21 yaşlı Rəşad anasına 57 bıçaq zərbəsi vurub- “Qonşular məni görüb, evə qaçdı” - TƏFƏRRÜAT

Mingəçevirdə 45 yaşlı Natella Çıraqovanın oğlu 2003-cü il təvəllüdlü Rəşad Çıraqov tərəfindən xüsusi amansızlıqla qətlə yetirilməsinin təfərrüatı məlum olub. Rəşad anasına 57 bıçaq zərbəsi vurubmuş.

Bizim.Media xəbər verir ki, Rəşad qətli namus üstündə törətdiyini deyib. O, atası ilə anası ayrıldıqdan sonra anası ilə yaşayıb.

Onun sözlərinə görə anasının başqa şəxslə münasibəti olduğundan şübhələnib. Bir neçə dəfə anasından telefon istəyib. Lakin anası telefonu ona verməkdən imtina edib. Bir neçə gün sonra Rəşad anasının telefonda adı “Nunu” olaraq qeyd edilmiş şəxslə sevgi mesajlaşmalarını görüb.

Rəşad bunu adına ləkə kimi qəbul edib və anasını öldürmək qərarına gəlib. Pivə içdikdən sonra evə gələn Rəşad anasına mətbəx bıçağı ilə zərbələr endirib. Əlindəki bıçağın qırıldığını görən Rəşad mətbəxdən daha bir bıçaq götürüb və anasına zərbələr endirməyə davam edib.

Müəyyən edilib ki, Rəşad ümumilikdə anasına 57 zərbə endirib. Hadisə zamanı qonşular səs-küyü eşidiblər. Lakin qapını döysələr də açan olmayıb.

Rəşad ifadəsində deyib ki, anasının başqa şəxslə danışdığından şübhələnərək gecə saat 4-də onun telefonunu götürərək mesajları oxuyub.

“Anamdan səbəbini soruşanda dedi ki, şəxsi işidir. Mən də əsəbiləşdim. Bıçağı götürəndə birinci boğazından vurdum. Müqavimət göstərəndə də vurmağa davam elədim. Anam qışqırırdı. Sonra onun halsız olduğunu görüb polisə getmək üçün evdən çıxdım. Qonşular məni görüb evlərinə qaçdı. Yolda polisləri görüb təslim oldum”,- deyə Rəşad ifadəsinə əlavə edib.

Məhkəmədə mərhum Natella Çıraqova ilə sevgi münasibəti olan şəxs də dindirilib. Məlum olub ki, onlar 2-3 ay əvvəl küçədə tullantı qabları yığan zaman tanış olublar və aralarında sevgi münasibətləri yaranıb. Onun sözlərinə görə yalnız telefonla görüntülü danışıb, bir-birlərinə mesaj yazıblar.

Mərhumun anası hüquqi varis kimi dindirilən zaman qızının nəvəsi ilə daha çox məişət problemlərinə görə mübahisə etdiyini deyib. Bildirib ki, nəvəsi işləmədiyi üçün anası ilə tez-tez mübahisələri olub. O, qızının başqa şəxslə danışdığından xəbərsiz olduğunu deyib və nəvəsini bağışladığını bildirib.

Rəşad xüsusi amansızlıqla qəsdən adam öldürməkdə təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib. (musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xankəndidə kafedə yanğın: İki qadın xəsarət aldı

Xankəndidə kafedə yanğın: İki qadın xəsarət aldı

Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketini TƏSDİQLƏDİ

Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketini TƏSDİQLƏDİ

Cəbrayılın üç kəndində yanğın başladı - FOTO

Cəbrayılın üç kəndində yanğın başladı - FOTO

Dünya Bankı Venesueladakı zəlzələnin vurduğu MADDİ ZİYANI açıqladı

Dünya Bankı Venesueladakı zəlzələnin vurduğu MADDİ ZİYANI açıqladı

Bu bağçalarda aylıq ödəniş 1700 manata qədər yüksəlir – NİYƏ?

Bu bağçalarda aylıq ödəniş 1700 manata qədər yüksəlir – NİYƏ?

Rəhbərlik niyə evdən işləməyə İCAZƏ VERMİR?

Rəhbərlik niyə evdən işləməyə İCAZƏ VERMİR?

Zelenski ABŞ-yə səfər edəcəyini AÇIQLADI

Zelenski ABŞ-yə səfər edəcəyini AÇIQLADI

10 milyon manatlıq qalmaqal - İş adamının maşınlarına və mülklərinə QADAĞA QOYULDU - SİYAHI

10 milyon manatlıq qalmaqal - İş adamının maşınlarına və mülklərinə QADAĞA QOYULDU - SİYAHI

Madyara vağzalda tüpürdülər – Yenə mühafizəsini gücləndirmir

Madyara vağzalda tüpürdülər – Yenə mühafizəsini gücləndirmir

Hindistanın paytaxtında internetin söndürülməsi barədə QƏRAR VERİLDİ

Hindistanın paytaxtında internetin söndürülməsi barədə QƏRAR VERİLDİ

Ceyhun Bayramov Putinin köməkçisini qəbul etdi - FOTO

Ceyhun Bayramov Putinin köməkçisini qəbul etdi - FOTO

Əraqçi Qırğızıstana yollandı

Əraqçi Qırğızıstana yollandı

Azərbaycanın smartfon aldığı ölkələr – Lider KİMDİR?

Azərbaycanın smartfon aldığı ölkələr – Lider KİMDİR?

Ermənilərdən TƏXRİBAT: AFFA hərəkətə keçdi

Ermənilərdən TƏXRİBAT: AFFA hərəkətə keçdi

Çexiyada furqon qatarla toqquşdu: Xəsarət alanlar var

Çexiyada furqon qatarla toqquşdu: Xəsarət alanlar var

Tacir Şahmalıoğlu Bakıdan köçür

Tacir Şahmalıoğlu Bakıdan köçür

Qarabağ atlarının sayı açıqlandı - RƏSMİ

Qarabağ atlarının sayı açıqlandı - RƏSMİ

"Brent" neftin qiyməti 100 dolları ÖTDÜ

"Brent" neftin qiyməti 100 dolları ÖTDÜ

ADY sərnişin qatarlarına daş atanlarla bağlı MƏLUMAT YAYDI - VİDEO

ADY sərnişin qatarlarına daş atanlarla bağlı MƏLUMAT YAYDI - VİDEO

Bakının iki rayonunda QAZ OLMAYACAQ

Bakının iki rayonunda QAZ OLMAYACAQ

Azərbaycandakı universitetlərin birinə magistr qəbulu LƏĞV EDİLDİ

Azərbaycandakı universitetlərin birinə magistr qəbulu LƏĞV EDİLDİ

İkili diplom almaq istəyənlər üçün ƏLA FÜRSƏT

İkili diplom almaq istəyənlər üçün ƏLA FÜRSƏT

Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU

Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU

Bu vaxtı doğulan uşaqlar daha ağıllı olur

Bu vaxtı doğulan uşaqlar daha ağıllı olur

End of content

No more pages to load

RADİO