Milli Məclis Avropa Parlamentinə etiraz məktubu GÖNDƏRDİ

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinə martın 13-də qəbul etdiyi qətnamə ilə bağlı etiraz məktubu göndərib.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

"Biz Avropa Parlamentinin martın 13-də qəbul etdiyi "Erməni girovların qanunsuz tutulması və qondarma məhkəmə prosesləri" adlı əsassız, qeyri-obyektiv və qərəzli qətnaməyə qəti etirazımızı bildiririk. Suverenlik, qanunun aliliyi və ədalət prinsiplərinin saya alınmadığı bu qətnamədə Azərbaycanın ağır cinayətlərdə iştirak etmiş şəxsləri məhkəmə qaydasında təqib etmək kimi qanuni hüququ tanınmır. Bundan əlavə, qətnamədə son otuz il ərzində mövcud olmuş tarixi şəraitə və Ermənistanın qanunsuz hərəkətləri nəticəsində Azərbaycan xalqının çəkdiyi böyük iztirablara bilərəkdən göz yumulur.

Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ilə yaxın işğal altında saxlamış, dinc Azərbaycan vətəndaşlarına qarşı saysız-hesabsız müharibə cinayətləri törətmişdir. Bu cinayətlərə etnik təmizləmə, insan hüquqlarının ciddi pozuntuları və Azərbaycanın mirasının sistemli şəkildə məhv edilməsi də daxildir. Avropa Parlamenti bu vəhşiliklər, o cümlədən Xocalı soyqırımı barəsində daim susmağa üstünlük vermişdir.
 

Bu soyqırımı aktı zamanı erməni silahlı qüvvələri uşaqlar, qadınlar və qocalar da daxil olmaqla, 613 günahsız insanı qəddarcasına qətlə yetirmişlər. Azərbaycanın itkin düşmüş 4 minə yaxın dinc sakininin taleyi hələ də məlum deyil, lakin selektiv və qərəzli yanaşmaya əsaslanan Avropa Parlamenti bu cinayətləri görməzdən gəlir, çünki Azərbaycana qarşı haqsız və saxta iddiaları üstün tutur.


Beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan silahlı separatçılıq, sülh və insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və terrorçuluq da daxil olmaqla, ağır cinayətlərdə təqsirli bilinənləri məsuliyyətə cəlb etmək üçün tam qanuni hüquqa malikdir. Qətnamədə Azərbaycanın 2023-cü ildə "blokada" və "etnik təmizləmə" həyata keçirməsi barədə irəli sürülən ittihamlar başqa bir şey deyil, diqqəti haqsızlığın əsl günahkarlarından – onilliklər ərzində Azərbaycan torpaqlarını işğal etmiş, 750 min azərbaycanlını zorla yurdlarından qovmuş və işğal altında saxladıqları bütün şəhər və kəndləri yerlə-yeksan etmiş Ermənistan silahlı qüvvələrindən yayındırmağa yönələn siyasi motivli uydurmalardır.

Qeyd edilməlidir ki, Qarabağ bölgəsinin Azərbaycanın Konstitusiya çərçivəsinə yenidən inteqrasiyası beynəlxalq hüquqa tam uyğun həyata keçirilmişdir. 

Bu baxımdan Avropa Parlamentinin "sanksiyalar", sazişlərin "dayandırılması" və diplomatik məhdudiyyətlər barədə çağırışları Azərbaycanın daxili işlərinə qarışmaq üçün göstərilən qəbuledilməz cəhdlərdir. Bu cür siyasimotivli hərəkətlər regionda sabitliyə xidmət etmir, əksinə, yalnız gərginliyi artırır və davamlı sülhə nail olmaq perspektivlərini sarsıdır.

Azərbaycan haqq-ədalətə, beynəlxalq hüquqa və regional sülh gündəliyinə sadiq olaraq qalır.
 

Heç bir xarici müdaxilə və ya ədalətsiz ittiham bizi qanunun aliliyini qorumaqdan və ölkəmizə qarşı cinayət törədənləri məsuliyyətə cəlb etməkdən çəkindirə bilməz. Hazırda məhkəmə qarşısına çıxarılan şəxslər hərbi əsirlər deyil, Azərbaycan qanunvericiliyini pozmuş, ədalətli və şəffaf məhkəmə prosesi çərçivəsində məsuliyyətə cəlb edilməli olan cinayətkarlardır. Bütün tərəflər belə bir reallığı qəbul etməlidirlər ki, Azərbaycan öz xalqını və ərazisini qanunsuz işğaldan və silahlı separatizmdən qorumaq kimi suveren hüququnu həyata keçirir.


Beləliklə, Avropa Parlamentinin qətnaməsi sülhü və ya ədaləti deyil, düşmənçiliyi qızışdırmaq və birtərəfli siyasi gündəliyi təşviq etmək cəhdidir.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Avropa Parlamentini sülhə və barışığa qarşı yönələn siyasi motivli hərəkətlərə yol verməkdənsə, ədalət və suverenlik prinsiplərinə hörmət bəsləməyə çağırırıq. Yalnız haqq-ədalət və qarşılıqlı anlaşma sayəsində Cənubi Qafqazda həqiqi sabitlik əldə edilə bilər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xankəndidə bu gün açılışı olan Zəfər parkından FOTOLAR

Xankəndidə bu gün açılışı olan Zəfər parkından FOTOLAR

Hicran Hüseynova: “Qadına bərabər münasibətin təməlini islam dini qoyub”

Hicran Hüseynova: “Qadına bərabər münasibətin təməlini islam dini qoyub”

Gürcüstanda kişi öz nənəsini girov götürdü

Gürcüstanda kişi öz nənəsini girov götürdü

Gecikdirilmiş 825 min manat vəsaitin işçilərə ödənilməsi təmin OLUNDU

Gecikdirilmiş 825 min manat vəsaitin işçilərə ödənilməsi təmin OLUNDU

Millimizin üzvü qırmızı vərəqə aldı, komandası QALİB GƏLDİ

Millimizin üzvü qırmızı vərəqə aldı, komandası QALİB GƏLDİ

SON DƏQİQƏ! Zelenski 20 bəndlik sülh planını ictimaiyyətə AÇIQLADI - MADDƏLƏR

SON DƏQİQƏ! Zelenski 20 bəndlik sülh planını ictimaiyyətə AÇIQLADI - MADDƏLƏR

Horovluda daha 19 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Horovluda daha 19 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Rusiyanın Ukraynadan sonrakı hədəfi bu ölkələr OLACAQ - SENSASİON DETALLAR

Rusiyanın Ukraynadan sonrakı hədəfi bu ölkələr OLACAQ - SENSASİON DETALLAR

Qızıla pulu çatmayanlar, gümüşə üz tutur – Qiymətli metallar bazarında SON VƏZİYYƏT

Qızıla pulu çatmayanlar, gümüşə üz tutur – Qiymətli metallar bazarında SON VƏZİYYƏT

Tokayev İlham Əliyevə ZƏNG ETDİ

Tokayev İlham Əliyevə ZƏNG ETDİ

Elmar Baxşıyevin yerinə bu məşqçi namizəd GÖSTƏRİLİR

Elmar Baxşıyevin yerinə bu məşqçi namizəd GÖSTƏRİLİR

"Kanal 11"in rəhbəri ilə bağlı QƏRAR VERİLDİ

"Kanal 11"in rəhbəri ilə bağlı QƏRAR VERİLDİ

Müqabil Əbdülov vəfat etdi – FOTO

Müqabil Əbdülov vəfat etdi – FOTO

Sabah yağış yağacaq

Sabah yağış yağacaq

Emin Ağalarov Prezidenti belə təbrik etdi – VİDEO

Emin Ağalarov Prezidenti belə təbrik etdi – VİDEO

Bakı-Sumqayıt yolunda sərnişin avtobusu yanır - VİDEO

Bakı-Sumqayıt yolunda sərnişin avtobusu yanır - VİDEO

Gürcüstanın Baş naziri İlham Əliyevi TƏBRİK ETDİ

Gürcüstanın Baş naziri İlham Əliyevi TƏBRİK ETDİ

Ucarda itlərin hücumuna məruz qalan şəxsin SON DURUMU

Ucarda itlərin hücumuna məruz qalan şəxsin SON DURUMU

Çağdaş tariximizin LİDERİ

Çağdaş tariximizin LİDERİ

Vuçiç İlham Əliyevə ZƏNG ETDİ

Vuçiç İlham Əliyevə ZƏNG ETDİ

Bu ərazilərdə işıq olmayacaq

Bu ərazilərdə işıq olmayacaq

Uşaqlar arasında yeni virus YAYILIR – Qorunma və müalicə ÜSULLARI

Uşaqlar arasında yeni virus YAYILIR – Qorunma və müalicə ÜSULLARI

Xaçmazda 8 otaqlı yaşayış evi tam yanıb - TƏFƏRRÜAT

Xaçmazda 8 otaqlı yaşayış evi tam yanıb - TƏFƏRRÜAT

Hikmət Hacıyev Prezidentin doğum gününü təbrik etdi – VİDEO

Hikmət Hacıyev Prezidentin doğum gününü təbrik etdi – VİDEO

End of content

No more pages to load

RADİO