages to load

RADİO